NAXÇIVAN ŞƏHƏRİ
Naxçıvan Azərbaycanın və Şərqin ən qədim şəhərlərindən biridir. Antik və orta əsr müəllifləri Naxçıvan şəhərinin eramızdan əvvəl 1539-cu ildə salındığını göstərmişlər. Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Floviyə (e.ə. I əsr) və coğrafiyaşünas Klavdi Ptolemeyə (eramızın II əsri) məxsusdur. Ptolemey «Coğrafiya» əsərində şəhərin adını Naksuana kimi göstərmişdir. Orta əsr ərəb, fars mənbələrində şəhərin adı Nəsavə, Nəqçuan, Nəxçuan, Nəxçəvan şəkillərində də işlənmişdir. Bir sıra mənbələrdə Naxçıvan Nəqşi-cahan (dünyanın bəzəyi) kimi də təqdim olunmuşdu. Naxçıvan toponimini əfsanəvi Nuh peyğəmbərlə bağlı «dünya tufanı» ilə də əlaqələndirilir (Nuhun diyarı). Naxçıvan toponiminin müxtəlif etimoloji izahları mövcuddur.

Eramızdan əvvəl Naxçıvan qədim qədim Azərbaycan dövlətləri olan Manna və Midiyanın tərkibində olmuşdu. E.ə. 633-cü ildə şəhər skif-sakların hücumuna məruz qalmışdır. Müxtəlif dövrlərdə Naxçıvan Əhəmənilər imperiyasının, Atropatenanın və Azərbaycan Albaniyasının, eramızın IV əsrindən sonra isə Sasanilər dövlətinin tərkibində olmuşdur. Naxçıvan Böyük İpək Yolunun üzərində yerləşən mühüm ticarət və sənətkarlıq mərkəzi sayılırdı, Yaxın və Orta Şərqlə sıx ticarət əlaqələri saxlayırdı.

625-ci ildə Bizans imperatoru İrakli Naxçıvanı dağıtmış, 654-cü ildə isə şəhər ərəblər tərəfindən işğal edilmişdi. Xilafət dövründə Naxçıvan mühüm hərbi və siyasi-inzibati mərkəzlərdən birinə çevrilmişdi. IX əsrdə xürrəmilər hərəkatı Naxçıvan şəhərini də bürümüşdü. Xilafətin süqutundan sonra Naxçıvan Sacilər, Salarilər, Rəvvadilər dövlətlərinin tərkibində olmuş, XI əsrdə səlcuqların iqamətgahına çevrilmişdi. Naxçıvan XII əsrin 30-70-ci illərində Azərbaycan Atabəyləri dövlətinin paytaxtı olmuşdur.

Bu dövrdə Naxçıvan Yaxın Şərqin mühüm mədəniyyət, elm, ticarət, sənətkarlıq mərkəzinə çevrilmiş, burada özünəməxsusluğu ilə seçilən memarlıq məktəbi təşəkkül tapmışdır. Naxçıvan XIII-XIV əsrlərdə Azərbaycanda və Şərqdə gedən siyasi, iqtisadi, mədəni proseslərin mərkəzlərindən birinə çevrilmiş, 1221-ci ildə monqollar, 1225-ci ildə isə Xarəzmşah Cəlaləddin tərəfindən talan edilmişdir. Sonrakı dövrlərdə Naxçıvan Hulakular dövlətinin tərkibində olmuş, 1387-ci ildə Teymur tərəfindən işğal edilmişdi. Yalnız Əlincə qalası 14 il (1387-1401-ci illər) onun qoşunlarına inadlı müqavimət göstərmişdir. Bu dövrdə Naxçıvanda hürufilik geniş yayılmış, təriqətin banisi Fəzlullah Nəimi öz ideyalarını burada təbliğ etmişdir.

XV əsrdə Naxçıvan şəhəri Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibində qaldı. 1501-ci ildə Azərbaycan Səfəvilər dövlətinin yaranması və mərkəz¬ləşdirmə siyasəti iqtisadi inkişaf üçün geniş imkanlar yaratdı. Azərbaycan şəhərləri arasında mövcud olan əla¬qələr xeyli genişləndi. Yadelli işğalçıların basqınları zamanı da¬ğıdılmış bir sıra şəhərlər yenidən dirçəlməyə başladı. Yenidən dirçələn belə şəhərlərdən biri də Naxçıvan idi.

Sultan Süleymanın Azərbaycana yü¬rüşləri za¬manı əsas döyüş mey¬danla¬rın¬dan birinə çevrilən Naxçıvan gah Osmanlı, gah da Sə¬fəvi qo¬şunları tərəfindən əldən-ələ keçmişdi. 1554-cü ilin ortalarında Sultan Süleyman dör¬dün¬cü dəfə bö¬yük qoşunla Azərbaycan ərazisinə daxil olaraq Naxçıvan şəhəri üzərinə hərəkətə başladı. Bu onun «Naxçıvan səfəri», yaxud «12-ci səfəri» adlanır. Osmanlı or¬du¬su 1554-cü il iyulun 28-də Naxçıvana daxil olmuş, şəhərdə qalan əhalinin mallarını və gizlədilmiş dəfinələri qarət et¬miş, yerli əmirlərin saraylarını və iqamətgahlarını yandırmış, üç gün ərzində «daş üstə daş qoymamışdılar». Osmanlı ordusunun törətdiyi da¬ğın¬tıları, hətta Osmanlı tarixçiləri də etiraf edirlər. XVI əsrin sonları- XVII əsrin I yarısında yaşamış tarixçilərdən İ.Pəçəvi yazırdı: «Ay¬dınlıq gündüz qaranlıq gecəyə çevrildi. 27-ci gün Naxçıvan düzənliyinə çatdılar… Bütün şəhər və kəndlər, qəsəbələr və evləri o qədər aman¬sız¬lıq¬la talan edirdilər ki, onlardan bir əsər belə qalmırdı». Sultan Süleyman üç gündən sonra 1554-cü ilin 30 iyulunda şəhəri tərk etməli oldu. Osmanlı əsgərləri şəhəri tərk edən zaman Sultan Süleymanın əmrinə əsasən şəhər yandı¬rıl¬dı. Osmanlı mənbə¬lərində «Nax¬çıvan səfəri» adı ilə məşhur olan Sultan Süleymanın bu hərbi yürü¬şündən Os¬manlı dövləti bir şey qazanmasa da, həmin yürüş ölkənin ən zəngin sahələrindən hesab olunan Naxçıvana iqtisadi cə-hətdən ağır zərbə vurmuşdur. 1555-ci ilin iyunun 1-də Amasyada Səfəvi- Osmanlı sül¬hü¬nün imzalanmasından sonra Nax¬çıvan bölgəsi Azərbaycan Səfəvi dövlətinin tərkibində qaldı.

XVI əsrin son rübündə Osmanlı sultanı III Muradın Amasya sülhünü po¬zaraq Sə¬fə¬vi¬lərə qarşı yeni müharibəyə başlaması nəinki Naxçıvana vurulan ağır zərbəni aradan qal¬dır¬mağa imkan vermədi, hətta onu yenidən müharibə meydanına çevirdi. Osmanlılar tərəfindən Naxçıvanın ələ keçirilməsi haqda mə¬lu¬mat vaxtilə (1576-1577-ci illər) Naxçıvan hakimi olmuş Şərəf xan Bidlisinin əsərində verilmişdir. Şərəf xan yazır: «h. 992-ci ildə (20 noyabr 1588-9 noyabr 1589-cu il) Sərdar Fərhad paşa xalqın etdiyi xahiş və müraciətlərə əsasən İrəvan bəylərbəyi Xızır paşanı Naxçıvanı zəbt etməyə göndərdi. Xızır paşa ora çatan za¬man bütün əhali itaət göstərdi. Vilayət ələ keçirildi. Balaban köşkündə möh¬təşəm bir qala tikdirildi». Beləliklə, 1589-cu ildə Naxçıvan bölgəsi os¬manlılar tərəfindən işğal olundu.

1590-cı ilin 21 martında İstanbulda imzalanan Sə¬fəvi- Osmanlı sülh mü¬qa¬viləsinə əsasən Azərbaycanın əksər bölgələri kimi Nax¬çıvan da Osmanlı imperiyasının ha¬ki¬miyyəti altında qaldı. Osmanlı hərbi ko¬man¬danlığı Naxçıvan şəhərini öz hərbi düşərgələrindən bi¬rinə çevirdi. Şəhərin stra¬teji əhəmiyyətini nəzərə alan Osmanlı hərbi komandanlığı onun möh¬¬kəm-lən¬diri¬l¬məsi üçün xüsusi səy göstərdi. Naxçıvanın idarə olunması bu vaxt Osmanlı sul¬tanı tərəfindən Xızır paşaya hə¬valə olunmuşdu. Naxçıvan əyaləti 1590-cı ilin noyabrında tərtib edilən “İrəvan əyalətinin müfəssəl dəftəri”nə əsasən İrəvan bəylərbəyiliyinin tərkibinə qatılmışdı. İrə¬van əyalət dəftərində Naxçıvan bölgəsi aşağıdakı nahiyələrə ayrılırdı: «Naxçıvan bölgəsi»: 1. Naxçıvan, 2. «Mə¬vazii xatun», 3. Arslanlı-mülkü, 4. Qarabağ, 5. Dərəşam, 6. Dərəşahbuz, 7. Ba¬¬zarçayı nahiy¬ələri; II. Şə¬rur bölgəsi: 1. Şərur, 2. Zar, 3. Zəbil, 4. Əlincə, 5. Sisyan nahiyə¬lə¬ri; III. Or¬dubad bölgəsi; 1. Ordubad, 2. Culfa, 3. Azad- Ciran, 4. Şorlut. 5. Norküt nahiy¬ə¬lə¬ri». Bu sənəd XVI əsrin sonunda Naxçıvan əyalətinin sərhədlərini də¬qiqləş¬dir-mə¬yə imkan yaradır.

Şah Abbas daxili siya¬sətdə və hərbi sahədə bir sıra islahatlar həyata keçirərək mərkəzi hakimiyyəti güc¬ləndirdi, Türkiyədə baş verən qarışıqlıqdan istifadə edərək, 1603-cü ilin sen¬t- yabrında Osmanlılara qarşı müharibəyə başladı. Səfəvi şahı 21 oktyabrda Təb¬riz şəhərini Osmanlı işğalından azad edərək, osmanlılara qarşı hücumu daha da güc¬ən¬dir¬di. İsgəndər bəy Münşi bununla bağlı ya¬zır: «Şah Təbriz qalasını alıb oranın işlərini nizam¬la¬dıq¬dan sonra öz himmət kəməndini bütün irsi Azər¬baycan vilayətini almağa ataraq öz ca¬han¬gir¬lik bayrağını qaldırdı, şahanə yürüş yü¬yə¬nini Naxçıvan və İrəvan şəhərinə yönəltdi». Əsas hü¬cum hədəfinin Nax¬çıvan se¬çil¬məsi təsa¬dü¬fi deyildi. Bu zaman Naxçıvan özünün hərbi və iqtisadi əhə¬miyyətinə görə diqqət mər¬kə¬zin¬də idi. Məhz buna görə də, qızılbaş qo¬şun¬ları Culfa şəhərini və Əlincə qalasını al¬dıq¬dan sonra, 1603-cü ilin sonlarında Nax¬çı¬van şə¬hə¬rinə doğru hərəkət etdi. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Culfa və Naxçıvan dö¬yüşsüz ələ keçirildi, yerli əhali və əyanlar Zülfüqar xanı qarşılamağa çıxaraq şah ordusunu təntənə ilə qəbul etmiş, Osmanlı qarnizonu və şəhər təslim olmuşdu. Beləliklə, «Azər¬baycan vilayətinin əzəmətli yerlərindən biri olan Naxçıvan qa¬lası da qalib dövlət övlad¬larının ixtiyarına keçdi. Şah Abbas Naxçıvanın idarəsini Maqsud Sultan Kəngərliyə verdi».

Beləliklə, 1603-1607-ci illər Səfəvi-Osmanlı mü¬¬ha¬¬¬ribəsinin gedişində Nax¬çıvan bölgəsi digər Azərbaycan torpaqları kimi Osmanlı işğalından azad edilmiş və Azərbaycan Səfəvi dövlə¬tinin tər¬kibində qalmışdır. XVII əsrin I yarısına kimi Naxçıvan ölkəsi inzibati cəhətdən Azərbaycan bəylərbəyi¬liyinə da¬xil ol¬muş¬du. Şah Abbasın hakimiyyəti zamanı Kən¬gərli tay-fasının başçısı və Nax¬çıvan hakimi Maqsud Sultan Kəngərli olmuşdur. Şah Abbasın xələfləri döv¬rün¬də Naxçıvanda Nadir bəy Rza¬əd¬din xan (1647), Əliqulu xan (1668), Murad xan (1668-1669), Şərəf xan (1669-1678), Məhəmməd Rza xan (1678-1691) Kən¬gərli hakimlik etmiş-dilər.

1635-ci ildə Osmanlı sultanı IV Muradın ordusu Naxçıvan şəhərini yenidən ələ keçirmişdir. Onsuz da dağıdılmış vəziyyətdə olan Naxçıvan yenidən Os¬manlı əsgərləri tərəfindən dağıdıldı. XVII əsr fransız səyyahı Tavernye bu ha¬disədən bəhs edərkən yazırdı: «Naxçıvan çox böyük şəhərlərdən biri olmuşdur. O, Sultan Mu¬rad tərəfindən tamamilə dağıdılmışdır. Orada çoxlu miqdarda gö¬zəl məscidlərin xara¬ba¬lıqları görünür. Bu məscidlər Osmanlılar tərəfindən dar¬ma¬dağın edilmişdi».

XVII əsrin II yarısında Naxçıvan vilayəti inzibati cəhətdən Çuxur-Səd bəylər¬bə¬yi¬li¬yinə daxil olmuş və Kəngərlilər tərəfindən idarə olun¬muş¬du. Ya¬zılı mənbələrdə Naxçıvanın XVII əsrin sonların¬da¬kı siyasi tarixinə aid məlumatlar nisbətən azdır. Bunun səbəblərindən biri bu dövrdə Naxçıvanın vaxtı ilə Osmanlı- Səfəvi mü¬haribələri zamanı dağıdılması nəti¬cə¬sində iqtisadi, siyasi və mədəni mərkəz kimi əvvəlki əhə¬miyyətini itirmə¬sidir. Çünki, XVII əsrin sonlarında Səfəvilər dövlətini bürümüş ümumi iqtisadi tənəzzülü şəraitində Naxçıvanın yenidən bərpa olunması və müharibələrin vurdu¬ğu ağır zər¬bənin nəticələrinin aradan qaldırılması üçün uzun illər tələb olun¬muş¬du.

XVII əsrin 70-ci illərində (1673-cü ildə) Naxçıvanda olan İ.Şarden şəhərdəki vəziyyətlə bağlı yazırdı: «Naxçıvan səksən faiz dağıdılmış böyük bir şəhərdir. Bu şəhər yavaş-yavaş məskunlaşır və bərpa olunur. Şəhərin mərkəzi hal-hazırda yenidən qurul¬muş və əhali ilə məskunlaşmışdır. Şəhərə kənardan bax¬dıqda, onları qorumağa gücü çatmadı¬ğı¬nı hiss edən I Şah Abbas tərəfindən dağıdılan çoxlu isteh¬kamlar və böyük bir qalanın viranə¬ləri görünür. Həqiqətən, bu şəhər hazırkı vəziyyətinə görə ürək ağrıdan bir obyektdir».

XVIII əsrin 30-40-cı illərində Naxçıvan şəhəri məşhur Azəbaycan sərkərdəsi Nadir şah Əfşarın yaratmış olduğu imperiyanın tərkibində olmuşdur. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra onun yaratmış olduğu imperiya dağılmış və Azərbaycanda müstəqil dövlətlər – xanlıqlar yaranmağa başlamışdır. Bu xanlıqlardan biri də Heydərqulu xan Kəngərli tərəfindən əsası qoyulan Naxçıvan xanlığıdır. Naxçıvan şəhəri xanlığın paytaxtı olmuşdur. 1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı Naxçıvan rus qoşunları tərəfindən işğal edilmiş, Türkmənçay müqaviləsinə görə (1828) Rusiyaya ilhaq edilmişdir.

İşğaldan sonra Naxçıvan çarizmin xüsusi məqsədlə yaratdığı Erməni vilayətinin tərkibinə qatılmışdı. Naxçıvan eyni adlı vilayətinin, sonra isə Naxçıvan qəzasının mərkəzi olmuşdur. Çar Rusiyası Cənubi Qafqazda özünə etnik siyasi dayaq yaratmaq məqsədilə erməniləri kütləvi surətdə Qacarlar İranından və Osmanlı imperiyasından Şimali Azərbaycana köçürüb gətirmiş, onların bir hissəsi də Naxçıvanda yerləşdirilmişdir. Nəticədə Naxçıvan şəhərinin və qəzasının etnik tərkibində ciddi dəyişikliklər baş vermişdir. Lakin buna baxmayaraq, şəhər əhalisinin mütləq əksəriyyətini buranın köklü sakinləri olan azərbaycanlılar təşkil etmişdir.

Naxçıvanın Ümumrusiya bazarına cəlb edilməsi şəhərin iqtisadi və mədəni inkişafında mühüm rol oynadı. İlk sənaye müəssisələri təşəkkül tapdı, dünyəvi məktəblər, mədəni-maarif ocaqları təşkil olundu.

1917-1920-ci illərdə ölkədə gedən mürəkkəb proseslərdən istifadə edən ermənilər Naxçıvanı zorla ələ keçirmək üçün silahlı dəstələr təşkil etmiş, lakin yerli əhalinin kəskin müqaviməti və türk qoşunlarının bölgəyə daxil olması ermənilərin bu məkrli niyyətlərinin həyata keçirilməsinə imkan vermədi. Erməni hücumlarından qorunmaq üçün 1918-ci ildə mərkəzi Naxçıvan şəhəri olmaqla Araz-Türk Respublikası yaradıldı. 1919-cu ilin iyulunda ingilislərin köməyi ilə daşnak qoşunları Naxçıvan şəhərini tutsalar da, ingilislərin bölgəni tərk etməsindən dərhal sonra yerli qüvvələr erməniləri buradan qovub çıxarmağa nail olmuş, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyi bərpa edilmişdi.

1920-21-ci illərdə Cənubi Qafqaz respublikaları bolşevik-sovet rejimi tərəfindən işğal edildikdən sonra ermənilər yenidən Naxçıvanı ələ keçirmək üçün cəhdlər göstərsələr də, yerli əhalinin inadlı mübarizəsi Azərbaycanın və Türkiyənin qətiyyətli mübarizəsi buna imkan vermədi. 1921-ci ildə bağlanmış Moskva və Qars müqavilələri Naxçıvanın Azərbaycan tərkibində muxtariyyət statusunu rəsmi müəyyənləşdirdi. Naxçıvan şəhəri 1924-cü il fevralın 9-da yaradılmış Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının paytaxtı oldu.

Sovet hakimiyyəti illərində Naxçıvan şəhəri sosial-iqtisadi və mədəni inkişaf sahəsində nailiyyətlər əldə etmiş, yeni sənaye sahələri yaradılmış Azərbaycanın mühüm maarif, mədəniyyət və elm mərkəzlərindən birinə çevrilmişdir.

XX əsrin 80-ci illərin sonu- 90-cı illərin əvvəllərində ermənilər Sovet imperiyasının süqutundan istifadə edərək Azərbaycanın digər torpaqları ilə yanaşı Naxçıvanı ələ keçirmək üçün hərbi təcavüzə başlamış, bölgəni nəqliyyat kommunikasiya və iqtisadi blokadaya almışlar. Lakin uzun, çətin və mürəkkəb şəraitdə Muxtar Respublikaya rəhbərlik etmiş Heydər Əliyevin qətiyyəti sayəsində Naxçıvan real işğal təhlükədən xilas ola bilmişdir.

Blokadanın davam etməsinə baxmayaraq müstəqillik illərində Naxçıvan şəhəri böyük və şərəfli inkişafı yolu keçmiş, Azərbaycan Respublikasının elm, mədəniyyət, maarif və sənaye şəhərinə çevrilmişdir.

Mənbə və ədəbiyyat.

1. Аракел Даврижеци. Книга истории. Пер. с. арм..., предис, и коммент. Л.А.Ханларяна, М., 1973.

2. Bakıxanov A. Gülüstani- İrəm. Bakı, 1951.

4. Дневник Закария Акулисского. Ереван, 1939.

5. Эфендиев О. Образование Азербайджанского государства Сефевидов в начале XVI века. Баку, 1961.

6. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Bakı, 2007.

7. Ferudin bey. Münşaat üs- selatın. I c., İstanbul, 1274.

8. Fərzəlibəyli Ş.F. Naxçıvanın XVII-XIX əsrlər tarixinə dair qiymətli sənədlər, -“Naxçıvan”, Bakı, 1999.

9. Həsən bəy Rumlu. Əhsən-ət təvarix, ehtimame Əvdülhüseyn Nəvayi. Tehran, h. ş. 1349.

10. İsgəndər bəy Münşi. Dünyanı bəzəyən Abbas tarixi. Fars dilindən tərcümə t.e.d., prof. Ş.F.Fərzəliyev. Bakı, 2010.

11. İsgəndər bəy Müniş. «Tarix-i aləm aray-ı Abbasi», c. II, Tehran, 1350.

12. Какаши Тектандер. Путешествие в Персию через Московию (1602-1603 г). Пер. с немец А.Стан-кевич., М., 1886.

13. Kirzioğlu F. Os¬manlıların Qafqaz ellərini fethi (1450-1590). Ankara, 1976.

14. Книга Оруджу - Бека Байата. Дон-Жуана «Персидского. Перевод с английского, введе¬ние и комментарии д.и.н. О.Эфендиева, к.и.н. А.Фарзалиева. Б., 1988.

15. Kütükoğlu B. Osmanlı-İran siyasi münasibetleri. İstanbul, 1993.

16. Qasımov X.S. Naxçıvan Azərbaycan mədəniyyəti ocaqlarından biri kimi (Səfəvilər dövrü)- «Naxçıvan», Bakı, 1999.

17. Məmmədov R. Naxçıvan şəhərinin tarixi oçerki, Bakı, 1976.

19. Naxçıvanskie rukopisnıe dokumentı XVII-X1X vv. Tbilisi, 1936.

20. Nəcəfli T. Səfəvi-Osmanlı müharibələri və Naxçıvan (XVI əsr - XVII əsrin əvvəlləri).- «Nax¬çıvan». Bakı, 1999.

21. Печеви И.Э. История. Перевод тюркского языка и примечания академика АН Азерб. ССР З.М.Буниятова, Баку, 1988.

22. Петрушевски И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Арме¬нии в ХVI-начале – ХIХ вв. Л., 1949.

25. Şaraf-xan Bidlisi. Şaraf-name, t.2, M., 1976.