XƏBƏRLƏR
23.10.17 ELAN
Tarix İnstitutunun doktorant və dissertantlarının nəzərinə: 2017-ci ilin noyabr-dekabr aylarında keçiriləcək imtahan sessiyasında minimum imtahanında (ixtisas, fəlsəfə, xarici dil (ingilis, fransız. alman)... Ətraflı >>

Tarix İnstitutunun doktorant və dissertantlarının nəzərinə: 2017-ci ilin noyabr-dekabr aylarında keçiriləcək imtahan sessiyasında minimum imtahanında (ixtisas, fəlsəfə, xarici dil (ingilis, fransız. alman), Azərbaycan dili (xarici vətəndaşlar üçün)) iştirak etmək istəyən doktorant və dissertantlardan ərizələrini 27 oktyabr 2017-ci il tarixinədək Tarix İnstitutunun Təhsil şöbəsinə təqdim etmələri xahiş olunur.



16.10.17 TARİX İNSTİTUTUNDA MİLLİ MARAQLARIMIZIN QORUNMASI MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar keçirilib... Ətraflı >>

Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar keçirilib.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, regionda münaqişələrin gücləndiyi şəraitdə dəyərlərimizin, milli maraqlarımızın və mənafelərimizin qorunması son dərəcə önəmlidir: “Bu gün dünya ictimaiyyətinin bəzi dairələrinin bizim həqiqətləri görmək istəməməsi alimlərimizi narahat edir. Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaq və saxta erməni təbliğatının qarşısını almaqdır”.

İnstitut direktoru bildirib ki, dünya bu gün son dərəcə mürəkkəb və olduqca təhlükəli qarşıdurmalarla üz-üzədir: “Dünyanın müxtəlif siyasi qüvvələri tərəfindən müsəlman dünyasında bilərəkdən qarşıdurmalar yaradılır. Terrorun İslamla əlaqələndirilməsinin əleyhinəyik. Xristian dünyasında da yüzlərlə terror təşkilatları var. Amma açıq-aşkar islamofobiya siyasəti yeridilir”.

Yaqub Mahmudov çıxışını davam etdirərək deyib: “Prezident İlham Əliyev ölkəmizdə multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla, Azərbaycan reallığını bütün dünyaya nümunə kimi təqdim edir. Bu baxımdan dövlət başçımızın təşəbbüsü və himayəsi ilə keçirilən dünya tarixçilərinin beynəlxalq soyqırımı konfransları real tarixi həqiqətlərin aşkara çıxarılmasında mühüm rol oynayır”.

“Bu yaxınlarda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında Prezident İlham Əliyev özünün parlaq çıxışında müasir narahat dünyada baş alıb gedən konfliktlərin həll olunmasının, xalqların və dövlətlərin suveren hüquqlarının təmin olunmasının obyektiv və real yollarını açıqladı və erməni faşizminin riyakar rolunu ifşa etdi”, - deyə tarixçi-alim bildirib.

Tədbirdə Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyevin “Müasir dövrdə Azərbaycanın regional problemlərin həllində fəaliyyəti”, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun “Regionda terrorun təzahürləri: onların səbəbləri və başlıca hədəfləri” və Tarix İnstitutunun şöbə müdiri Ədalət Qasımovun “Müasir dövrdə “islam həmrəyliyi”nin aktual problemləri” mövzusunda məruzələri dinlənilib.

Bildirilib ki, müasir dövrdə bəşəriyyətin başlıca bəlalarından birinə çevrilmiş terrorizmin bir sıra dövlətlər tərəfindən dəstəklənməsi böyük təhlükədir.

Digər çıxış edənlər qeyd ediblər ki, dövlətimizin suverenliyi və təhlükəsizliyini qorumaq, milli maraqlarımızın müdafiəsinə çalışmaq hər kəs üçün əsas meyar olmalıdır.







13.10.17 TARİX İNSTİTUTUNDA MİLLİ MARAQLARIMIZIN QORUNMASI MÖVZUSUNDA SEMİNAR KEÇİRİLƏCƏK
16 oktyabr 2017-ci il, saat 11:00-da “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar olacaq... Ətraflı >>

Hörmətli KİV nümayəndələri!

16 oktyabr 2017-ci il, saat 11:00-da “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar olacaq.

Sizi bu tədbirə dəvət edirik.

Tədbirin təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Tətbiqi Tədqiqatlar Fondudur.

Seminar AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.



12.10.17 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ A.A.BAKIXANOV ADINA
TARİX İNSTİTUTU ELMİ ŞURASININ BƏYANATI
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı KİV üçün bəyanatla çıxış edib... Ətraflı >>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı KİV üçün bəyanatla çıxış edib.

Bəyanatda deyilir: “Dərslikdəki uydurma “Böyük Ermənistan”ın ərazisini əks etdi¬rən xəritə qədim Roma imperiyasını dirçəltmək xəyalına düşmüş olan faşist diktatoru Benito Mussolininin göstərişi ilə 1934-cü ildə Roma şəhərinin mərkəzi küçə¬lərindən birinin (Via dei Fori İmperiali) divarına bərkidilmiş mərmər xəritələrdən biridir. Həmin dövrdə tarixin müxtəlif hərbi-siyasi keçid zamanında öz çirkin niyyətlərinə nail olmağa çalışan erməni lobbisinin təsirilə məhz həmin xəritənin divara bərkidilmək üçün seçilməsi şübhəsizdir. Həqiqətən də saxta “Böyük Ermənistan” xəritəsinin dünyanın müxtəlif KİV-lərində və informasiya resurslarında, o cümlədən Vikipediyada yayılmasını məhz ABŞ-da fəaliyyət göstərən Erməni Araşdırmaları və Tədqiqatları üzrə Milli Assosiasiya təmin edir. Bunun üçün göstərilən millətçi erməni təşkilatı xüsusi qrant ayırmışdır. Bu cür xəritələri nəşr edən qədim tarix ensiklopediyası olan “Ancient.eu” adlı sayt göstərilən erməni təşkilatına onlar üçün ayrılmış qranta görə təşəkkür edib. Qeyd etmək lazımdır ki, göstərilən xəritə X sinif “Ümumi tarix” dərsliyində verilərkən Azərbaycanın zərərinə daha da saxtalaşdırılmışdır. Belə ki, mərmər xəritədə, habelə müxtəlif müəlliflərin, o cümlədən çoxcilidlik “Roma tarixi”nin müəllifi Teodor Mommzenin nəşr etdiyi xəritədə də belə dəhşətli saxtakarlığa yol verilməmişdir. Bütün analoji xəritələrin hamısında uy-durma “Böyük Ermənistan”ın şimal sərhədləri Arazın cənubundan keçir və Xə-zər dənizinə çatmır. Həmin xəritələrdə Azərbaycan dövlətləri olan Albaniya və Atro¬patena ilə yanaşı, İberiya və Kolxida da göstərilir. Lakin X sinif şagirdlərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək Albaniya, Atropatena, İberiya və Kolxidanın adları çıxarılmış, ancaq “Armeniya” adı saxlanılmışdır. Beləliklə, Azər¬baycan məktəblilərinə təqdim olunan xəritədə saxtakarlığa yol verilərək, “Armeniya” ərazisi Abşeron yarımadasının cənubundan başlayaraq Xəzər dənizinə birləşdirilir. Uydurma “Böyük Ermənistan” tarixinə həsr olunmuş xəritələrin heç birində “Armeniya”nın ərazisi Xəzərə çatmır. Digər tərəfdən, T.Mommzenin nəşr olunmuş xəritəsində və “Böyük Ermənistan” ərazisi göstərilən digər xəritələrdə də Albaniya, Atropatena, Kolxida, İberiya adları göstərildiyi halda X sinfin “Ümumi tarix” dərsliyində verilmiş xəritədən bütün bu adlar çıxarılmışdır. Ciddi narahatlıq doğuran hal budur ki, bu saxtalaşdırılmış xəritə “Ümumi tarix“ dərsliyinin rus dilində olan versiyasına daxil edilmişdir. Beləliklə, saxtakarlığın rusdilli oxuculara çatdırılması imkanı yaradılmışdır. Bununla yanaşı qeyd edək ki, eyni xəritə saxta “Böyük Ermənistan”ın bütün sərhərdləri ilə “Ümumi tarix” dərsliyinin Azərbaycan dilində olan versiyasında da verilmişdir. Burada çatmayan ancaq “Armeniya” sözü¬dür. Hər iki halda dərsliyin həm rus, həm də Azərbaycan versiyalarındakı xəritələr Azərbaycanın tarixi keçmişinə vurulan ağır zərbədir.

Tarix İnstitutunun Elmi Şurası bəyan edir ki, heç bir tarixi dövrdə Azərbaycanın Albaniya və Atropatena dövlətləri Roma imperiyasına qatılmamış və müstəqilliyini saxlamışlar. Hələ bu bir yana qalsın, Roma qoşunları eradan əvvəl 66-cı ildə düzgün olmayaraq erməni çarı kimi təqdim edilən Parfiya sərkərdəsi II Tiqranın qoşunlarını darmadağın edərək, erməni çarlığını aradan qaldırdıqdan sonra da, Atropatena və Albaniya müstəqil dövlətlər olaraq yaşayıb. Yeri gəlmişkən, Azər¬baycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda ölkə başçısının təşəbbüsü və tapşırığına əsasən son illərdə aparılmış tədqiqatlar (“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ: real tarix, faktlar və sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “Real tarix və “Böyük Ermənistan” uydurması” və Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi soyqırımlarına həsr olunmuş çoxsaylı əsərlər) nəticəsində sübut edilmişdir ki, 1918-ci il mayın 29-da İrəvan və ətrafı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ermənilərə verilənə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmamışdır. Erməni¬lərin Cənubi Qafqaza kütləvi surətdə köçürülməsi Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin şərtlərinə əsasən həyata keçirilmişdir. Bizim bu tədqiqat¬larımızdan sonra artıq işğalçı Ermənistanda, hətta bəzi KİV-lərdə də guya “ermənilərin Cənubi Qafqazın aborigen əhalisi olması”nın təbliğ olunmasına əvvəlki kimi meyl göstərilmir. Bu, Azərbaycan Prezidentinin və Azərbaycan tarix elminin çox böyük uğurudur. Bu baxımdan X siniflər üçün “Ümumi tarix” dərsliyinə daxil edilən xəritələr düşmənə qarşı informasiya müharibəsində Azərbaycan tarix elminə arxadan vurulan ağır zərbədir. Təəssüf doğuran həm də budur ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə “Azərbaycan tarixi atlası” və “Azərbaycan Milli Atlası” nəşr olunduğu halda bu cür zərərli addım atılmışdır.

Tarix İnstitutunun Elmi Şurası yuxarıda göstərilənlərlə yanaşı onu da bəyan edir ki, orta məktəblər üçün dərsliklər hazırlanmasının qüvvədə olan mexanizmi dəyişdi¬rilməli və bu sahədə əsaslı islahatlar aparılmalıdır. Qüvvədə olan mexanizmə əsa¬sən, bir qayda olaraq, tenderdə aparıcı qüvvə kimi nəşriyyatlar iştirak edirlər. Nəş¬riyyatlar isə öz ətrafına “münasib bildiyi” adamları toplayaraq dərslik layihələri hazır¬layırlar. Beləliklə, tenderdə mübarizə nəşriyyatlar arasında gedir. Və təəssüf ki, bu mübarizə dərsliklərin elmi məzmunu, milli dəyərlərin qorunması və Azərbaycan¬çılıq məfkurəsi naminə deyil, dərsliklərin nəşrinə sərf edilən dövlət vəsaitinə hansı nəşriyyatın sahib çıxması uğrunda gedir. Bu mübarizədə dərsliklərin elmi məz¬munu deyil, “daha güclü nəşriyyat” və onun arxasında duran qüvvələr qalib gəlir. Əslində isə dərsliklər, o cümlədən tarix dərslikləri bu sahədə səriştəsi olan görkəm¬li alimlərin qələmindən çıxmalıdır. Dərsliklərin metodiki işlənməsi və şagirdlərin yaş səviyyəsinə uyğun olması kimi prinsiplər isə ən təcrübəli metodistlərə etibar olunmalıdır. İndiki mərhələdə isə nəşriyyatlar onlar üçün münasib olan müəllifləri, başlıca olaraq orta məktəb müəllimlərini cəlb edirlər. Bu zərərli sistem davam et¬dikcə gələcəkdə də bu cür səhvlərə yol verilməsi qaçılmazdır.

Elmi Şura hesab edir ki, dərsliklərin yazılmasının təsadüfi şəxslərə, hətta kütləvi informasiya vasitələrində dələduzluqda təqsirləndirilənlərə, Azərbaycanın görkəm¬li tarixi şəxsiyyətlərini ləkələyənlərə etibar edilməməlidir. Təhsil sahəsində ali icra orqanı olan Təhsil Nazirliyi bu sahəni tamamilə öz əlinə almalı, dərslik müəl¬liflərini məhz nazirlik müəyyənləşdirməli, nazirlik birbaşa özü sifariş etməlidir. Bütün mərhələlərdə ekspertizadan keçirilməsinə nazirlik rəhbərlik etməlidir. Hazır olan dərslikləri məhz Təhsil Nazirliyi texniki imkanlarını nəzərə alaraq nəşriyyat¬lara özü sifariş verməlidir. Dərsliyin yazılmasında elmin təhsillə inteqrasiyası təmin olunmalı və elmdə əldə olunan bütün yeniliklər dərslik müəllifləri olan alim¬lər tərəfindən şagirdlərə çatdırılmalıdır. Metodika məsələləri isə təcrübəli me¬todistlər tərəfindən yerinə yetirilməlidir. İnstitut əmindir ki, əgər bütün dərsliklər, o cümlədən tarix dərslikləri Akademiyanın elmi-tədqiqat institutlarında, o cümlədən Tarix İnstitutunda ekspertizadan keçərsə, belə nöqsanlara yol verilməz. Təcrübəsiz və səriştəsi olmayan ekspertlər bu işdən kənarlaşdırılmalıdır. Təəssüf ki, bəzən belə “ekspertlərin” köməyi ilə elmi-tədqiqat institutlarını bu işdən təcrid etməyə cəhd göstərilir. Yeri gəlmişkən, haqqında bəhs olunan X sinif dərsliklərinin eks-pertizası zamanı tanınmış tarixçi alimlər tərəfindən hazırlanmış “Azərbaycan ta¬rixi” və “Ümumi tarix” dərsliklərinin layihələrinin ekspertizadan keçməməsi üçün müxtəlif strukturlara təzyiq göstərilməsi hallarına yol verilib. Təəccüb doğuran odur ki, X siniflər üçün “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik layihələrinin Azərbaycan versiyaları tenderdə qalib elan olunduqdan sonra Tarix İnstitutunun əməkdaşları tərəfindən 28 səhifəlik irad və təkliflər Təhsil Nazirliyinə göndərilsə də, onların əksəriyyəti nəzərə alınmadan dərslik çap edilmişdir. Həmin dərsliklərin rus dilində olan versiyaları isə ictimai müzakirəyə çıxarılmadan çap olunmuşdur.

İnstitutun Elmi Şurası bu və buna bənzər faktlara yol verilməsindən ciddi narahat olduğunu da bəyan edir. Belə ki, düşmənə qarşı informasiya müharibəsində qaza¬nılmış bütün uğurlarımıza rəğmən məhz vaxtilə “26 Bakı” cəlladlarının adını da¬şıyan Sahil bağında “26-lar” kafesinin fəaliyyət göstərməsi, 26-ların ümumşəhər qəbiristanlığındakı qəbirlərinin ziyarət olunması və “gül-çiçək” qoyulması, X sinif dərsliyində yol verilmiş bu rüsvayçı fakt və buna bənzər digər faktlar Azərbaycan dövlətinə qarşı ölkə daxilində sistemli surətdə təxribatlar aparılmasının bariz əlamətləridir”.

Tarix İnstitutunun Elmi Şurası müzakirə olunan məsələ ilə bağlı yekdilliklə aşağıdakı qərarları qəbul edib:

1. Uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritə ilə əlaqədar məsələ və buna bənzər faktlar dərindən araşdırılmalı və qəti tədbir görülməlidir;

2. X sinfin “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslikləri əsaslı şəkildə yenidən ekspertizadan keçirilməli və şa¬girdlərə yaxın müddətdə yeni dərsliklər təqdim olunmalıdır;

3. Dərsliklərin hazırlanması sistemi və mexanizmi tamamilə dəyişdirilməlidir;

4. Dərsliklər hazırlanarkən ətraflı və dərindən yoxlanılmadan internet resurs-larından istifadə olunmamalıdır. İşğalçı ölkənin internet resurslarından istifadə isə yolverilməzdir;

5. Dərsliklərin Azərbaycançılıq məfkurəsi əsasında yüksək səviyyədə hazırlanması kimi mühüm dövlət işi Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş mütəxəssislər olan peşəkar alimlərə və zəngin təcrübəsi olan metodistlərə həvalə olunmalıdır;

6. AMEA və Təhsil Nazirliyi arasındakı müqaviləyə uyğun olaraq çapa hazır-lanmış dərsliklər, o cümlədən tarix dərslikləri AMEA-nın elmi-tədqiqat institut-larında elmi ekspertizadan keçirildikdən sonra nəşr olunmalıdır.



06.10.17 TARİX İNSTİTUTUNDA “ZƏNGƏZUR TARİXİ” NƏŞRƏ HAZIRLANIR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Zəngəzur tarixi” adlı fundamental tədqiqat nəşrə hazırlanır... Ətraflı >>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və tapşırığına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Zəngəzur tarixi” adlı fundamental tədqiqat nəşrə hazırlanır.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, institutun Elmi Şurasının 6 oktyabr tarixli iclasında “Zəngəzur tarixi” kitabının çap işi ilə bağlı vəziyyət geniş müzakirə edilmiş və konkret qərarlar qəbul olunub.

Elmi Şuranın iclasında tanınmış ermənişünas alim İsrafil Məmmədovun 90 illik yubiliyenin keçirilməsi, Avstriya arxivlərində araşdırmalar aparılması, Azərbaycan-Polşa əlaqələri tarixi mövzusunda tədbirin keçirilməsi, tarixçi-alim Polad Xəlilovun “Bakı neft sənayeçiləri qurultayının fəaliyyəti tarixindən (XIX əsrin sonu – XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının çapa məsləhət görülməsi və digər məsələlər barədə qərar verilib.

Akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan və Avstriya arasında əlaqələrin tarixi XVI əsrə - Səfəvilər və Habsburqlar sülalələrinin hakimiyyəti dövrünə gedib çıxır: “Avstriyada olan Səfəvilər dövrü ilə bağlı arxiv sənədləri Azərbaycana gətiriləcək”.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Tarix İnstitutu ilə sıx əlaqə saxlayaraq, Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsən və Polşa kralı Kazimir arasında yazışmalara dair arxiv sənədi aşkar edib. Bununla bağlı olaraq, Azərbaycanın ortaəsrşünas alimləri Polşaya səfər edəcəklər.

Məlumat üçün bildirək ki, oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondunun həyata keçirdiyi layihə çərçivəsində Tarix İnstitutu ilə birgə “Regionda münaqişələrin gücləndiyi şəraitdə Azərbaycanın milli maraqlarının qorunmasının aktual problemləri” mövzusunda seminar keçiriləcək.







18.09.17 YAQUB MAHMUDOV: “İNDİKİ ERMƏNİSTAN ƏRAZİSİ TAMAMİLƏ BİZİM TARİXİMİZDİR”
“Səfəvilər dövründə dünyanın ən böyük imperiyasını yaratmışdıq. Nadir şahın dövründə bizim imperiyamızın bir ucu Hindistana qədər gedib çıxırdı”... Ətraflı >>

“Səfəvilər dövründə dünyanın ən böyük imperiyasını yaratmışdıq. Nadir şahın dövründə bizim imperiyamızın bir ucu Hindistana qədər gedib çıxırdı”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

“Biz imperiya yaradan xalqıq. Lakin Azərbaycan xalqına saxta tarix təqdim olunub. Guya indiki Ermənistan elə əvvəldən olub, Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Bu isə saxta bir tarixdir. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. Tarixi reallığı dünyaya çatdırmaq məqsədilə rus, ərəb, ingilis, ispan, italyan və sair dillərdə kitablar ortaya qoymuşuq. Məqsəd ondan ibarətdir ki, dünya ictimaiyyətinə çatdıraq ki, ermənilər bura I Pyotrun göstərişindən sonra, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülüb gətirilmə etnosdur. Ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil, onlar bu əraziyə Çar Rusiyası tərəfindən köçürülüb”, - deyə institut direktoru qeyd edib.

Y.Mahmudov bildirib ki, Azərbaycan xalqının başına gətirilən müsibətlər, bütün bu qanlı tarix də ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb: “Çar Rusiyası erməniləri təpədən dırnağa qədər silahlandırıb, Azərbaycan xalqını yurd-yuvasından didərgin salıblar, soyqırımı həyata keçiriblər. Bizim tarixçilərimiz isə Sovet dövründə Çar Rusiyasına qatılmış Şimali Azərbaycanın tarixini Azərbaycan tarixi kimi təqdim ediblər. Ermənilər də bundan geniş istifadə edərək Çar Rusiyasına qatılmış tarixi Azərbaycan torpaqlarını özlərinin qədim ərazisi kimi təqdim ediblər. 1828-ci il müqaviləsində yazılır ki, “İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilir”. Göründüyü kimi bu müqavilədə Ermənistan sözü yoxdur, çünki o vaxt Ermənistan yox idi, ermənilər hələ bu əraziyə yenicə köçürülürdü. Lakin bu tarixi saxtalaşdıraraq “Ermənistanın Rusiyaya birləşdirilməsi” kimi qeyd edirlər. Odur ki, bizim tariximiz xalqa olduğu kimi təqdim edilməlidir”.

Tarixçi-alim qeyd edib ki, Azərbaycan xalqı bilməlidir ki, Zəngəzur, İrəvan əraziləri, Cənubi Azərbaycandakı torpaqlarımız, eləcədə Borçalı, tarixi şəhərimiz olan Dərbənd Azərbaycan xalqının tarixidir: “Biz heç kimdən ərazi istəmirik, dünyanın yenidən bölüşdürülməsini tələb etmirik. Amma Dərbənd, Borçalı mənim tariximdir. İndiki Ermənistan ərazisi tamamilə bizim tariximizdir. Necə bu tarixdən əl çəkə bilərik ki, tanınmış Rusiya yazıçısı və diplomatı A.S.Qriboyedovun “Ağıldan bəla” əsəri 1827-ci ildə İrəvanda Xan sarayının Güzgülü zalında tamaşaya qoyulub. İrəvan bizim mədəniyyət və xalçaçılıq tariximizdir. “İrəvanlı” adında ən azı yüzlərlə böyük sənətkarımız var. Eləcədə “Borçalı”, “Tiflisli” adı ilə nə qədər böyük sənətkarlarımız tanınır. Biz bu tariximizdən əl çəkə bilmərik. Bu səbəbdən cənab Prezidentin göstərişi ilə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabını hazırlayaraq xarici dillərə tərcümə etdikdən sonra dövlət başçımızın təşəbbüsü ilə onun əsasında broşürlər buraxmağa başlamışıq. Həmin broşürlərdə İrəvan şəhərinin necə dağıdılması öz əksini tapıb. Təkcə İrəvan şəhərində 8 məscidimiz olub ki, indi onların heç biri qalmayıb. Bircə Göy məscid qalıb ki, onun da bir hissəsini farslaşdırıblar, guya o ərazilərdə biz olmamışıq. Hansı ki, həmin ərazidəki bütün qədim tarixi abidələr Azərbaycan xalqına məxsusdur, ermənilərlə bağlı tarixi abidələrin isə yaşı vur-tut 200 ildən çox deyil, çünki 200 il bundan əvvəl ermənilər İrəvan xanlığının ərazisinə yenicə köçürülməkdə idi. Biz real tarixi bərpa edib dünyaya çatdırdıq ki, bu ərazinin tarixi, oradakı bütün tarixi abidələr bizə məxsusdur”.

Onun sözlərinə görə, erməni vandallarının məhv etdiyi İrəvan xanlarının sarayı, məscidlər nadir tarixi abidə idi: “Bu əraziləri idarə edən hakimlərin hamısı İrəvan xanları idi. Onların içərisində bir nəfər də erməni yoxdur, bu ərazilərin hamısını biz idarə etmişik. İrəvan qalası qəhrəmanlıq qalası idi. Biz o qalanı 4 dəfə müdafiə etmişik. Çar Nikolay həmin qalanı ala bilmirdi. Odur ki, tapşırıq vermişdi ki, İrəvan sərdarlarına pul verin, zəhərləyin, o şəhər bizim olmalıdır. Axırda sevincindən gəlib Xan sarayında bir gecə yatdıqdan sonra divara adını yazdı, ermənilər oranı ayaqyoluna çevirdi və sonra isə bütünlüklə sarayı dağıtdılar. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid - Göy Məscid qismən salamat qalıb. İndi ermənilər özlərini mədəni, bizi isə vandal xalq kimi göstərirlər. Biz bu məsələləri dünyaya çatdırmaqla demək istəyirik ki, elə isə, hanı Sərdarabad qalası, hanı qədim İrəvan şəhəri? Hanı üç yüzdən artıq məscidimiz?”

Akademik əlavə edib ki, indi də ermənilər tərəfindən Qarabağda eyni ssenari aparılır: “Necə ki, İrəvan xanlığında bütün adlar dəyişdirilmişdi, indi də Qarabağdakı coğrafi adlar, mədəni və tarixi abidələr erməniləşdirilir. Bununla kifayətlənməyərək Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun hamısının adını dəyişdiriblər. Ssenari eynidir, yenə də məscidlər, tarixi abidələr məhv edilir, tarix kökündən dəyişdirilir. Təsadüfi deyil ki, möhtərəm prezident Astanada çıxışı zamanı qeyd etdi ki, “Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”. Biz də bunları nəzərə alaraq tarixi faktlarla ayıltma işini görürük. Düşünürəm ki, gördüyümüz işin millətimiz üçün çox böyük mənası var. Ona görə ki, millət öz tarixinə sahib çıxmalıdır. Sən tarixini bilməsən səni udacaqlar, tarixinə sahib çıxsan səni heç kim məhv edə bilməz. Odur ki, biz tariximizə sahib çıxmalıyıq”.



13.09.17 TARİX İNSTİTUTUNDA İRƏVAN XANLIĞI İLƏ BAĞLI YENİ ƏSƏRLƏRİN TƏQDİMATI OLUB
Sentyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair 4 adda broşürün (Azərbaycan və rus dillərində) təqdimat mərasimi keçirilib... Ətraflı >>

Sentyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair 4 adda broşürün (Azərbaycan və rus dillərində) təqdimat mərasimi keçirilib. Tədbir AMEA-nın Tarix İnstitutu və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə reallaşıb.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində ATİB tərəfindən nəşr olunub. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.

“İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları” və “İrəvan xanlığının mahalları” adlı kitabçaların müəllifi tarixçi-alim Güntəkin Nəcəfli, “İrəvan xanlığının əhalisi” adlı kitabçanın müəllifi isə tarixçi-alim İradə Məmmədovadır.

Təqdimat mərasimində akademik Yaqub Mahmudov bildirib ki, yeni nəşrlər ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesajdır: “Müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda – İrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımları dövrü başlandı. Nəhayət, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı”.

“Ermənilər nəinki Cənubi Qafqazın, hətta Asiya qitəsinin yerli əhalisi deyil. XVII əsrin 70-ci illərində Azərbaycanın İrəvan bölgəsinə, o cümlədən İrəvan şəhərinə səyahət etmiş türk səyyahı Evliya Çələbi “Səyahətnamə”sində və fransız səyyahı Jan Şarden “Parisdən İsfahana səyahət” əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türkləri olduğunu qeyd etmişlər. İlk mənbələr, o cümlədən erməni mənbələri təsdiq edir ki, İrəvan şəhərində oturaq erməni əhalisi yaşamayıb”, - deyə institut direktoru bildirib.

“İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri” adlı kitabça Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvan xanlığının paytaxtı – İrəvan şəhərinin şanlı tarixinə həsr olunub. Əsərdə İrəvan toponimi, İrəvan şəhərinin tarixi, səyyahların təsviri haqqında mühüm məlumatlar və illüstrasiyalar öz əksini tapıb. Nəşrdə qeyd edilir ki, XVI əsrdə Osmanlı yürüşləri zamanı sultanın katibi olmuş İbrahim Rəhimizadə İrəvan şəhərini “Azərbaycan mülkünün gözü” adlandırıb.

“Erməni vandallarının yox etdiyi İrəvan qalaları” adlı kitabça İrəvan bölgəsində mövcud olan və erməni vandalları tərəfindən amansızcasına məhv edilən Azərbaycan qalalarının tarixinə, o cümlədən məşhur İrəvan və Sərdarabad qalalarının XIX əsrin birinci rübündə baş vermiş Rusiya-İran müharibəsi zamanı yadelli işğalçılara qarşı apardığı şanlı mübarizə tarixinə həsr olunub.

Oxuculara “İrəvan xanlığının mahalları” adlı kitabçada Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz parçası olan İrəvan bölgəsinin, o cümlədən Çuxursəd bəyləribəyliyinin və İrəvan xanlığının inzibati bölgüsü, “İrəvan xanlığının əhalisi” adlı kitabçada isə Azərbaycan dövləti olan İrəvan xanlığının əhalisinin etnik və dini mənsubiyyəti, məşğuliyyəti, xanların əhali siyasəti təqdim edilib.

Təqdimat mərasimində çıxış edənlər İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.

Təqdim olunan kitabçalar Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.

Qeyd edək ki, 2016-cı ildə Prezident Kitabxanasında “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” kitabçalarının (Azərbaycan, ingilis və rus dillərində) təqdimatı olub.​







12.09.17 PREZİDENTİN TƏŞƏBBÜSÜ İLƏ YAZILMIŞ ƏSƏRLƏRİN TƏQDİMATI OLACAQ
13 sentyabr 2017-ci il, saat 11:00-da Azərbaycan və rus dillərində hazırlanmış “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları” və “İrəvan xanlığının əhalisi” adlı əsərlərin təqdimat mərasimi keçiriləcək... Ətraflı >>

13 sentyabr 2017-ci il, saat 11:00-da Azərbaycan və rus dillərində hazırlanmış “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”, “İrəvan xanlığının mahalları” və “İrəvan xanlığının əhalisi” adlı əsərlərin təqdimat mərasimi keçiriləcək.

Sizi bu təqdimat mərasiminə dəvət edirik.

“İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı kimi bu əsərlər də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb.

Tədbirin təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və “Azərbaycan Tarixçiləri” İctimai Birliyidir.

Təqdimat mərasimi AMEA-nın Tarix İnstitutunda (AMEA-nın əsas binası, 6-cı mərtəbə) keçiriləcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.



25.07.17 YAQUB MAHMUDOV: “RUSİYA CƏNUBİ QAFQAZ SİYASƏTİNDƏ ERMƏNİ FAKTORUNDAN ƏL ÇƏKMƏLİDİR”
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun açıqlamasını təqdim edirik... Ətraflı >>

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun açıqlamasını təqdim edirik:

Prezident İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərini daha da inkişaf etdirmək və dərinləşdirmək siyasətini alqışlayırıq. Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafı Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər.

Rusiya ilə bizim tarixi əlaqələrimiz var. Ulu öndər Heydər Əliyev Rusiyada mədəniyyətin, elmin, səhiyyənin, müxtəlif sosial-iqtisadi sahələrin inkişafında çox mühüm rol oynayıb. Bu, tarixin silinməz səhifələridir. Azərbaycan və rus xalqları arasında geniş tarixi əlaqələr bu gün daha sürətlə inkişaf edir. Rusiyada çox güclü potensialımız var. Rusiyanın bütün şəhərlərində, o cümlədən Moskvada Azərbaycanın görkəmli alimləri, tanınmış ziyalıları, mütəxəssisləri, həkimləri müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər.

Rusiya Cənubi Qafqaz siyasətini nizama salmaq üçün ənənəvi ermənipərəst yollardan və erməni faktorundan imtina etməlidir. Cənubi Qafqazda Azərbaycanın mənafelərini nəzərə almadan və bizim ölkəmizlə hesablaşmadan uğurlu siyasət yeritmək mümkün deyil. Xalqımızın qədim mədəniyyəti, bügünkü güclü potensialı, ordusu, iqtisadi gücü buna zəmin yaradır. Arzu edirik ki, Rusiya sözü ilə əməli bir olan Prezident İlham Əliyevin siyasətini dəstəkləsin və Azərbaycanın ərazi məsələlərində təcavüzkar Ermənistanı müdafiə etməkdən əl çəksin.



24.07.17 TARİX İNSTİTUTUNDA 10 MİN ELEKTRON KİTABIN TƏQDİMATI OLUB
İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində olan elektron kitabların təqdimatı olub... Ətraflı >>

İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində olan elektron kitabların təqdimatı olub.

İclasda institut direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan islamın yayıldığı ilk ölkələrdəndir: “Tarix İnstitutunun nəşrləri olan “Qarabağ: real tarix, faktlar, sənədlər” və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabları ərəb dilində də çap olunub”.

Akademik Y.Mahmudov Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydini tədbir iştirakçılarına təqdim edərək, bunları deyib: “Əhməd bəy Azərbaycan üçün mühüm işlər görən bir insandır. Misirli dostumuzun təşəbbüsü ilə Misir Mədəniyyət Mərkəzində Tarix İnstitutunun əməkdaşları üçün ərəb dili kursları təşkil olunub. Misirdən dəvət olunmuş mütəxəssislər 1 ildir ki, institutun alimlərinə ərəb dilini öyrədirlər”.

Misirli alim çıxışında bildirib ki, hədəfimiz birdir: “Azərbaycan və Misir arasındakı əlaqələrin dərin tarixi kökləri var. Mən özümü Azərbaycanda bir misirli kimi qürbətdə hiss etmirəm. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir və bu mərkəz Bakıda 1999-cu ildən fəaliyyət göstərir”. Əhməd Sami Elaydi ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözlərini xatırladaraq Azərbaycanı sevdiyini bildirib.

Daha sonra misirli alim Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası adından ərəb dilində olan 10 min elektron kitabı AMEA-nın Tarix İnstitutuna hədiyyə edib. Bu elektron kitablar arasında müasir ərəb və Misir tarixçilərinin kitabları, “Müasir islam tarixində Osmanlı dövləti”, “Osmanlı dövləti necə süqut etdi”, “Təbəri tarixindən seçmələr”, “İraq mədəniyyəti”,“Ərəb ədəbiyyatı tarixi” və digər kitablar, bundan əlavə fəlsəfə, uşaq ədəbiyyatı, şeir, hədis, lüğətlər də var.

Yaqub Mahmudov kitab hədiyyəsinə görə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinə və Əhməd Sami Elaydiyə təşəkkürünü bildirib. İnstitut direktoru misirli qonağa "Azərbaycan Respublikasının Milli Atlası"nı və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ərəbcə nəşrini hədiyyə edib.

Tədbirdə digər çıxış edənlər Tarix İnstitutu ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasında olan əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, yüksək qiymətləndiriblər.



24.07.17 YAQUB MAHMUDOV: PREZİDENTLƏRİN AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİNİN DAHA DA İNKİŞAFINA YÖNƏLMİŞ SİYASƏTİ TƏQDİRƏLAYİQDİR
Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlmiş siyasətini alqışlayırıq. Bu münasibətlərin dərinləşdirilməsi Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər... Ətraflı >>

Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə yönəlmiş siyasətini alqışlayırıq. Bu münasibətlərin dərinləşdirilməsi Rusiyanın Şərq siyasətinə də müsbət təsir göstərə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşünün əhəmiyyəti barədə danışan akademik qeyd edib ki, Rusiya ilə bizim tarixi əlaqələrimiz var. Ulu öndər Heydər Əliyev Rusiyada mədəniyyətin, elmin, səhiyyənin inkişafında çox mühüm rol oynayıb. Bu, tarixin inkar edilməyən səhifələridir. Azərbaycan və rus xalqları arasında geniş əlaqələr mövcuddur. Rusiyada çox güclü diasporumuz fəaliyyət göstərir. Moskvada, Rusiyanın bütün şəhərlərində Azərbaycanın görkəmli alimləri, siyasi xadimləri, mütəxəssisləri, həkimləri müxtəlif sahələrdə çalışırlar.

Mövcud reallıqdan çıxış edən Yaqub Mahmudov vurğulayıb ki, Cənubi Qafqazda Azərbaycanın mənafelərini nəzərə almadan uğurlu siyasət yeritmək mümkün deyil. Ölkəmiz qədim mədəniyyəti, bugünkü güclü potensialı, ordusu, iqtisadi gücü ilə fərqlənir və regionun lider dövlətidir. Akademik ümidvar olduğunu bildirib ki, Soçi görüşünün nəticəsi olaraq, Rusiya Azərbaycanın haqq işini daha yaxından dəstəkləyəcək, Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında prinsipial mövqe nümayiş etdirəcək.



23.07.17 TARİX İNSTİTUTUNDA 10 MİN ELEKTRON KİTABIN TƏQDİMATI OLACAQ
Sabah saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində olan elektron kitabların təqdimatı olacaq... Ətraflı >>

Sabah saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində olan elektron kitabların təqdimatı olacaq.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Tarix İnstitutuna 10 min elektron kitab hədiyyə edəcək.

Təqdimat mərasimi AMEA-nın Tarix İnstitutunda (AMEA-nın əsas binası, 6-cı mərtəbə) keçiriləcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.



22.07.17 DƏRSLİKLƏRİN STANDARTLARA UYĞUNLUĞUNA, XÜSUSƏN DƏ ELMİ MƏZMUNUNA CİDDİ DİQQƏT YETİRİLMƏLİDİR
Son vaxtlar X sinif “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələri mətbuatda geniş müzakirəyə səbəb olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi bu məsələ ilə bağlı institutun direktoru, akademik Yaqub Mahmudovdan məxsusi açıqlama alıb... Ətraflı >>

Son vaxtlar X sinif “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələri mətbuatda geniş müzakirəyə səbəb olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi bu məsələ ilə bağlı institutun direktoru, akademik Yaqub Mahmudovdan məxsusi açıqlama alıb. Tarixçi-alimin açıqlamasında deyilir:

-Son vaxtlar kütləvi informasiya vasitələrində ümumtəhsil məktəblərinin X sinfi üçün kurikulum əsasında yeni tərtib edilmiş “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslikləri ilə əlaqədar geniş ictimai müzakirələr aparılıb. Bu, müsbət haldır. Bu müzakirələri biz Tarix İnstitutu olaraq normal hal hesab edirik. Lakin bəzi yazılarda Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu ilə Təhsil Nazirliyi arasındakı ənənəvi işgüzar münasibətlər üzərinə kölgə salmaq cəhdlərini tamamilə əsassız və qeyri-etik sayırıq. Birmənalı şəkildə bəyan edirik ki, Təhsil Nazirliyi rəhbərliyinin təhsilimizi inkişaf etdirməyə yönəlmiş yenilikçi fəaliyyətini, o cümlədən orta məktəblərin keyfiyyətli dərsliklərlə təmin edilməsi sahəsindəki səylərini yüksək qiymətləndiririk. Tarix İnstitutu və Təhsil Nazirliyi arasındakı sıx əməkdaşlığın bariz nümunəsidir ki, ümumtəhsil məktəblərinin V, VII-IX sinifləri üçün “Azərbaycan tarixi” və VII-IX sinifləri üçün “Ümumi tarix” dərslikləri tarixçi alimlərimizin müəllifliyi ilə nəşr edilib. Tarix İnstitutunun rəhbərliyi, həmçinin “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində orta məktəblərdə müntəzəm surətdə görüşlər keçirir, şagirdlərə Azərbaycanın görkəmli dövlət xadimləri, sərkərdələri, elm və mədəniyyət xadimləri haqqında obyektiv informasiya çatdırılmasına fəal surətdə kömək göstərir. İnstitutda tez-tez orta məktəb şagirdləri ilə görüşlər keçirilir.

Bu cür normal münasibətlərin nəticəsidir ki, Təhsil Nazirliyi 2017-ci il aprelin 4-də 2-8-12/16 saylı məktubla Tarix İnstitutuna müraciət edərək ümumtəhsil məktəblərinin X sinfi üçün kurikulum əsasında yeni tərtib edilmiş “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələri ilə tanış olmağı, təklif və iradlarını bildirməyi xahiş edib. Tarix İnstitutunun rəhbərliyi bu müraciətə cavab olaraq institutun görkəmli alimləri və dərslik yazılması sahəsində səriştəsi olan mütəxəssislərdən ibarət işçi qrup yaradıb. İşçi qrupu yuxarıda göstərilən dərsliklərin layihələrini diqqətlə ekspertizadan keçirib və ciddi qüsurlar aşkar edib. Müəyyən edilib ki, dərslik layihələrinin müəllifləri çoxlu sayda plagiat hallarına, elmi səhvlərə, təhriflərə, təkrarlara, orfoqrafiya və üslub xətalarına yol verib. Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib. “Azərbaycan tarixi” dərsliyi xronoloji cəhətdən ən qədim çağlardan XIX əsrin əvvəllərinə, yəni, Azərbaycanın Rusiya və Qacarlar dövlətləri arasında bölüşdürülməsinə qədərki dövrü əhatə etməli olduğu halda, XVIII əsrin sonunda xanlıqların bir qismindən bəhs etməklə yekunlaşdırılıb.

Hər iki dərslikdə aşkar edilən nöqsanlar və plagiat faktları haqqında Təhsil Nazirliyinin rəhbərliyinə Tarix İnstitutunun cavab məktubunda geniş məlumat verilib. Bu məlumatdan dərhal sonra “ən yaxşı” dərslik kimi yüksək bal verilən “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin müəllifləri bəzi nöqsanları tələm-tələsik aradan qaldırıb, eyni zamanda, çoxlu sayda digər qüsur və plagiat faktlarının müdafiəsinə qalxıblar.

Dərslik yazılması kimi son dərəcə məsuliyyətli və ciddi bir işə belə yanaşmaya cavab olaraq işçi qrupunun üzvləri dərsliklərdə aşkar etdikləri ciddi qüsurlar və plagiat faktları haqqında ictimaiyyətə açıqlamalar verməli olublar. Dərslik layihələrinin müəllifləri bunu hiddət və əsəbiliklə qarşılayıb, nöqsanlara və plagiat faktlarına haqq qazandırmaq mövqeyindən cavablar veriblər.

Tarix İnstitutunun rəhbərliyi bəyan edir ki, orta ümumtəhsil məktəbləri üçün yüksək peşəkarlıqla yazılmış, şagirdlərimizdə Vətənimizə, xalqımıza sevgi aşılayan, keçmişimizlə qürur duymağa, tarixi şəxsiyyətlərimizi olduğu kimi tanımağa, fəaliyyətlərini obyektiv qiymətləndirməyə imkan verən yüksək keyfiyyətli dərsliklər hazırlanmasını çox mühüm dövlət əhəmiyyətli strateji vəzifə sayır və bu sahədə əvvəlki kimi, yenə də Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyi çox vacib hesab edir.

Təqdirəlayiq haldır ki, Təhsil Nazirliyinin 2017-ci il iyulun 7-də Tarix İnstitutuna ünvanladığı 02-08-1458/16 saylı cavab məktubunda bu elm müəssisəsinin dərsliklərin ideologiyası, yazı üslubu və s. ilə bağlı narahatlığını qəbul etdiyini bildirib və tarix fənni üzrə növbəti dərslik layihələrinin qiymətləndirmə qruplarının tərkibinə “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinin hər biri üzrə Tarix İnstitutundan bir nəfər əməkdaşın ekspert kimi namizədliyinin təqdim edilməsi təklifini irəli sürüb. Tarix İnstitutunun rəhbərliyi bu təklifi təhsilin elmlə inteqrasiyasını daha da inkişaf etdirmək istəyi kimi məmnuniyyətlə qəbul edir.

Azərbaycan Respublikası Prezidentinin Tarix İnstitutunu respublikada tarix üzrə araşdırmaların başlıca və əsas mərkəzi kimi dəyərləndirməsinin bütün məsuliyyətini dərindən dərk edən və fəaliyyətində dövlətimizə, xalqımıza sədaqətlə xidmət etməyi başlıca amal sayan bu elm müəssisəsinin kollektivi Təhsil Nazirliyi ilə dərslik yazılması və qiymətləndirilməsi sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bəyan edir.

Sonda bu cür qüsurlu dərslik layihələrinin gələcəkdə də yazılmasının qarşısının alınması üçün nəşriyyatlara məsləhət görərdik ki, dərslik layihəsi yazılması üçün müqavilə bağladıqları müəlliflərin dərslik yazılması sahəsindəki təcrübəsini, elmi, pedaqoji fəaliyyətini, bu işə nə dərəcədə mənəvi haqqı olduğunu diqqətlə araşdırsınlar. Əlbəttə, zəngin pedaqoji təcrübəsi olan orta məktəb müəllimləri metodist kimi bu işə cəlb olunmalıdırlar. Lakin elmə mühüm töhfələr verən, dərslik yazılması sahəsində zəngin təcrübəsi olan peşəkar tarixçi alimləri, o cümlədən Tarix İnstitutunu bu işdən təcrid etmək yolverilməzdir.

Çoxlu qüsuru olan dərslik layihələrinə müsbət rəy verən və sonra da bu zərərli hərəkətinə haqq qazandırmağa çalışan “ekspertlərə” isə tövsiyəmiz budur ki, ekspertiza zamanı dərsliklərin müəyyən edilmiş standartlara uyğunluğuna, xüsusən də elmi məzmununa daha ciddi diqqət yetirsinlər.



21.07.17 TARİX İNSTİTUTUNDA 10 MİN ELEKTRON KİTABIN TƏQDİMATI OLACAQ
24 iyul 2017-cı il, saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində olan elektron kitabların təqdimatı olacaq... Ətraflı >>

Hörmətli KİV nümayəndələri!

24 iyul 2017-cı il, saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində olan elektron kitabların təqdimatı olacaq.

Sizi bu təqdimat mərasiminə dəvət edirik.

Tədbirdə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Tarix İnstitutuna 10 min elektron kitab hədiyyə edəcək.

Təqdimat mərasimi AMEA-nın Tarix İnstitutunda (AMEA-nın əsas binası, 6-cı mərtəbə) keçiriləcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.



18.07.17 TARİX İNSTİTUTU YENİ TELEVİZİYA KANALININ AÇILMASINI TƏKLİF EDİB
Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin “AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı ilə əlaqədar AMEA-nın Tarix İnstitutu tərəfindən təkliflər hazırlanıb və institutun Elmi Şurasının iclasında səsləndirilib... Ətraflı >>

Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin “AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı ilə əlaqədar AMEA-nın Tarix İnstitutu tərəfindən təkliflər hazırlanıb və institutun Elmi Şurasının iclasında səsləndirilib.

İnstitut direktoru, akademik Yaqub Mahmudovun sədrliyi ilə keçirilən Elmi Şuranın iclasında Türkiyə, Rusiya və digər ölkələrdə olduğu kimi Azərbaycanda da “Tarix” adlı yeni televiziya kanalının açılması, institut nəzdində “Sənədli filmlər studiyası”nın yaradılması təklif olunub və institutun Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi qərara alınıb.

Tarixçi-alim Vasif Qafarov ermənilərin törətdiyi soyqırımlar zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanıb vahid bir rəqəm müəyyənləşdirilməsi ilə bağlı təkliflərini hazırlayaraq Tarix İnstitutunun Elmi Şurasına təqdim edib. Xatırladaq ki, Elmi Şuranın 2 iyun tarixli iclasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya tarixçi V.Qafarovun soyqırımlar zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların vahid bir rəqəm halına gətirilməsi ilə bağlı müraciəti geniş müzakirə olunub və konkret qərarlar qəbul edilib.

Daha sonra iclasda “Azərbaycan mədəniyyət tarixi: inkişafın əsas mərhələləri” adlı toplunun nəşrə hazırlanması istiqamətində müzakirələr aparılıb və bu iş Tarix İnstitutunun “Azərbaycan mədəniyyəti tarixi” şöbəsinin müdiri Tamilla Musayevaya həvalə olunub.

Elmi Şuranın qərarı ilə professor Tofiq Mustafazadənin hazırladığı “Azərbaycan tarixi Həştərxan Vilayət Dövlət Arxivinin materiallarında” adlı sənədlər toplusu və tarixçi-alim Nigar Gözəlovanın “XIX əsrin birinci yarısında Böyük Britaniyanın şərq siyasətində Azərbaycanın yeri” monoqrafiyası çapa məsləhət görülüb.

Sonda Tarix İnstitutunun rəsmi saytının son durumu geniş müzakirə edilib və onun daha da təkmilləşdirilməsi barədə qərar qəbul edilib.




14.07.17 ƏSL LİDERLİYİN NÜMUNƏSİ
1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi təyin edildiyi gündən dövrün ideoloji ağırlığına baxmayaraq, respublikanın bütün iqtisadi, ictimai, sosial sahələrində olduğu kimi, elm və təhsildə də azərbaycançılıq siyasətini həyata keçirməyə başladı... Ətraflı >>

1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi təyin edildiyi gündən dövrün ideoloji ağırlığına baxmayaraq, respublikanın bütün iqtisadi, ictimai, sosial sahələrində olduğu kimi, elm və təhsildə də azərbaycançılıq siyasətini həyata keçirməyə başladı. Bu siyasət çox incə məqamları hədəf alaraq gələcəyə köklənmiş strateji məqsədləri əhatə edirdi. Elm və təhsil strategiyasını milli maraqlara bağlayan Heydər Əliyev Azərbaycanın elmi potensialını tez bir zamanda artırmağı hədəf alaraq respublikanı SSRİ-də ön sıralara çıxarmağı bacardı. Onun respublikaya rəhbərlik etdiyi birinci dövr elmi potensialın yüksəldilməsi, xaricdə təhsil alan tələbələrin sayının artırılması, yüksək ixtisaslı kadrların hazırlanması işinin intensivləşməsi, yeni təhsil və elm sahələrinin açılması, ilk hərbi məktəbin təşkili və digər milli-strateji əhəmiyyətli fəaliyyətlə xarakterizə olunur.

Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təməl prinsipi olan vətənpərvərlik tərbiyəsi hər bir sahədə olduğu kimi, Azərbaycan tarixi məsələlərində də ön planda idi. Respublikamızda tarix elminin tədqiqi və təhsili işinin yüksəlişi də Heydər Əliyevin hakimiyyətinin birinci dövründən başlamışdır. 1974-cü ildə yerli arxeoloq kadrların olması nəzərə alınaraq, arxeoloji kəşfiyyat işlərinin keyfiyyətini artırmaq məqsədilə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun tərkibində arxeologiya və etnoqrafiya sektoru təşkil edildi.

Heydər Əliyevin sovet rejimi dövründə tarix - arxeologiya sahələrinin dirçəldilməsinə və inkişafına xüsusi diqqət yetirməsi təsadüfi deyildi. Belə ki, XX əsrin 70-ci illərində ermənilərin ərazi iddiaları bir daha baş qaldırmışdı. Ulu öndər bu iddiaların qarşısını almaq məqsədi ilə ölkənin qabaqcıl tarixçilərinə müraciət etmiş, erməni siyasətçilərinin və onların havadarlarının hücumlarına elmi əsaslarla cavab verilməsinə nail olmuşdu.

Bu prosesləri izləmək üçün akademik İqrar Əliyevin Heydər Əliyev haqqında yazıları diqqəti cəlb edir. Alimin 2002-ci ildə “Elm” qəzetinin xüsusi buraxılışında “Heydər Əliyev və Azərbaycan tarix elmi” adlı məqaləsində ulu öndərin idarəçilik qabiliyyətinin, azərbaycançılıq məfkurəsinin görünməyən tərəflərini izləmək mümkündür.

Arxeoloq alim Əsədulla Cəfərovun “Heydər Əliyev və Azərbaycanda arxeologiya elminin inkişafı” adlı məqaləsində toxunduğu bir fakta diqqət yetirmək yerinə düşər: “1970-ci illərin ortalarında Azərbaycan Albaniyasının paytaxt şəhəri olan Qəbələnin məhv olmaq təhlükəsi yaranmışdı. SSRİ Müdafiə Nazirliyinin planına əsasən, Qəbələ radiolokasiya stansiyasının (RLS) tikintisi üçün yüksək gərginlikli elektrik xətlərinin qədim Qəbələ şəhərinin ərazisindən keçməsi nəzərdə tutulmuşdu. Bu barədə Tarix İnstitutunun direktoru, akademik İqrar Əliyev o vaxt Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevə məlumat verdikdən sonra, məsələ Sov. İKP MK Siyasi Bürosunda müzakirə edilmiş və ulu öndərin nüfuzu və dəmir məntiqi sayəsində qədim Qəbələ şəhərinin zəngin maddi-mədəni tarixi abidələri məhv olmaq təhlükəsindən xilas edilmişdi”.

Məhz 70-ci illərin ortaları sovet totalitar rejimin ən sərt dövrü zamanı yuxarıda qeyd olunan böyük hərbi-strateji layihənin gedişinə nüfuz etmək, hakim dövlətin gördüyü işi respublikanın milli maraqlarına uyğunlaşdırmaq asan deyildi.

Qədim tarixə malik Qəbələnin məhv edilməsi təhlükəsinin qarşısının alınması məqsədilə respublika rəhbəri Heydər Əliyev Q.Xəlilovun (Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi) sədrliyi altında Dövlət Komissiyası yaratmışdı. Vəziyyəti araşdırmaq üçün komissiya üzvləri Qəbələyə yollanmışlar. Məlum olur ki, Qəbələ RLS-nin tikinti layihəsi o zaman Azərbaycan SSR layihə institutlarının birində işləyən milliyyətcə erməni qadın tərəfindən hazırlanıbmış.

Heydər Əliyevin bu məsələ ilə bağlı qətiyyəti nəticəsində qədim Qəbələ şəhəri üzərində qurulmuş bütün qurğular sökülmüş, Azərbaycan xalqının dövlətçilik abidəsi olan şəhər xilas edilmişdi.

Bu hadisə sovet dövründə yüksək rütbəli şəxs tərəfindən atılmış cəsarətli addım və eyni zamanda, xalqın milli mənafeyinin açıq-aşkar qorunmasının bariz nümunəsi idi.

Erməni təxribatı bununla da bitməmişdir. 1978-ci ilin əvvəlində ermənilərin ərazi iddiaları yeni vüsət almışdı. Dövrün ideoloji ağırlığına baxmayaraq Heydər Əliyev bu istiqamətdə təəssübkeş fəaliyyətinə siyasi incəliklə davam etmişdi. İqrar Əliyevin məsələ ilə bağlı müharibədən sonra Mircəfər Bağırovun tələbi ilə hazırladığı arayışın tapılması xahişi dərhal yerinə yetirilir və bir ay ərzində alim Dağlıq Qarabağ tarixinə aid arayışı təqdim edir. Məhz bu arayışın əsas müddəaları ilə bağlı Mərkəzi Komitənin bürosunda müzakirələr aparılır. Akademikin sözləri ilə desək, Heydər Əliyev hələ o zaman ermənilərin Azərbaycan xalqına qarşı hazırladıqları təxribatın qarşısını vaxtında ala bildi. Böyük rəhbərin sovet idarəçilik sistemində nüfuzu xalqın rifahının yaxşılaşdırılmasına, vətənin ermənilərin ərazi iddialarından qorunmasına, milli şüurun dirçəldilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və azərbaycançılıq məfkurəsinin digər əsas prinsiplərinin həyata keçirilməsinə yönəlmişdi.

Akademik Yaqub Mahmudovun “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı kitablarında ulu öndərin kommunist rejimi illərində milli mənlik şüurunun oyanmasının, milli müstəqillik duyğularının baş qaldırmasının, eləcə də gələcəkdə müstəqil Azərbaycanın qurulması üçün zəmin yaradılması məsələlərinin müəllifi olduğu təhlil edilmişdir. Heydər Əliyevin irsində Azərbaycanın XIX əsr tarixi məsələləri xüsusi yer tutmuşdur. Belə ki, akademik Yaqub Mahmudov “Azərbaycan: qısa dövlətçilik tarixi” adlı kitabında bununla bağlı bir məqamı xatırladır: “Heydər Əliyevin rəhbərliyi dövründə, XX əsrin 60-cı illərinin sonu - 70-ci illərində, Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə də maraq artdı, bu sahədə də oyanış başlandı. O zaman ölkəmizdə milli dirçəlişin əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, cümhuriyyət dövrü xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Rəsul Rzanın köməyi ilə bu sətirlərin müəllifi Kiyevin xəritə fabrikində ilk dəfə Azərbaycan tarixi xəritələrinin hazırlanmasına və çapına nail oldu. 1972-ci ildə Ensiklopediyanın baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə “Azərbaycan SSR xəritələri” (Azərbaycan və rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələri həmin atlasa daxil edildi. Lakin “sapı özümüzdən olan baltalar” bütün bu məsələləri Moskvaya çuğulladılar, Ermənistandakı tarixçi “dostlarını” köməyə çağırdılar. Bizə “millətçi”, “burjua məfkurəçiləri”, “sovet hökumətinin və Rusiyanın düşmənləri” damğasını vurmaq məqsədilə xalqımıza qarşı 1918-ci il Mart soyqırımını törətmiş S.Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirtdilər. O zaman “Böyük Sovet Ensiklopediyası” baş redaktorunun birinci müavini, həm də sovet ideologiyasının başında duranlardan biri olan oğul Şaumyan əlinə düşən fürsətdən istifadə edərək, Azərbaycan ziyalılarına zərbə vurmaq üçün çox çalışdı. Lakin məqsədinə çata bilmədi. Çünki Azərbaycana doğma yurdunun təəssübkeşi olan qüdrətli bir şəxsiyyət başçılıq edirdi. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi nəinki KQB-nin təqiblərinə düçar oldu, hətta partiya cəzasından da yaxa qurtara bildilər.”

İctimai elmlərin inkişafına kommunist ideologiyasının güclü təzyiqi mənfi təsir göstərirdi. Yerli xalqların tarixi SSRİ tarixinin kölgəsində qalırdı. “Beynəlmiləlçilik” şüarı altında xalqların soy kökü, milli dəyərləri, vətən tarixi unutdurulur, “sovet gənclərinə” “SSRİ tarixi” adı altında rus-slavyan xalqlarının tarixi tədris və təbliğ edilirdi. Azərbaycan SSR-də isə Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin sovet dövrü birtərəfli öyrənilir, mövcud olan dərin ziddiyyətlər və onların kökü, ictimai quruluşun, müstəmləkə sisteminin qüsurları açıqlanmırdı. Bir misalı qeyd etmək yerinə düşər: Ötən əsrin 70-ci illərində müttəfiq respublikaların elmlər akademiyalarının tarix institutlarının əksəriyyəti öz xalqlarının çoxcildlik tarixini hazırlamağı planlaşdırmışdılar, o cümlədən Azərbaycan EA Rəyasət Heyəti də “Azərbaycan tarixi”nin (9 cilddə) yazılması qərarı ilə baş redaksiya şurası yaratmış, cildlərin redaksiyaları, müəllifləri artıq fəaliyyətə başlamışdılar. Bu təşəbbüs “ideoloji rəhbərliyi” (ələlxüsus, MK-nın katibi M.A.Suslovu) çox narahat etmişdi. Hətta Sov.İKP Mərkəzi Komitəsində bu məsələ respublika rəhbərlərinin və tarixçilərinin iştirakı ilə müzakirə olunmuşdu. Müzakirədə hər respublikanın fərdi “çoxcildlik” tarixinin əvəzinə regionlar üzrə birgə kitabın yazılması məsləhət görülmüşdü. Bu səbəbdən bir müddət respublikalar üzrə çoxcildlik tarixin yazılması ləngidildi. Ancaq Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin və Qazaxıstan KP MK-nın birinci katibi D.Ə.Kunayevin Moskvaya məktubları sayəsində işə yenidən başlanıldı.

Respublikada ictimai elmlərin tədrisi sahəsində işlər daim diqqət mərkəzində idi. Azərbaycan Dövlət Universitetində Tarix fakültəsinin yuxarıda göstərilən kafedraları ilə yanaşı, 1980-ci ildə “mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrası yaradıldı. 1981-ci ildən etibarən isə “Qədim dünya və orta əsrlər tarixi” kafedrası fəaliyyətə başladı. Bu kafedraların açılması tarix elminin tədrisində səmərəli şaxələnmə kimi qiymətləndirilə bilər. Dövrün ideoloji təsirlərinə baxmayaraq tarix fakültəsində belə kafedraların, fakültələrin açılmasının tarix elminin tədrisinin keyfiyyət artımına təsiri danılmazdır.

Gələcəyə köklənmiş uzaqgörən işlər sırasında C. Naxçıvanski adına Hərbi Məktəbin açılması mühüm əhəmiyyətə malikdir. Maarif Nazirliyi və respublika Hərbi Komissarlığı Azərbaycan KP MK bürosunun 1971-ci il 29 aprel qərarını əsas götürərək, hərbi təmayüllü internat məktəbinin açılması üçün 1971-ci il iyunun 16-da müraciət hazırlayır. Bu müraciət dərhal müzakirə olunur və 1971-ci il iyulun 20-də “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” Azərbaycan KP MK bürosu qərar qəbul edir.

1971-ci ilin noyabr ayında məktəbin açılışı olur. Heydər Əliyev bu təntənəli mərasimdə iştirak edir və bildirir ki, yeni məktəbə diviziya komandiri general Cəmşid Naxçıvanskinin adını veririk. Arxiv materialları içərisində C.Naxçıvanskinin adının əbədiləşdirilməsi haqqında Mərkəzi Büronun qərarı bu faktı təsdiq edir. Heydər Əliyev o zaman 3 il idi ki, respublikaya rəhbərlik edirdi. Azərbaycanlı gənclərin hərbi təhsil alması məsələsinin vacibliyi onu təxirəsalınmaz işlər görməyə vadar etmişdi. Bu onu göstərir ki, Heydər Əliyev Azərbaycan tarixini gözəl bilirdi və müstəmləkə dövründə xalqımızın hərb sənətinin unutdurulması məsələsinin hansı nəticələr verəcəyini görürdü. Əsası 70-ci illərin əvvəlində qoyulmuş hərbi məktəbin səmərəli nəticələri 30-40 il sonra Azərbaycan ordusunun tam formalaşması ilə özünü göstərdi. Ulu öndər hərbi işin təşkilində Azərbaycan tarixindən bəhrələnmişdir, desək yanılmarıq.

Kommunist rejimi dövründə ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyətlərə xüsusi yanaşmasını arxiv materiallarında da izləmək mümkündür. Azərbaycan SSR KP-nin Mərkəzi Bürosunun qərarları içərisində Nəriman Nərimanovun yubiley tədbirlərinin təşkili xüsusi diqqət cəlb edir. Belə ki, yubiley tədbirlərinın təşkili və keçirilməsi 1970-ci ildə qərara alınsa da, N. Nərimanovun adının əbədiləşdirilməsi və Bakının ən görkəmli yerində heykəlinin ucaldılması məsələsi Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yalnız 1972-ci ildə həyata keçirmək mümkün olmuşdur. Tədbirlərin iki il gecikdirilməsi N.Nərimanova “millətçi” damğasının vurulması ilə bağlı idi. Lakin Heydər Əliyev bütün maneələri dəf etməyi bacardı.

Arxiv sənədləri içərisində, eləcə də Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 600 illik yubileyinin (1971) , Aşıq Ələsgərin 150 illik yubileyinin (1972) , Hüseyn Cavidin 90 illik yubileyinin (1974) geniş və təntənəli şəkildə qeyd olunması haqqında qərarların altında Heydər Əliyevin şəxsi imzası vardır. Saysız-hesabsız arxiv sənədləri sübut edir ki, sovet rejimi illərində də ulu öndərin irsində Azərbaycan tarixi məsələləri xüsusi yer tutmuşdur.

Hələ kommunist rejimi dövründə Heydər Əliyevin uzaq gələcəyə yönəlmiş tədbirləri sırasında Naxçıvan tarixinin tədqiqi və təbliğinin ön plana çəkilməsi də əsas məsələ kimi qarşıda dururdu. Məhz həmin illərdə XII əsrin mədəniyyət abidəsi olan Möminə Xatun məqbərəsi yanında memarlıq və incəsənət muzeyi təşkil olundu. Naxçıvan MR-də 1970-ci ildə cəmi iki muzey var idisə, 1980-ci ildə onların sayı dörd, 1985-ci ildə isə on birə çatdırıldı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 70-ci illərdə və 80-ci illərin əvvəllərində Naxçıvan şəhərində və Şahtaxtı kəndində görkəmli Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin, Naxçıvan şəhərində görkəmli sərkərdə C.Naxçıvanskinin, Ordubad şəhərində yazıçı-dramaturq M.S.Ordubadinin, akademik Y.Məmmədəliyevin ev muzeyləri yaradılmışdı.

Sovet illərində milli-mənəvi dəyərlərin qorunması məsələsi də ulu öndərin möhkəm iradəsi ilə mümkün olmuşdur. Milli-mənəvi dəyərlərin Azərbaycan tarixi məsələləri ilə birgə ideologiyanın qurbanına çevrilməsi Heydər Əliyevin bilavasitə xüsusi incə yanaşması ilə qorunmuşdur. Bu, azərbaycançılıq ideologiyasının təməl prinsipi idi. Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında ən uğurlu xidmətlərindən biri xalqımızın görkəmli simalarının, elm və mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi sahəsində həyata keçirdiyi qətiyyətli tədbirlərdir. Onun Azərbaycan SSR-ə rəhbərliyi dövründə Bakıda, digər şəhərlərdə çoxlu görkəmli xadimlərimizin ev muzeyləri fəaliyyətə başlamışdı.

Nizami Gəncəvinin 840 illiyi (1981), Memar Əcəminin, İmadəddin Nəsiminin 600 illiyi (1973), Nəsirəddin Tusinin 780 illiyi (1981), Molla Pənah Vaqifin, Aşıq Alının 180 illiyi (1981), Aşıq Ələsgərin 150 illiyi (1972), Üzeyir Hacıbəylinin (1984), Müslüm Maqomayevin 100 illiyi (1984), Qasım bəy Zakirin 200 illiyi (1984), Hüseyn Cavidin 100 illiyi (1981), M.F.Axundzadənin 175 illiyi (1985), M.A.Əliyevin (1984), M.S.Ordubadinin 100 illiyi (1972) və başqa ədəbiyyat, incəsənət, elm xadimlərinin, Azərbaycan teatrının 100 illiyi (1974) yubileyləri təntənə ilə qeyd olundu. İmadəddin Nəsiminin UNESCO-nun himayəsi altında (1979-cu ildə) keçirilən 600 illik yubileyi böyük ədəbi-mədəni hadisəyə çevrildi. Nəsimi əsərlərinin elmi-tənqidi mətni üç cilddə nəşr olundu, onun yaradıcılığını əhatə edən monoqrafiyalar, elmi-tədqiqat əsərləri çap olundu, bir çox əsərləri müxtəlif dillərə tərcümə edildi. Onun Bakıda keçirilən yubiley təntənələrində SSRİ-nin hər yerindən və 25 xarici ölkədən gəlmiş nümayəndələr iştirak etmişdi.

Ulu öndər xüsusilə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasını, xalqımızın tarixinin obyektiv araşdırılmasını, həqiqəti ortaya çıxaran əsərlərin yaradılmasını daha çox diqqət mərkəzində saxlayırdı. Bəxtiyar Vahabzadənin “Latın dili” şerinin və “Gülüstan” poemasının, İsmayıl Şıxlının “Dəli Kür” romanının və filminin, “Dədə Qorqud”, “Babək”, “Bir cənub şəhərində”, “İstintaq” filmlərinin, “Şəhərin yay günləri” tamaşasının məhz 70-ci illərin məhsulu olması, “Qobustan” ədəbi-publisistik jurnalının nəşri bu baxımdan təsadüf sayıla bilməz. Bütün bunlar ümummilli lider Heydər Əliyevin vətənpərvərliyinin, xalq təəssübkeşliyinin məntiqi nəticəsi kimi dəyərləndirilir.

Ulu öndərin hakimiyyətinin birinci dövründə humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə edilmişdi. “Azərbaycan tarixi” yeddicildliyində ictimai elmlərin nümayəndələrinin formalaşaraq inkişaf etmələri böyük rəhbərin bilavasitə qayğısı nəticəsində baş verdiyi qeyd olunmuşdur. Ziya Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Sara Aşurbəyli, Teymur Bünyadov, Tofiq Köçərli, Qaraş Mədətov, Mahmud İsmayılov və b. Azərbaycan tarixinə aid, Məmmədağa Şirəliyev, Zərifə Budaqova, Əziz Əfəndizadə, Ağamusa Axundov, Əlövsət Abdullayev və Yusif Seyidovun Azərbaycan dilinə aid, Əziz Şərif, Məmməd Cəfər, Mir Cəlal, Həmid Araslı, Abbas Zamanov, Məmmədhüseyn Təhmasib, Mirzə İbrahimov, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev, Azadə Rüstəmova və başqaları Azərbaycan ədəbiyyatına aid, Aslan Aslanov, Firudin Köçərli, Fuad Qasımzadənin fəlsəfəyə aid, Əhməd Mahmudov, Asəf Nadirov, Ziyad Səmədzadə, Bəhman Axundov, Ağasəlim Ələsgərov, Teymur Vəliyev və digərlərinin başqa elmlərə aid tədqiqat işləri xalqın mənəvi sərvətinə çevrilmişdi. Azərbaycanda pedaqogika elminin inkişafında və xalq maarifinin təşkilində görkəmli alim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü Mehdi Mehdizadə böyük rol oynamışdı. O, UNESCO xətti ilə inkişaf etməkdə olan ölkələrdə təhsilin inkişafı planının hazırlanmasında fəal iştirak etmişdi.

XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı.

Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin güclənməsi, tərcümə işinin vüsət alması, xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətinin (“Vətən” Cəmiyyəti) yaradılması həmvətənlərimizin birliyinə və Vətənlə əlaqəsinə xidmət edən belə mühüm addımlardan idi. İlk növbədə isə respublikamızın hərtərəfli inkişafı həmvətənlərimizdə milli qürur hissi oyadaraq onlarda ana yurda maraq və bağlılığı artırırdı.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının elmi-intellektual potensialının gücləndirilməsi məsələlərinə həmişə böyük diqqətlə yanaşırdı. Məhz elə bu diqqətin sayəsində onun rəhbərliyi dövründə yüzlərlə həmvətənimiz SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı əldə etmişdilər. Belə ki, keçmiş SSRİ məkanının 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat və digər sahələri əhatə edən və ən zəruri ehtiyac duyulan 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc təhsil almış və yüksək biliyə yiyələnmişdir. Bu kadrların çoxu yenidən Azərbaycana qayıtmış və respublikanın ümumi inkişafına öz töhfələrini vermişdilər. Lakin onların bir qismi təhsil aldıqları şəhərlərdə məskunlaşmışdı. Respublikamızdan kənarda əmək fəaliyyətinə başlayan həmin mütəxəssislər isə bir tərəfdən həmvətənlərimizin mütəşəkkilliyinin güclənməsinə, digər tərəfdən elm və mədəniyyətimizin inkişafına yardım göstərmişlər. Dünya azərbaycanlılarında milli şüurun güclənməsində Heydər Əliyevin Moskvada sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyətinin də xüsusi rolu olmuşdur. Həmvətənlərimiz milli liderimizin dünya miqyaslı siyasi fəaliyyətini milli idrak və xarakterin parlaq təzahürü kimi qəbul edir, xalqımızın özünə inamı, özünüdərki və mütəşəkkilliyi güclənirdi.

XX əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyev məqsədyönlü fəaliyyəti ilə Azərbaycanın gələcəkdə müstəqillik qazanmasına elmi əsaslarla zəmin yaratdı. Azərbaycan gənclərinin milli ruhda formalaşması, vətənpərvərlik tərbiyəsi öz səmərəli nəticəsini verdi. 70 il sovet rejiminin ağır ideoloji təsirləri altında vətəndə və SSRİ-nin müxtəlif şəhərlərində təhsil alıb formalaşan gənclər məhz 1980-ci illərin sonunda başlamış milli hərəkatda hərəkətverici qüvvə oldular. Milli özünüdərk, milli şüur öz bəhrəsini verdi. Azərbaycan öz müstəqilliyini bərpa etdi.



Leyla Hüseynova,

AMEA Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru





13.07.17 AZƏRBAYCANLI TARİXÇİ-ALİMİN KİTABI RUSİYADA ÇAP OLUNUB
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun “Azərbaycan-Rusiya əlaqələri tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyevanın “Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqazın dövlət qurumları 1918-1920-ci illərdə” adlı kitabı (rusca) Rusiyada çap olunub... Ətraflı >>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun “Azərbaycan-Rusiya əlaqələri tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyevanın “Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqazın dövlət qurumları 1918-1920-ci illərdə” adlı kitabı (rusca) Rusiyada çap olunub.

Bu kitab Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən AMEA-nın Tarix İnstitutunda Elmi Şuranın qərarı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq işıq üzü görüb.

Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının filialı olan Cənubi Rusiya İdarəetmə İnstitutunun Hüquqi Tədqiqatlar Mərkəzinin direktoru, professor Dəmir Şapsuqovun dəstəyi ilə “Qafqaz xalqlarının dövlət və hüququ” layihəsi çərçivəsində çap olunmuş Sevinc Əliyevanın kitabının elmi redaktorları professor Aleksey Çikovani və tarix üzrə fəlsəfə doktoru Eldar Abbasov, rəyçilər isə professor İqor Turitsın və dosent Firdovsiyyə Əhmədovadır.

S.Əliyeva geniş arxiv materialları əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə Şimali Qafqazda mövcud olmuş dövlət qurumları – Dağlı Respublikası, Şimali Qafqaz əmirliyi və Nəcməddin Qotsinskinin imamlığı ilə əməkdaşlığı və qarşılıqlı əlaqələri izləyərək, Azərbaycan Xalq Cümhuriyyəti ilə onların birləşmək ideya və planlarını, Şimali Qafqaz xalqlarının müstəqillik uğrunda mübarizəsinə Azərbaycan xalqı və Cümhuriyyət hökuməti tərəfindən göstərilən yardımı dərindən araşdırıb.

Xatırladaq ki, 2017-ci ilin iyun ayında Rusiya Federasiyasının subyekti Kabarda-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində yerləşən X.M.Berbekov adına Kabardin-Balkar Dövlət Universitetində keçirilmiş beynəlxalq konfrans çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqazın dövlət qurumları 1918-1920-ci illərdə” adlı kitabın təqdimatı olub. Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov həmin konfransda “Azərbaycan xalqının etnik-siyasi tarixinə dair” mövzusunda məruzə ilə çıxış edib.




04.07.17 AVSTRİYA JURNALINDA ERMƏNİLƏRİN İŞĞALÇILIQ SİYASƏTİNİN MAHİYYƏTİNİ AÇAN ELMİ MƏQALƏ YER ALIB
Avstriyanın paytaxtı Vyanada çapdan çıxan, humanitar və ictimai elmlər sahəsində Avropanın ən mötəbər nəşrlərindən sayılan “European Journal of Humanities and Social Sciences” jurnalında... Ətraflı >>

Avstriyanın paytaxtı Vyanada çapdan çıxan, humanitar və ictimai elmlər sahəsində Avropanın ən mötəbər nəşrlərindən sayılan “European Journal of Humanities and Social Sciences” jurnalında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun dissertantı Hacı Abdullanın ingilis dilində “XIX - XX əsrlərdə Şimali Azərbaycanın Zəngəzur bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyanın demoqrafik nəticələri” sərlövhəli məqaləsi dərc olunub.

Sənədlər, arxiv materialları, fakta söykənən məntiqi fikirlərin yer aldığı məqalə XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya imperiyası və Qacarlar dövləti arasında bölüşdürülməsi nəticəsində tarixi Zəngəzur mahalının yerli əhalisi olan türklərin (azərbaycanlıların-H.A) həyatında başlanan faciələrdən bəhs edir. Yazıda diqqətə çatdırılıb ki, Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi müstəmləkə siyasətinin mühüm formalarından biri olan əhali köçürülməsi bölgənin demoqrafik vəziyyətində ciddi dəyişikliklərə gətirib çıxarıb. İndiki İran və Türkiyə ərazisindən köçürülən erməni əhalinin Zəngəzurda kütləvi yerləşdirilməsi və əksinə, yerli azərbaycanlıların soyqırımı, deportasiyası nəticəsində ermənilərin sayı ilbəil artmağa başlayıb.

Müəllifin sözlərinə görə, jurnalın redaksiya heyəti əvvəlcə erməni və xristian mövqeyindən çıxış edərək məqalənin dərc olunmasından imtina edib, ancaq sonra çoxlu sayda erməni, rus, ingilis müəlliflərin əsərlərindəki obyektiv istinadlarla razılaşıb.

Qeyd edək ki, “European Journal of Humanities and Social Sciences” jurnalının bu nömrəsində doqquz ölkəni təmsil edən 15 alimin, o cümlədən iki erməni müəllifin məqaləsi də yer alıb. Dərgidə yazılar rus, alman, ingilis dillərində dərc olunur, Avropanın əksər elm mərkəzlərinə, universitetlərinə göndərilir, saytlarda yerləşdirilir.








16.06.17 “EKOLOGİYADAN ƏVVƏLKİ “EKOLOGİYA” ADLI MONOQRAFİYA ÇAP OLUNUB
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya çap olunub... Ətraflı >>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “Ekologiyadan əvvəlki “ekologiya” adlı monoqrafiya çap olunub.

Kitabın müəllifləri Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Qara Mustafayev, BDU-nun dosenti, şair-publisist Аnar Məmmədov və AMEA-nın Tarix İnstitutunun dissertantı Yusif Mahmudovdur.

Monoqrafiyada ekologiyanın mahiyyəti, elm kimi tarixi və müasir bölmələri, qədim zamanlardan başlayaraq əhalinin ətraf mühitlə qarşılıqlı münasibətlərindən bəhs edilir. Müəlliflər bu münasibətləri “Ekologiyadan əvvəlki “ekologiya” adlandırıblar.

Yeni nəşrdə yaşamaq və özünü qorumaq üçün ətraf mühitdən istifadə edən əhalinin fəaliyyəti ekoloji baxımdan təhlil edilərək, bu uzun yolda nəyin inkişaf, nəyin gerilik olduğu nəzərə çatdırılır. Bu məqsədlə Azərbaycanın tarixi qaynaqlarında, tarixi-mədəniyyət abidələri və qədim sənət nümunələrində təbii sərvətlərə münasibət açıqlanır.

Monoqrafiyada həmçinin Azərbaycanın fəlsəfi fikir tarixində, eləcə də XI - XIX əsrlərdə yaşamış klassik şair və yazıçıların əsərlərində təbiətə münasibət geniş şərh edilir.

Qeyd edək ki, kitabın elmi redaktorları AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, rəyçiləri isə akademik Urxan Ələkbərov, professorlar İzzət Rüstəmov, Vidadi Xəlilov və Məhərrəm Qasımlıdır.




08.06.17 TARİXÇİLƏR QUBA MƏZARLIĞI HAQDA SƏRƏNCAMI BÖYÜK RƏĞBƏTLƏ QARŞILADILAR
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın Quba məzarlığının son durumunun müzakirəsinə həsr olunmuş iclası keçirilib... Ətraflı >>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın Quba məzarlığının son durumunun müzakirəsinə həsr olunmuş iclası keçirilib.

İclasda Prezident İlham Əliyevin tapşırığına əsasən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin imzaladığı “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam barədə institut direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov tarixçi-alimlərə ətraflı məlumat verib: “Soyqırımı memorial kompleksi” ilə bağlı sərəncam tarixçi-alimlər arasında böyük rəğbətlə qarşılanıb. Quba məzarlığı ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutudur”.

Akademik Yaqub Mahmudov iclasda Quba məzarlığının son durumunun müzakirəsi zamanı bu sözləri deyib: “Qubadakı “Soyqırımı memorial kompleksi” şok təsiri bağışlayır, erməni cəlladlarının bəşəriyyətə əsrlər boyu təlqin etdikləri “zavallı, genosidlərə məruz qalan xalq” obrazını darmadağın edir”.

Toplantıda bildirilib ki, “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə insan sümüklərinin çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Buna görə də sərəncama əsasən, muzey kompleksindəki cəsəd qalıqlarını qorumaq məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov rəhbərlik edir.

İnstitut direktoru çıxışında qeyd edib ki, Qubadakı abidə tarixi həqiqətləri dünyaya yaymağa kömək edir: “Biz prinsipial olaraq öz tariximizi dünyaya qəbul etdirməliyik. Dünyanın bəzi dairələri bizi eşitmək istəmir, özlərini karlığa, korluğa vururlar. Qubadakı məzarlığı qorumaq lazımdır. Oradakı qalıqların çürüməsinin qarşısı alınmalı və sümüklər xüsusi mühitdə, şüşənin altında saxlanmalıdır”.

“Biz, Tarix İnstitutu olaraq türk-müsəlman xalqlarına qarşı soyqırımlarına həsr olunmuş dörd konfransdan ikisini Qubada keçirmişik”, - deyə Yaqub Mahmudov sonda bildirib.



02.06.17 TARİX İNSTİTUTU ERMƏNİ YALANLARINA QARŞI TUTARLI BİR SİLAH HAZIRLAYIR
İyunun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın iclasında ermənilərin törətdiyi soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanıb vahid bir rəqəmə gətirilməsi ilə bağlı müzakirələr aparılıb... Ətraflı >>

İyunun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın iclasında ermənilərin törətdiyi soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanıb vahid bir rəqəmə gətirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir: “Son illər institutda ermənilərin türk-müsəlman əhaliyə və digər xalqlara qarşı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Urmiya gölü ətrafında, Şərqi Anadoluda həyata keçirdikləri soyqırımlarını sübut edən dəyərli tədqiqatlar aparılmış, çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görüb”. Bununla bağlı Elmi Şuranın əvvəlki iclaslarında müvafiq məsələ müzakirə olunub və konkret tədbirlər planı təsdiq edilib.

Elmi Şuranın 2 iyun tarixli iclasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya tarixçi-alim Vasif Qafarovun soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların vahid bir rəqəm halına gətirilməsi ilə bağlı müraciəti geniş müzakirə olunub.

Yaqub Mahmudov qeyd edib ki, ermənilər onlara qarşı qondarma “soyqırımları” ilə bağlı saxta rəqəmlər uyduraraq bunu bütün dünyaya sırıyırlar: “Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd ediləcək. Bu sərəncam tarixçi-alimlər qarşısında ciddi vəzifələr qoyur. Həm prezidentin sərəncamını, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanmış müraciəti əsas götürərək, tarixçi-alimlərimiz ciddi tədqiqatlara başlamalıdırlar”.

İclasda Vasif Qafarova tapşırılıb ki, itkilərlə bağlı tədbirlər planı hazırlasın və 1 həftəyə Elmi Şuranın təsdiqinə versin.

Toplantıda qeyd olunub ki, soyqırım zamanı Azərbaycanın məruz qaldığı itkilərin dəqiqləşdirilməsi həm soyqırım tariximizin araşdırılmasına xidmət edəcək, həm də erməni yalanlarına qarşı tutarlı bir silah rolunu oynayacaq.

Yaqub Mahmudov bildirib ki, bu gün ən ümdə məqsəd əl-ələ verib Vətənə xidmət etməkdir.



01.06.17 TARİX İNSTİTUTUNDA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN TARİXİNƏ DAİR DİSSERTASİYA MÜDAFİƏ OLUNUB
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın qərarı ilə təsdiq edilmiş tədbirlər planının icrasına başlanılıb... Ətraflı >>

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın qərarı ilə təsdiq edilmiş tədbirlər planının icrasına başlanılıb.

Tədbirlər planına uyğun olaraq, institutda “Azərbaycan Xalq Cümhuriyyəti – Osmanlı münasibətlərinin öyrənilməsində Osmanlı mənbələrinin rolu” adlı namizədlik dissertasiyasının müdafiəsi olub. Dissertasiya işinin müəllifi Rəşad Qasımov, elmi rəhbər isə tarix üzrə elmlər doktoru, professor Anar İsgəndərovdur.

Dissertasiya işində tarixşünaslıqda ilk dəfə olaraq Osmanlı arxiv sənədləri və materialları mənbəşünaslıq təhlilinə cəlb edilib.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Ulu öndər Heydər Əliyev Tarix İnstitutuna Azərbaycan Xalq Cümhuriyyəti haqqında bir cildlik ensiklopediya lüğəti buraxmağı vəsiyyət etmişdi: “Tarix İnstitutu isə 2004-2005-ci illərdə iki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” çap etdirdi. Hazırda həmin ensiklopediyanın yeni nəşri çapdan çıxıb. Ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir”.

Dissertasiya tədqiqatında ensiklopediya barəsində bu sözlər yazılıb: “Azərbaycan tarixinin 1918-1920-ci illər dövründə baş vermiş hadisə və proseslərə obyektiv qiymət verilməsi baxımından iki cildlik Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası xüsusi əhəmiyyətə malikdir”.

Yaqub Mahmudov qeyd edib ki, böyük dövlətlərin və erməniləri Anadoludan uzaqlaşdırmaq siyasəti yeridən Osmanlı Türkiyəsinin təzyiqi ilə Azərbaycan Xalq Cumhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kv. km ərazi ilə birlikdə ermənilərə güzəştə gedib və Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb: “Ermənilər İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərlərinə götürdükləri bütün öhdəlikləri pozduqlarına və işğalçılıq siyasətini davam etdirdiklərinə görə, İrəvanın verilməsi barədə həm Batum müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirib”.

Rəşad Qasımovla yanaşı, Tarix İnstitutunda “Azərbaycan XI-XIV əsrlərdə (“İranın Kembric tarixi” əsasında)” adlı namizədlik dissertasiyasının müdafiəsi də olub. Dissertasiya işinin müəllifi Sevda Abdullayeva, elmi rəhbər isə AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovadır.

Qeyd edək ki, son illərdə xarici ölkələrdə Azərbaycan tarixi ilə bağlı yazılmış əsərlər xüsusi dissertasiya mövzuları kimi tədqiq olunur.



30.05.17 ELM TV CÜMHURİYYƏTLƏ BAĞLI REPORTAJ HAZIRLAYIB - VİDEO
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) internet-televiziyası olan Elm TV Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı reportaj hazırlayıb... Ətraflı >>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) internet-televiziyası olan Elm TV Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı reportaj hazırlayıb.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, reportajda Elm TV-nin müxbirinə müsahibə verən tarixçi-alimlər AMEA-nın Tarix İnstitutunun şöbə müdirləri Natiq Məmmədzadə və İlqar Niftəliyevdir. N.Məmmədzadə “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, İ.Niftəliyev isə “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiridir.

Xatırladaq ki, 2016-cı ildə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində “Elm TV İnternet televiziyası” şöbəsi yaradılıb. Şöbənin rəhbəri isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmiş tanınmış jurnalist Xatirə Cabbarzadədir.

Cümhuriyyətlə bağlı reportajı təqdim edirik:



26.05.17 YAQUB MAHMUDOV: “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ TARİXİMİZİN ŞƏRƏF SƏHİFƏSİDİR”
“Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, Cənubi Qafqazda lider dövlətdir”... Ətraflı >>

“Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, Cənubi Qafqazda lider dövlətdir”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov 28 may – Respublika Gününə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” adlı konfransda deyib.

Akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı imperiya yaradan, qonşu xalqları idarə edən xalq olub: “Azərbaycanın 5 min illik dövlətçilik tarixi var”.

İnstitut direktoru qeyd edib ki, türkçülüyün vətəni Azərbaycandır: “Türkçülüyün banisi deyildikdə Əli bəy Hüseynzadənin adı birinci yazılmalıdır. İlk dəfə üçrəngli bayraq ideyası da məhz Azərbaycanda doğulub. Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının rənglərində öz əksini tapıb”.

“Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir. Tarixi şəxsiyyətlərimizi, o cümlədən Cümhuriyyət xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır”, - deyə tarixçi-alim Yaqub Mahmudov bildirib.

Akademik qeyd edib ki, 28 may Şərqin və türk dünyasının tarixində çox böyük gündür: “Dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Bütün Şərq üçün biz nümunə göstərdik. Azərbaycandan 5 il sonra Türkiyə də cümhuriyyət yaratdı”.

Konfransda Suraxanı rayon İcra hakimiyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı Ağacan Abıyev və başqaları çıxış ediblər.

Qeyd edək ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” adlı konfrans 4 qurumun - Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, AMEA-nın Tarix İnstitutunun, Suraxanı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.










20.05.17 TARİX İNSTİTUTU: “SOYQIRIMLARI ZAMANI AZƏRBAYCANIN MƏRUZ QALDIĞI İTKİLƏR DƏQİQLƏŞDİRİLƏCƏK”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın mayın 19-da keçirilən iclasında institut direktoru, akademik Yaqub Mahmudov tarixçi-alimlərə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamı barədə ətraflı məlumat verib... Ətraflı >>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın mayın 19-da keçirilən iclasında institut direktoru, akademik Yaqub Mahmudov tarixçi-alimlərə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamı barədə ətraflı məlumat verib.

Yaqub Mahmudov bildirib ki, prezidentin sərəncamı Azərbaycan tarix elmində yeni araşdırmalara yol açacaq: “Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı yeni elmi araşdırmalar aparılacaq. Rayonlarımızda Cümhuriyyətin tarixi ilə bağlı institutun elmi şurasının xüsusi iclasları təşkil ediləcək”.

İclasda Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası, Osmanlı Türkiyəsi ilə münasibətlərinin tarixinin daha dərindən araşdırılması və Cümhuriyyətin tarixi ilə bağlı yeni tədqiqat işlərinin – namizədlik və doktorluq dissertasiyalarının yazılması məsələləri müzakirə edilib. Bildirilib ki, Türkiyə, Ukrayna və Polşadakı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı olan sənədlərin araşdırılması və nəşri vacibdir.

Elmi Şuranın qərarına əsasən, 1918-1920-ci illər soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatlar dəqiqləşdiriləcək.

Yaqub Mahmudov bildirib ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Tarix İnstitutu “Elmi əsərlər”inin xüsusi buraxılışı çap olunacaq.

İnstitut direktoru “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Azərbaycanın orta məktəblərində keçirilmiş konfransları xatırladaraq, məktəblərlə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Antiazərbaycan nəşrlərində və informasiya məkanında ölkəmizin əleyhinə sistemli iş gedir”, - deyə akademik Yaqub Mahmudov bildirib.

Toplantıda internet resurslarında, o cümlədən vikipediyada Azərbaycan tarixi və tarixi şəxsiyyətləri ilə bağlı məqalələrin sayının çoxaldılması və keyfiyyətinin artırılması istiqamətində müzakirələr aparılıb.




18.05.17 TARİX İNSTİTUTUNDA SKİFLƏRİN AZƏRBAYCAN TARİXİNDƏKİ ROLUNA HƏSR OLUNMUŞ DOKTORLUQ DİSSERTASİYASI MÜZAKİRƏ EDİLİB
“Skiflər Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş qədim tayfa ittifaqlarından biridir”... Ətraflı >>

“Skiflər Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş qədim tayfa ittifaqlarından biridir”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Skiflər və onların Azərbaycan tarixində yeri” mövzusundakı doktorluq dissertasiyasının müzakirəsində deyib.

Dissertasiya işinin müəllifi tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur. Onun elmi məsləhətçisi isə Çexiyanın paytaxtı Praqa şəhərindəki Karl Universitetinin Klassik Arxeologiya İnstitutunun professoru, tarix elmləri doktoru Yan Bouzekdir.

Müzakirədə akademik Yaqub Mahmudovla yanaşı, AMEA-nın müxbir üzvü İlyas Babayev, Tarix İnstitutunun direktor müavinləri Cəbi Bəhramov və Tofiq Nəcəfli, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri Səfər Aşurov və Fərhad Quliyev, Tarix İnstitutunun şöbə müdiri Allahverdi Əlimirzəyev və başqa görkəmli tarixçilər və arxeoloqlar da iştirak ediblər.

Tarixçi-alim Zaur Həsənov ilk dəfə olaraq dissertasiya şəklində “çar skiflər” və “şişpapaq saklar”ın etno-dil mənsubiyyətini araşdırıb. Z.Həsənov öz əsərlərində “çar skiflər”in və “şişpapaq saklar”ın türk mənşəli olmasını sübut edib.

Xatırladaq ki, Aşquz dövlətini “çar skiflər”, Sakasena dövlətini isə “şişpapaq saklar” yaradıb. Bu dövlətlər e.ə. VII-IV əsrlərdə Cənubi Qafqazda mövcud olub.

Tədqiqatçı elmi araşdırmasında skiflərlə əlaqədar Azərbaycanda nəşr olunmuş elmi əsərlərdən, Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi Arxivindən və Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondundan istifadə edib. Alim dissertasiyasında skiflərlə bağlı Azərbaycandakı arxeoloji tapıntıları və onların dəfn adətlərini Macarıstan, Ukrayna, Rusiya və Qazaxıstandakı analoji materiallarla müqayisə edib.

Qeyd edək ki, Zaur Həsənov “Şişpapaq saklara” məxsus İssık yazısını oxuyub və bununla bağlı araşdırması Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitutunun “Şərqin Epiqrafikası” (“Эпиграфика Востока”) jurnalında çap edilib.

Xatırladaq ki, Zaur Həsənov bundan əvvəl tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Tarix İnstitutunun Dissertasiya Şurasında “Kimmerlər və onların Azərbaycan tarixində yeri” mövzusunda dissertasiya müdafiə edib.





11.05.17 AZƏRTAC YAQUB MAHMUDOVUN QIRĞIZISTAN PORTALINDAKI YAZISI HAQDA MƏLUMAT YAYIB
Qırğızıstanın goldenbridgenews.com portalı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun ulu öndər Heydər Əliyev haqqında rus dilində geniş məqaləsini yerləşdirib... Ətraflı >>

Qırğızıstanın goldenbridgenews.com portalı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun ulu öndər Heydər Əliyev haqqında rus dilində geniş məqaləsini yerləşdirib.

1) AZƏRTAC-ın yazı haqda məlumatı: http://azertag.az/xeber/1058878

2) Qırğızıstan portalındakı yazının linki: http://www.goldenbridgenews.com/ru/41289-2/



08.05.17 SİLAHLI QÜVVƏLƏRİN HƏRBİ AKADEMİYASI İLƏ AMEA-NIN TARİX İNSTİTUTU ARASINDA MEMORANDUM İMZALANIB
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2017-ci il üçün elmi iş planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Heydər Əliyev – dünya tarixinin dahi azərbaycanlısı” mövzusunda elmi konfrans keçirilib... Ətraflı >>

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2017-ci il üçün elmi iş planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Heydər Əliyev – dünya tarixinin dahi azərbaycanlısı” mövzusunda elmi konfrans keçirilib.

Konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin professor-müəllim heyəti, dinləyiciləri və kursantları, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun nümayəndə heyəti, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin komandanlığı və müəllimləri iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyevin “Heydər Əliyev irsində Azərbaycan ordu quruculuğu və hərb tarixi mövzusu” və AMEA-nın Tarix İnstitutunun direktoru, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun “Heydər Əliyev – dünya tarixinin dahi azərbaycanlısı” mövzusunda məruzələri dinlənilib.

Sonra Tarix İnstitutunun və Silahlı Qüvvələrin Hərbi Akademiyasının elmi nəşrlərinin sərgisinə baxış keçirilib.

Sərgidə nümayiş etdirilən çoxsaylı ədəbiyyat Tarix İnstitutu tərəfindən Hərbi Akademiyaya hədiyyə olunub.

Daha sonra Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə AMEA-nın Tarix İnstitutu arasında memorandum imzalanıb.

Konfransın gedişində ətrafında müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.

Sonda “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq məsələləri” sənədli filmi nümayiş etdirilib, hərb tarixi üzrə işçi qrupun üzvləri ilə “Heydər Əliyev və Azərbaycanda hərb tarixi elmi” mövzusunda plenar iclas keçirilib.










27.04.17 IV BEYNƏLXALQ LƏNKƏRAN KONFRANSI İŞTİRAKÇILARININ DÜNYA ELMİ İCTİMAİYYƏTİNƏ MÜRACİƏTİ
Aprelin 22-dən 27-dək Lənkəranda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilib... Ətraflı >>

Aprelin 22-dən 27-dək Lənkəranda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilib.

Konfrans iştirakçıları adından dünya elmi ictimaiyyətinə müraciət qəbul olunub.

Müraciətdə deyilir:

“XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfrans nəinki Azərbaycanın, həmçinin onunla ümumi taleyi ilə bağlı olan digər ölkələrin elmi həyatında mühüm hadisə olmuşdu. Azərbaycan, Türkiyə, Rusiya Federasiyası (Moskva, Tatarıstan, Şimali Qafqazın bir sıra respublikaları), Almaniya, Albaniya, Polşa, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan və başqa ölkələrdən olan tarixçi-alimlər XX əsrin əvvəllərində Azərbaycan və digər türk-müsəlman xalqlarının tarixində qanlı iz qoymuş hadisələri müzakirə etdilər.

Tarixçi-alimlər Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Hindistan və digər ölkələrin arxivlərində aşkar edilmiş arxiv sənədləri əsasında 1914-1920-ci illərdə erməni millətçiləri tərəfindən Şimali Azərbaycanın Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Cənubi Azərbaycanın Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz bölgələrində, Şərgi Anadoluda, Türküstanda, Şimalı Qafqazda və Volqaboyunda türk-müsəlmanlara qarşı törədilmiş soyqırımı sübut etdilər.

1918-ci ilin yazında Şimali Azərbaycanda türk-müsəlman əhalinin və digər millətlərin on minlərlə nümayəndəsi, o cümlədən günahsız uşaqlar, qadınlar və qocalar ancaq etnik və dini mənsubiyyətlərinə görə qətlə yetirilmişdilər. Bəşəriyyətə qarşı tarixdə görünməmiş, bu dəhşətli cinayət bolşevik-daşnak qüvvələrinin idarə etdiyi Bakı Soveti tərəfindən təşkil edilmiş və həyata keçirilmişdi.

“XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın məhz Lənkəranda keçirilməsi təsadüfi deyildir. Azərbaycan ərazisində ən qədim yaşayış yerlərindən biri olan bu şəhər və onun ətrafı 99 il öncə Azərbaycan xalqına qarşı soyqırımları siyasətinin tərkib hissəsi olmuş erməni hərbi birləşmələri tərəfindən həyata keçirilən ağır cəza əməliyyatına məruz qalmışdır.

Azərbaycan xalqına qarşı soyqırımları siyasətini təkcə daşnak-bolşevik Bakı Soveti deyil, həmçinin 29 may 1918-ci ildə əzəli Azərbaycan torpaqlarında – qədim İrəvan şəhəri və onun ətrafında yaradılmış Ermənistan (Ararat) Respublikası da dövlət səviyyəsində həyata keçirmişdir.

Ermənilərin Azərbaycan xalqına qarşı işğalçılıq siyasətinin növbəti mərhələsi 1980-cı illərin sonunda Ermənistan SSR-in ərazisindən İrəvan və Zəngəzur bölgələrinin yerli əhalisi olan 200 mindən çox azərbaycanlının qovulması ilə başlandı. Nəticədə indiki Ermənistan Respublikası ərazisində bir nəfər də olsun azərbaycanlı qalmadı. Beləliklə, Ermənistan monoetnik dövlətə çevrildi. Bundan əlavə, Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından - Dağlıq Qarabağdan və onun ətrafında olan yeddi rayondan bir milyondan çox azərbaycanlı qovularaq öz Vətənində qaçqın və məcburi köçkünə çevrildi.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlı əhalinin soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət oldu.

Dərin təəssüflə bildiririk ki, dünya birliyinin nüfüzlu siyasi dairələri erməni təcavüzünün aradan götürülməsi tələblərinə biganə yanaşır və hətta aparıcı beynəlxalq təşkilatları tərəfindən qəbul olunmuş qərar və qətnamələrə belə məhəl qoymur. Konfransımızın nəticələri təsdiq edir ki, Qafqaz bölgəsinin bir sıra ölkələri və xalqlarının tarixi torpaqlarına iddia edən erməni millətçiliyi dünyanın güc mərkəzlərinin maraqlarının təmin edilməsi siyasətinin alətlərindən biri kimi çıxış edir.

Böyük dövlətlər öz ənənəvi siyasətinə sadiq qalaraq yenidən Yaxın Şərq və Ön Asiyanı, Kiçik Asiya və Qafqazı hədəfdə tutduğu bir şəraitdə konfrans iştirakçıları bu bölgələrin ölkələri və xalqlarının təhlükəsizliyi üçün ciddi təhdidlərin mövcud olmasını qeyd edir. Ayrı-ayrı dövlətlərin daxili işlərinə kobud müdaxilə onları yox olmaq təhlükəsi qarşısında qoymuş, dinc insanların kütləvi qətlinə, ümumbəşər mədəni və tarixi abidələrin dağıdılmasına, vandalizmin artımına şərait yaratmışdır. “İnsan hüquqları”, “demokratiya”, “beynəlxalq hüququn müdafiəsi”, “terrorizmə qarşı mübarizə”nin adı altında böyük dövlətlər əslində yalnız soyqırımlar və terror üçün əlverişli şərait yaradaraq dünyanı təsir dairələrinə yenidən bölmək uğrunda ölüm-dirim mübarizə aparırlar. Başqa sözlə desək, Xaç yürüşləri və Böyük coğrafi kəşflər dövründən başlayan özgə torpaqların zəbt edilməsi, yerli xalqların və onların yaratdığı qədim mədəniyyətlərin məhv edilməsi siyasəti bu gün yeni üsullarla və yeni formalarda davam olunmaqdadır. Bu siyasətin əsas hədəfi isə yenidən Şərq xalqları, o cümlədən türk və islam aləmidir.

Yaxın Şərqdə baş verən hərbi münaqişələr yerli əhalinin Avropaya güclü axınına səbəb olmuşdur. Milyonlarla insan qurbanı, görünməmiş dağıntı və fəlakətlərlə nəticələnən Birinci və İkinci dünya müharibələrinin başlandığı Avropada isə yenidən faşizm, irqçilik, islamofobiya baş qaldırmaqdadır. Belə şəraitdə Qərb dünyanın müxtəlif bölgələrində avroatlantik birliyin nüfuzunun saxlanılması məqsədilə ikili standartlar siyasətini yürütməyə üstünlük verir.

Biz, tarixçi-alimlər, hesab edirik ki, dünyanın aktual problemlərinin həll edilməməsində günahkar olan böyük güc mərkəzləri dövlətlərin və dinc insanların məhvinə gətirib çıxaran dağıdıcı siyasətdən əl çəkməlidirlər. Cəmiyyətin qabaqcıl hissəsi olan alimlər istər nüfuzlu dövlətlər, istərsə də Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumların apardığı “idarəolunan xaos”, ikili standartlar siyasətini mühakimə etməyə çağırırlar. Dünya nizamı pozulmamalı, beynəlxalq hüquqa müvafiq olaraq qəbul edilmiş BMT-nin bütün qətnamələri yerinə yetirilməli və dünyadakı hansısa qüvvələrin maraqlarına xidmət etməməlidir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan dörd qətnaməsinə əməl olunmasının xüsusi zəruriliyi var.

Beynəlxalq hüquq normalarının icra edilməməsi “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın iştirakçılarında dərin təssüf hissi doğurur. Bütün Azərbaycan torpaqları üzərində suverenliyinin bərpası, dövlətinin ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan xalqının haqqıdır. Və biz bu ədalətli mübarizəni dəstəkləyirik!

Biz, konfransın iştirakçıları, hesab edirik ki, qlobal təhlükəsizliyi ancaq ədalət, qanunçuluq və sabitlik təmin edə bilər. Yalnız beynəlxalq hüququn norma və prinsiplərinə dəqiq riayət edərək, terrorçuların, ekstremistlərin və separatçıların cinayətlərinin qarşısını almaq, ölkələrin və xalqların hüquq bərabərliyi əsasında dinc yanaşı yaşaması üçün müasir dünya nizamını qurmaq, öz tamahkar maraqlarını güdən qlobal güc mərkəzlərinin özbaşınalığına son qoymaq olar.

İndiki gərgin vəziyyətdə nəinki siyasətçilər, həm də elm və mədəniyyət xadimləri ölkələr və xalqlar arasında yaradıcı dialoqu inkişaf etdirmək, millətlərarası və dinlərarası ədavətə son qoymaq, terrorun qarşısını alınması və silahlı münaqişələrin həlli məqsədilə əlindən gələni etməlidirlər. Mütləq prioritet kimi xalqların tarixi hüquqlarına, onların milli və dini hisslərinə və məsləklərinə, ənənəvi dəyərlərinə və əxlaqi ideallarına hörmət edilməlidir. Bu kontekstdə Azərbaycanın çoxəsrlik ənənələr və xalqın mədəni-mənəvi dəyərlərinə əsaslanan tolerantlıq və multikulturalizm siyasətinin nümunəsini özündə kəsb edən dəyərli tarixi təcrübəsini qeyd etmək lazımdır.

“XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfrans bütün xalqların birgə dinc yaşayışı üçün Azərbaycan cəmiyyətinin iradəsini nümayış etdirərək sülh və dostluğa çağırır.

Biz, konfransın iştirakçıları, beynəlxalq ictimaiyyətin diqqətini erməni işğalçılarının cinayətlərini sübut edən faktlara yönəldərək Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına dəstək olmağa çağırırıq! Dünya birliyi erməni millətçiləri tərəfindən soyqırımına məruz qalmış Azərbaycan və digər xalqlara qarşı tarixi ədalətin bərpası naminə, tarixin qanlı səhifələrinin təkrarlanmaması üçün qəti addımlar atmalıdır. Bu, regionda və dünyada sabitlik və təhlükəsizlik naminə bütün dünya birliyinin marağındadır!

Biz əminik ki, 1918-1919-cu illərdə dəhşətli soyqırım faciəsini yaşamış Azərbaycan şəhəri Lənkəranda keçirilən IV Beynəlxalq soyqırım konfransı ölkələrimizin tarixi keçmişinin dünya tarixçiləri tərəfindən birgə tədqiq olunmasında, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq.

Biz, IV Beynəlxalq soyqırım konfransının iştirakçıları, ümid edirik ki, bizim çağırışlarımız dünya birliyinin və elmi ictimaiyyətin diqqətindən kənarda qalmayacaq”.





26.04.17 DÜNYA TARİXÇİLƏRİNİN PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ
Aprelin 22-dən 27-dək Lənkəranda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilib... Ətraflı >>

Aprelin 22-dən 27-dək Lənkəranda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilib.

Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

22-27 aprel 2017-ci ildə Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türkiyə Respublikasının Atatürk Araşdırmaları Mərkəzi və Azərbaycan Respublikasının Lənkəran rayonunun İcra hakimiyyəti tərəfindən birgə keçirilmiş “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransa göstərdiyiniz hərtərəfli diqqətə və təşkilatçı yardımınıza, eləcə də bu tədbirin iştirakçılarının elmi axtarışlarına və səylərinə verdiyiniz yüksək qiymətə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hərtərəfli tədqiq olunmağa məsləhət bildiyi XIX-XX əsrlər tarixinin müxtəlif problemlərinə həsr olunan konfrans təkcə Azərbaycan Respublikasının deyil, dünyanın bir sıra başqa ölkələrin elmi həyatında mühüm hadisə oldu.

Azərbaycanda bir sıra nüfuzlu elmi simpoziumların və konfransların keçirilməsi, eləcə də ötən illərdə keçirilmiş beynəlxalq soyqırım konfranslarının iştirakçılarına Sizin Müraciətləriniz doğma xalqınızın tarixinə, ümumiyyətlə tarix elminə böyük əhəmiyyət verdiyinizi təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın iştirakçılarına ünvanlanmış və tarixçi alimlərin fəaliyyətlərinin əsas istiqamətlərini, müzakirəsi aktual olan məsələləri əks etdirən Müraciəti tarixi keçmişimizin bundan sonra da dərindən öyrənilməsi üçün yeni imkanlar açır.

2017-ci ili İslam Həmrəyliyi İli elan etməyiniz baxımından da “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın keçirilməsi xüsusi əhəmiyyətə malikdir.

Biz, “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın iştirakçıları, təsdiq edirik ki, XIX əsrin ilk onilliklərində ermənilərin Şimali Azərbaycanın ərazilərinə kütləvi köçürülməsi, 1918-ci ilin yazında erməni millətçilərinin törətdiyi Azərbaycan xalqına qarşı soyqırımı, həmin ilin mayında əzəli Azərbaycan torpağı olan İrəvan bölgəsində Ermənistan (Ararat) Respublikasının yaradılması, bir əsr bundan əvvəl baş vermiş fəciəli hadisələr zamanı qanlı cinayətlərə səbəb olmuşQarabağ, Naxçıvan və Azərbaycanın digər torpaqlarına ermənilərin ərazi iddiaları, Azərbaycanın Zəngəzur vilayətinin Ermənistan SSR-ə verilməsi,İkinci dünya müharibəsindən sonra azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası – bütün bu proseslərbu gün bölgədə yaşanan faciələrin, ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bünövrəsini qoymuşdur.

Tarixin dərslərinə məhəl qoyulmaması, soyqırımları törətmiş cinayətkarların cəzasızlığı artıq müasir dövrdəerməni millətçilərinin dağıdıcı fəaliyyətinə şərait yaratmışdır. Ərazisindən yüz minlərlə yerli əhali olan azərbaycanlıların, eləcə də digər xalqların nümayəndələrinin qovulmasından sonra monoetnik dövlətə çevrilən Ermənistan Respublikası qonşu xalqlara qarşı əsassız ərazi iddiaları ilə çıxış edir, Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınan ərazisinin beşdə bir hissəsinin işğalını davam etdirir. Bu siyasətin nəticəsindəDağlıq Qarabağın və digər Azərbaycan torpaqlarının əhalisinə qarşı amansız etnik təmizləmələri baş vermiş, bir milyondan artıq Azərbaycan Respublikasının vətəndaşı öz doğma torpağında məcburi köçkünə çevrilmiş, işğal edilmiş ərazilərdə Azərbaycan xalqının miniilliklər ərzində yaratdığı sivilizasiyanın izlərini silmək məqsədilə onun mənəvi və maddi mədəniyyətinin abidələri məhv edilmişdir.

“XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın məhz Lənkəranda keçirilməsi təsadüfi deyildir. Azərbaycanın ərazisində ən qədim yaşayış yerlərindən biri olan bu şəhər və onun ətrafı 99 il öncə Azərbaycan xalqına qarşı soyqırımları siyasətinin tərkib hissəsi olmuş erməni hərbi birləşmələri tərəfindən həyata keçirilən ağır cəza əməliyyatına məruz qalmışdır.

Konfransda eşidilmiş məruzələr müasir dünyanın yaşadığı geosiyasi sarsıntılar şəraitində tarixi təcrübənin nəzərə alınması zəruriliyini çox aydın şəkildə ortaya qoydu. Bu gün biz Yaxın Şərqin və Ön Asiyanın bir sıra ölkələrindəvəziyyətin xeyli kəskinləşməsini müşahidə edirik ki, bu da arasıkəsilməz müharibələrə, bölgələrdə və qlobal miqyasda qanlı qarşıdurmalara gətirib çıxarır. “İnsan hüquqları”, “demokratiya”, “beynəlxalq hüququn müdafiəsi”, “terrorizmə qarşı mübarizə”nin adı altında böyük dövlətlər əslində yalnız soyqırımlar və terror üçün əlverişli şərait yaradaraq dünyanı təsir dairələrinə yenidən bölmək uğrunda ölüm-dirim mübarizəsi aparırlar. Başqa sözlə desək, Xaç yürüşləri və Böyük coğrafi kəşflər dövründən başlayan özgə torpaqların zəbt edilməsi, yerli xalqların və onların yaratdığı qədim mədəniyyətlərin məhv edilməsi siyasəti bu gün yeni üsullarla və yeni formalarda davam olunmaqdadır. Bu siyasətin əsas hədəfi isə yenidən Şərq xalqları, o cümlədən türk və islam aləmidir.

Avropanı, ümumilikdə Qərbi bürüməkdə olan ksenofobiya və antiislaməhval-ruhiyyəsinin yüksəlişi tolerantlıq və multikulturalizm dəyərlərindən xatırladır ki, bunsuzda xalqlararası və konfessiyalararası sülhü təsəvvür etmək mümkün deyil. Məhz bu keyfiyyətlər Azərbaycanı – məclisimizdə təmsil olunan dövlətlərin elmi həyatında mühüm hadisə olan “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransınkeçirildiyi ölkəni fərqləndirir.

Azərbaycan sözün əsl mənasında tolerantlığın, multikulturalizmin, millətlərarası və dinlərarası sülhün bərqərar edilməsinə yönələn uğurlu dövlətsiyasətinin örnəyidir. Bu siyasətin həyata keçirilməsi Sizin, cənab Prezident, və Sizin başçılıq etdiyi dövlətin xidmətidir.

Biz, “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransıniştirakçıları, Sizə, cənab Prezident, qədim Lənkəranda bu mötəbər elmi məclisin keçirilməsinə yardım göstərdiyinizə görə bir daha öz dərin minnətdarlığımızı bildiririk. Sizə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinaminə, Azərbaycanın və bütün bölgənin çiçəklənməsi, dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində apardığınız yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq”.





24.04.17 LƏNKƏRANDA “XX ƏSRDƏ TÜRK-MÜSƏLMAN XALQLARINA QARŞI SOYQIRIMLARI” MÖVZUSUNDA IV BEYNƏLXALQ ELMİ KONFRANS İŞƏ BAŞLAYIB
Aprelin 24-də Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans işə başlayıb... Ətraflı >>

Aprelin 24-də Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans işə başlayıb.

Əvvəlcə konfrans iştirakçıları Tarix İnstitutunun mövzu ilə bağlı yeni nəşrlərinin sərgisinə baxış keçiriblər.

Dünyanın müxtəlif ölkələrindən tədqiqatçıların qatıldığı beynəlxalq konfransda Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Elmi konfransı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq konfrans iştirakçılarını salamlayıb. O, Beynəlxalq Lənkəran konfransının mühüm tarixi əhəmiyyət daşıdığını söyləyib.

Konfransda Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş məruzə ilə çıxış edib.

Tarixçi-alim Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır: “Bu gün Azərbaycan alimlərini narahat edən dünya ictimaiyyətinin bizim həqiqətləri görmək istəməməsidir. Azərbaycan alimlərinin əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənib gerçək şəkildə gələcək nəsillərə çatdırmaqdan, yalançı, saxta erməni təbliğatının qarşısının alınmasından və obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir”.

İnstitut direktoru bildirib ki, dünya bu gün son dərəcə mürəkkəb və olduqca təhlükəli qarşıdurmalarla üz-üzədir: “Qafqaz da daxil olmaqla bütün Yaxın və Orta Şərq regionu soyqırımları, kütləvi qırğınlar, terror və silahlı qarşıdurmalar içərisində çapalayır. Milyonlarla insan itkisinə, misli görünməmiş dağıntılara və fəlakətlərə səbəb olmuş Birinci və İkinci Dünya müharibələrinin başlandığı Avropada faşizm, irqçilik, islamofobiya yenidən baş qaldırıb. Böyük güc mərkəzləri “insan haqları”, “demokratiya”, “beynəlxalq hüququn müdafiəsi”, “terrora qarşı mübarizə” pərdələri altında, əslində, soyqırımlarına və terrora rəvac verir, dünyanı yenidən nüfuz dairələrinə bölmək uğrunda ölüm-dirim mübarizəsi aparırlar”.

Yaqub Mahmudov çıxışını bu sözlərlə davam etdirib: “Bizim prezidentimiz ölkəmizin ərazisində yaşayan digər xalqların nümayəndələri ilə bağlı multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldırmaqla Azərbaycan reallığını bütün dünyaya nümunə kimi təqdim edir. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi altında hər il Azərbaycanda keçirilən dünya tarixçilərinin Beynəlxalq soyqırımı konfransları real tarixi həqiqətlərin aşkara çıxarılmasında, tarix elminin yeni faktlar və elmi ümumiləşdirmələrlə zənginləşməsində mühüm rol oynayır”.

Konfransın təşkilatçılarından biri olan Türkiyənin Atatürk Araşdırma Mərkəzinin başqanı, professor Mehmet Ali Beyhan Tarix İnstitutu ilə sıx əməkdaşlıqdan bəhs edib və iki elmi qurumun birgə fəaliyyətini yüksək qiymətləndirib. O, bu dəfəki soyqırımı konfransının həmin konfransda iştirak edən xarici ölkə alimlərinin sayına və müzakirə edilən məruzələrə görə xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Beynəlxalq konfrans iştirakçılarını AMEA-nın prezidenti Akif Əlizadə və AMEA-nın Rəyasət Heyəti adından salamlayan AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova öz çıxışında artıq dördüncü dəfə keçirilən beynəlxalq elmi konfransın türk-müsəlman xalqlarına qarşı törədilən soyqırımlarının tanıdılması istiqamətində atılan əhəmiyyətli addım olduğunu bildirib. O, Lənkəranda törədilmiş soyqırımı vəhşiliklərindən geniş bəhs edib.

Plenar iclasda həmçinin Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Derya Örs, Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (YTSAM) rəhbəri, professor Həsən Cəlal Gözəl, Türk Tarix Qurumunun başqanı, professor Refiq Turan, Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti, professor İqor Turitsın və başqaları çıxış ediblər.

Konfransda BDU-nun professoru, tarix elmləri doktoru, cənub bölgəsinin yetirməsi olan Anar İsgəndərov erməni cinayətkarlarının ölkəmizin cənub bölgəsində törətdikləri soyqırımı vəhşiliklərini əhatə edən geniş məruzə ilə çıxış edib.

Bildirilib ki, Azərbaycan dövlətinin başçısı AMEA-nın Tarix İnstitutunun keçirdiyi bu beynəlxalq elmi konfransların fəaliyyətini həmişə diqqət mərkəzində saxlayır və konfrans iştirakçılarına ənənəvi müraciət məktubları ünvanlayır.

Plenar iclasın sonunda Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti İqor Turitsına Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub.

“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” probleminə həsr olunmuş IV Beynəlxalq Lənkəran konfransında son 200 il ərzində böyük bir coğrafiyada türk-müsəlman xalqlarına qarşı sistemli surətdə yeridilmiş olan soyqırımları, deportasiyalar, repressiyalar siyasəti və bunun fəlakətli nəticələri müzakirə olunub.

Bölmə iclaslarında xarici ölkələrin 60-a yaxın aliminin, o cümlədən Almaniya, Albaniya, Polşa, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Rusiya Federasiyası və başqa ölkələrdən gəlmiş tədqiqatçıların son 200 il ərzində türk-islam ölkələrində baş vermiş soyqırımlarına həsr olunmuş məruzələri dinlənilib.

Erməni-daşnak cəlladlarının Lənkəran qəzasında 1918-1919-cu illərdə törətdikləri soyqırımı vəhşilikləri ayrıca bölmə iclasında geniş müzakirə olunub.

Sonda konfrans iştirakçılarına Tarix İnstitutunun “Elmi Əsərlər” adlı jurnalının xüsusi buraxılışı olan IV Beynəlxalq Lənkəran konfransının materialları və digər nəşrlər paylanılıb.

Qeyd edək ki, bundan əvvəl ikisi Qubada, biri isə Şamaxıda keçirilmiş Beynəlxalq soyqırım konfranslarında Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən görkəmli tarixçilər XIX-XX əsrlərdə Azərbaycan, Şərqi Anadolu, müasir İran İslam Respublikasının azərbaycanlılar yaşayan şimal-qərb bölgələri, Qafqaz, Mərkəzi Asiya və Volqaboyunda həyata keçirilmiş soyqırımları, deportasiyalar və repressiyalarla bağlı maraqlı məruzələrlə çıxış ediblər.














21.04.17 LƏNKƏRANDA IV BEYNƏLXALQ SOYQIRIMLARI ELMİ KONFRANSI KEÇİRİLƏCƏK - DƏVƏT
Lənkəranda “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək... Ətraflı >>

Hörmətli KİV nümayəndələri!

Aprelin 23-dən 26-dək Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək.

Beynəlxalq elmi konfransın açılışı 24 aprel saat 11:00-da olacaq.

Sizi konfransın açılışına dəvət edirik.

Konfransda dünyanın müxtəlif ölkələrindən (Almaniya, Albaniya, Polşa, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Rusiya Federasiyası və onun subyektləri – Tatarıstan, Dağıstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz, İnquşetiya, Adıgey, Çeçenistan) 60-a yaxın, Azərbaycan Respublikasından isə 75 nəfər tarixçi-alimin 135 adda məruzəsi dinləniləcək.

Tədbirin açılışı Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.





18.04.17 TARİXÇİ-ALİM İRADƏ MƏMMƏDOVA TÜRKİYƏDƏ KEÇİRİLƏN BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİB
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İradə Məmmədova aprelin 9-dan 14-dək Türkiyənin Ankara şəhərində keçirilən “Tarix və Tarixçilik” mövzusunda beynəlxalq simpoziumda iştirak edib... Ətraflı >>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İradə Məmmədova aprelin 9-dan 14-dək Türkiyənin Ankara şəhərində keçirilən “Tarix və Tarixçilik” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

Türk dünyasının görkəmli alimi Xəlil İnalcığa həsr olunmuş simpoziumda İradə Məmmədova “Azərbaycanda xanlıqlar dövrünün əhalisinin araşdırma metodları və mənbələr” mövzusunda məruzə ilə çıxış etmiş, onun məruzəsi maraqla qarşılanmış, eyni zamanda simpoziumun bağlanış mərasimində dəyərləndirmə bölməsinə dəvət edilmiş və Azərbaycanı təmsil edən alimlərin məqalələrini dəyərləndirib.

Qeyd edək ki, Türk Tarix Qurumu və Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Litva, Ukrayna, Qazaxıstan, Rumıniya, Albaniya, Qırğızıstan, İran, İraq və Əlcəzairdən olan tarixçi-alim və tədqiqatçılar da iştirak ediblər.







14.04.17 BÖYÜK BRİTANİYANIN MİLLİ ARXİVİNDƏ AZƏRBAYCAN TARİXİ İLƏ BAĞLI 1200-DƏN ÇOX SƏNƏD AŞKAR EDİLİB
Aprelin 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclasında Böyük Britaniyanın Milli Arxivində saxlanılan Azərbaycan tarixinə dair sənədlərin Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr aparılıb... Ətraflı >>

Aprelin 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclasında Böyük Britaniyanın Milli Arxivində saxlanılan Azərbaycan tarixinə dair sənədlərin Azərbaycana gətirilməsi ilə bağlı müzakirələr aparılıb. İclasda bu arxivin fondlarında araşdırma aparan institutun “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Maksvellin məruzəsi dinlənilib.

Müəyyən olunub ki, 1914-1920-ci illər tarixini, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dönəmini araşdırmaq üçün Böyük Britaniyanın Milli Arxivində qiymətli sənədlər var. Nigar Maksvell tarixçi-alimlərə məlumat verib ki, arxivin fondlarında Azərbaycan tarixi ilə bağlı 1200-dən çox sənəd aşkar edib. Elmi Şuranın iclasında bu sənədlərin gətirilməsi ilə bağlı müzakirə zamanı müvafiq qərar qəbul edilib. Elmi Şuranın qərarına əsasən, bu arxiv sənədlərinin İngiltərədən Azərbaycana gətirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacaq.

Tarix İnstitutunun şöbə müdiri N.Maksvell Böyük Britaniyanın Milli Arxivində araşdırma apararkən AXC dönəmi, Azərbaycan-Gürcüstan münasibətləri, Ermənistan (Ararat) Respublikasının təcavüzkar siyasəti, böyük dövlətlərin Azərbaycan ərazisini işğal etmək planları, Zəngəzur və Naxçıvanın tarixi ilə bağlı çoxsaylı sənədlər aşkar edib.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov iclasda çıxışı zamanı deyib ki, Azərbaycan Xalq Cümhuriyyətini quran ziyalıların xalqımız qarşısında ən böyük xidməti Azərbaycan dövlətçiliyini dirçəltmələridir: “AXC bizim tariximizin şərəf səhifəsidir. Tarixi şəxsiyyətlərimizi, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır”.

Qeyd edək ki, ingilis və rus dillərində çap olunmuş “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində” toplusunun tərtibçisi Nigar Maksvelldir.





12.04.17 TARİX İNSTİTUTUNUN YENİ NƏŞRİ
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zəfər Mahmud oğlu Kərimovun "XX əsrin əvvəllərində Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət mətbuat səhifələrində" adlı monoqrafiyası işıq üzü görüb. Ətraflı >>

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zəfər Mahmud oğlu Kərimovun "XX əsrin əvvəllərində Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət mətbuat səhifələrində" adlı monoqrafiyası işıq üzü görüb.







11.04.17 TARİXÇİ-ALİM YAQUB MAHMUDOV ORTA MƏKTƏB ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞÜB
Aprelin 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov orta məktəb şagirdləri ilə görüşüb... Ətraflı >>

Aprelin 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov orta məktəb şagirdləri ilə görüşüb.

Görüşdə Bakı şəhəri Suraxanı rayonundakı 87 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Tarixçi-alim Yaqub Mahmudov şagirdlər qarşısında çıxış edərək, Azərbaycanın dövlətçilik tarixindən və tarixi şəxsiyyətlərindən danışıb: “Azərbaycan xalqı 5 min illik dövlətçilik tarixinə malikdir. Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur. Azərbaycan xalqı dünya miqyaslı tarixi şəxsiyyətlər yetişdirib”.

İnstitut direktoru şagirdləri milli dəyərlərimizə söykənməyə, tariximizə həmişə böyük diqqət ayırmağa çağırıb: “Biz tariximizi öyrənməliyik. Zatını bilməyən oğuldan kişi çıxmadığı kimi, tarixinə sahib çıxmayan xalq da məhvə məhkumdur. Tarixinə sahib çıxan xalq isə yenilməzdir”.

“Bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən AMEA-nın Tarix İnstitutu Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir”, - deyə professor qeyd edib.

Görüşdə tarixçi-alim bildirib ki, bizim xalqımız imperiya yaradan, qonşu xalqları idarə edən xalq olub: “Azərbaycan xalqı orta əsrlərin böyük dövlətlərini – Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb”.

Yaqub Mahmudov “Azərbaycanı gələcək qələbələrə bilikli insanlar aparacaq” deyərək fikrini yekunlaşdırıb.

Tədbirin sonunda şagirdlərə Tarix İnstitutunun nəşrləri hədiyyə olunub.

Xatırladaq ki, “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində Bakı şəhərinin müxtəlif orta məktəbləri, təhsil kompleksləri və liseylərində, Şəki şəhərindəki 10 nömrəli orta məktəbdə “Heydər Əliyev”, “Şah İsmayıl Səfəvi”, “Şah Təhmasib Səfəvi”, “Şah Abbas Səfəvi”, “Nadir şah Əfşar”, “Ağa Məhəmməd şah Qacar”, “Vətən qeyrətli qadın hökmdarımız - Tomiris”, “Hacı Çələbi xan” mövzularında elmi-praktik konfranslar keçirilib.








10.04.17 TARİXÇİ-ALİM YAQUB MAHMUDOV ORTA MƏKTƏB ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞƏCƏK - DƏVƏT
11 aprel 2017-cı il, saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov orta məktəb şagirdləri ilə görüşəcək. Ətraflı >>

Hörmətli KİV nümayəndələri!

11 aprel 2017-cı il, saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov orta məktəb şagirdləri ilə görüşəcək.

Sizi bu tədbirə dəvət edirik.

Görüşdə Bakı şəhəri Suraxanı rayonundakı 87 nömrəli tam orta məktəbin şagirdləri iştirak edəcəklər.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.




05.04.17 APREL DÖYÜŞLƏRİ BÖYÜK QƏLƏBƏNİN UĞURLU BAŞLANĞICIDIR
Aprel döyüşləri erməni qəsbkarlarına sübut etdi ki, işğalçılar məğlub ediləcək və böyük qələbəmiz uzaqda deyil... Ətraflı >>

Aprel döyüşləri erməni qəsbkarlarına sübut etdi ki, işğalçılar məğlub ediləcək və böyük qələbəmiz uzaqda deyil.

Yaqub Mahmudov bildirib ki, Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. Ötən il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək.

Deputat qeyd edib ki, valideynlər aprel döyüşlərində şəhid olmuş övladlarının tabutuna sarılmış Azərbaycan bayraqlarını təhvil alarkən “Vətən sağ olsun!” dedilər. Şəhidlər öz qanları ilə Azərbaycan xalqını birləşdirdilər. Bu, çox qürurvericidir. Bu qələbədə Azərbaycan elminin də öz rolu var. Biz Azərbaycan tarixçiləri Prezident İlham Əliyevin əsgərləriyik.

Y.Mahmudov bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının, dövlətinin, ordusunun gücünü göstərən böyük qələbədir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Düşməndən azad edilmiş torpaqlarımızda quruculuq işlərinə başlanılıb. Məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması prosesinə start verilib. Bu, böyük qələbənin çox uğurlu başlanğıcıdır. Bütün xalqımız Prezidentimizin ətrafında sıx birləşib.





03.04.17 TALIŞ AĞSAQQALLARI ADINDAN ERMƏNİ YALANI
Aprelin 22-dən 27-dək Lənkəranda “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” mövzusunda dördüncü beynəlxalq konfrans keçiriləcək. Ətraflı >>

Aprelin 22-dən 27-dək Lənkəranda “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” mövzusunda dördüncü beynəlxalq konfrans keçiriləcək. 1918-1919-cu illərdə Lənkəranda yerli əhali erməni cəlladları tərəfindən soyqırımına məruz qalıb.

Bundan əvvəl Qubada və Şamaxıda keçirilmiş konfranslarda olduğu kimi, bu konfransın təşkilatçısı da Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutudur.

Ermənistan Azərbaycanda keçiriləcək nüfuzlu elmi forum haqqında məlumata özünəməxsus təhrikçi ruhda reaksiya verib. Ermənistan KİV-ləri mənbəyi bilinməyən, həqiqətdə isə sadəcə mövcud olmayan, primitiv erməni təbliğatının virtual “səyləri” nəticəsində “üzə çıxmış” “Talış ağsaqqalları şurası” adından bəyanat yayıblar. Bu cızma-qarada erməni təbliğatçıları növbəti dəfə dəridən-qabıqdan çıxaraq tarixdə azərbaycanlıların və digər türk-müsəlman xalqlarının soyqırımının olmadığını sübut etməyə çalışırlar. Lakin onların cəhdləri hədərdir və rüsvayçı şəkildə puç olacaq. Buna səbəb 1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarına, yüzlərlə günahsız insanların yalnız etnik mənsubiyyətinə görə öldürülməsinə dair təkzibolunmaz, çoxsaylı tarixi sənədlərə əsaslanan faktlardır. Soyqırımının təşkilatçıları, ideoloqları və bilavasitə icraçıları Bakı Sovetinin rəhbəri Stepan Şaumyan və onun erməni millətçiləri Tatevos Əmiryan, Stepan Lalayan, Hamazasp Srvantstyan, Georgi Korqanov, Baqdasar Avakyan, Anastas Mikoyan və başqaları kimi əlaltıları idi.

Bakı Sovetinin daşnak-bolşevik rəhbərliyinin Azərbaycan xalqına qarşı cinayətkar siyasətini Azərbaycanın əzəli torpaqları olan İrəvan və onun ətrafında yaradılmış Erməni (Ararat) Respublikası davam etdirib. Andranik, Dro, Njdenin başçılığı altında erməni silahlı birləşmələri Naxçıvan, Zəngəzur, Qarabağ, habelə Urmiya, Xoy və Salmas regionlarında azərbaycanlı əhalini kütləvi məhv ediblər.

Bütün bunlar tarixi faktlardır və erməni təbliğatı onları təkzib edə bilməz. Bu da faktdır ki, erməni təbliğatı əlləri azərbaycanlıların - Xocalı şəhərinin dinc sakinlərinin, o cümlədən uşaqlar, qadınlar və qocaların qanına batmış Serj Sarkisyan başda olmaqla Ermənistan Respublikasının rəhbərliyi tərəfindən törədilən hərbi cinayətləri tarixdən silib atmaq iqtidarında deyil. Bu təkzibolunmaz faktlar beynəlxalq ictimaiyyətin diqqətini getdikcə daha çox cəlb edir. Erməni təbliğat maşını azərbaycanlılara qarşı soyqırımı cinayətinin dünya birliyi tərəfindən gec-tez tanınacağından ehtiyatlanaraq iyrənc yalanlara, o cümlədən “Talış ağsaqqalları şurası” adından yalanlara əl atır.

Erməni tərəfinin xüsusi narahatlığına səbəb onun cinayətkar əməlini ifşa edən beynəlxalq forumlardır. Onların sırasına AMEA-nın Tarix İnstitutu tərəfindən hər il Rusiya, Almaniya, Fransa, Türkiyə, Gürcüstan, İran, Polşa, Bolqarıstan, Albaniya, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən nüfuzlu alimlərin iştirakı ilə keçirilən konfranslar da daxildir. Bu tədbirlərdə erməni millətçiləri tərəfindən Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və digər regionların türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı aktlarının üstü açılır. Diqqətəlayiqdir ki, Lənkəranda keçiriləcək beynəlxalq konfransda azərbaycanlı alimlərlə yanaşı, xarici ölkələrdən 56 tanınmış alimin məruzəsi dinləniləcək.

Azərbaycanda yaşayan xalqlar arasına nifaq salınmasına yönələn erməni təbliğatının əbəs cəhdlərini xüsusi qeyd etmək lazımdır. Azərbaycan qədimdən bəri müxtəlif sivilizasiya və mədəniyyətlər arasında körpü olub. Müxtəlif xalqların və konfessiyaların nümayəndələri əsrlərboyu burada dinc yanaşı yaşayırlar. Bu gün Azərbaycan dünya birliyi tərəfindən tolerantlıq, dini dözümlük və multikulturalizm nümunəsi kimi tanınır. Buna görə də ermənilərin Azərbaycanda yaşayan xalqları bir-birinin üstünə qaldırmaq cəhdləri heç bir perspektivə malik deyil. Həmçinin erməni saxtakarlarının Azərbaycanda yaşayan milli azlıqları onların Azərbaycan-türk çoxluğu tərəfindən təqibə məruz qalmasına inandırmaq cəhdi də əbəsdir. Ölkəmizdə yaşayan ləzgilər, talışlar, yəhudilər və başqaları “böyük Ermənistan” cinayətkar ideologiyasının daşıyıcıları tərəfindən gördükləri zorakılıq, vəhşilik və qəddarlıq haqqında məlumatı öz tarixi yaddaşında qoruyub saxlayırlar. Erməni qatillərinin cinayətlərini hamı, o cümlədən talış ağsaqqalları yaxşı xatırlayırlar. Onlar Lənkəranda tarixçilərin beynəlxalq forumunda öz xatirələrini bölüşməyə hazırdırlar.

Azərbaycanda bütün xalqlar – Azərbaycan türkləri, talışlar, ləzgilər, avarlar, yəhudilər, ruslar və başqaları bir ailədir. Bütün azərbaycanlıların vahid məqsədi isə doğma Azərbaycanın beşdəbir hissəsini erməni işğalından xilas etməkdir.

Erməni təşviqat-təbliğat maşınının digər ölkələrdə millətlərarası münasibətlərdən danışmaması daha yaxşı olardı. Çünki monoetnik dövlət olan Ermənistan Respublikasının əhalisi, demək olar, yüz faiz ermənilərdən ibarətdir. Azərbaycanın indi Ermənistan Respublikasının ərazisini təşkil edən İrəvan, Göyçə, Zəngəzur bölgələrindən yerli əhali - azərbaycanlılar, habelə digər xalqların nümayəndələri tamamilə çıxarılıb.

Beləliklə, təcavüzkar Ermənistan Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirməsi barədə ittihamları öz üzərindən atmağa nə qədər cəhd etsə də, buna nail ola bilməyəcək. Ermənistan KİV-lərinin ünvansız “Talış ağsaqqalları şurasının” uydurulmuş bəyanatı kimi ucuz təbliğatçı hoqqaları da tarixi həqiqəti boğmaq və silmək iqtidarında deyil.





03.04.17 АРМЯНСКАЯ ЛОЖЬ ОТ ИМЕНИ ТАЛЫШСКИХ СТАРЕЙШИН
22-27 апреля нынешнего года в Лянкяране – одном из азербайджанских городов, население которого в 1918-1919 годах подверглось геноциду со стороны армянских... Ətraflı >>

22-27 апреля нынешнего года в Лянкяране – одном из азербайджанских городов, население которого в 1918-1919 годах подверглось геноциду со стороны армянских палачей, состоится четвертая по счету международная конференция на тему «Геноцид тюрко-мусульманских народов в ХХ веке». Организатором данной конференции, как и предыдущих, две из которых состоялись в городе Губа, а одна – в Шамахы, является Институт истории Национальной Академии наук Азербайджана.

Армения отреагировала на информацию о предстоящем авторитетном научном форуме в Азербайджане в свойственном ей провокационном духе. Армянские СМИ распространили заявление от имени невесть откуда взявшейся, а в действительности – попросту не существующей организации, которая в результате виртуальных «усилий» примитивного армянского агитпропа получила название «Совет талышских старейшин». В этой писанине армянские пропагандисты в очередной раз лезут из кожи вон, пытаясь доказать, что в истории не было геноцида азербайджанцев и других тюрко-мусульманских народов. Однако их потуги обречены на тщету и унизительный провал. Причина тому – неопровержимые, основанные на многочисленных исторических документах факты учиненного армянскими националистами в 1918-1920 годах геноцида азербайджанского народа, жертвами которого стали сотни тысяч безвинных людей только из-за своей этнической принадлежности. Организаторами, идеологами и непосредственными практиками геноцида были глава Бакинского Совета Степан Шаумян и его ближайшее окружение в лице махровых армянских националистов Татевоса Амиряна, Степана Лалаяна, Амазаспа Срванцтяна, Георгия Корганова, Багдасара Авакяна, Анастаса Микояна и других.

Преступную политику дашнако-большевистского руководства Бакинского Совета в отношении азербайджанского народа продолжила Армянская (Араратская) Республика, созданная на исконных землях Азербайджана – территории Иревана и его окрестностей. Армянские вооруженные формирования во главе с Андраником, Дро, Нжде повинны в массовом уничтожении азербайджанского населения Нахчывана, Зангезура, Карабаха, а также регионов Урмии, Хоя, Салмаса.

Всё это – подлинные факты истории, которые не в состоянии опровергнуть армянская пропаганда. Равно как она не в состоянии вычеркнуть из истории и военные преступления, совершенные руководством Республики Армения во главе с Сержем Саргсяном, руки которого обагрены кровью уничтоженных им и его головорезами жителей азербайджанского города Ходжалы, включая детей, женщин, стариков. Эти неопровержимые факты становятся достоянием всё большей части международной общественности. Опасаясь того, что совершенные против азербайджанцев преступления геноцида, рано или поздно, неизбежно будут признаны мировым сообществом, армянская пропагандистская машина и прибегает к гнусной лжи, распространяемой, в частности, от имени «Совета талышских старейшин».

Предметом особой обеспокоенности армянской стороны становятся разоблачающие ее преступную деятельность международные форумы. К числу таковых относятся и ежегодно организуемые Институтом истории НАНА конференции с участием авторитетных ученых из России, Германии, Франции, Турции, Грузии, Ирана, Польши, Болгарии, Албании, Узбекистана, Казахстана и других стран, на которых раскрываются факты осуществленных армянскими националистами акций геноцида против тюрко-мусульманских народов Азербайджана, Турции, Центральной Азии и других регионов. Примечательно, что на предстоящей в Лянкяране международной конференции, помимо работ азербайджанских ученых, будут представлены и заслушаны доклады 56 видных историков из зарубежных стран.

Особо следует отметить потуги армянской пропаганды, направленные на разжигание розни между проживающими в Азербайджане народами. Азербайджан издревле был мостом между различными цивилизациями и культурами, на протяжении многих веков здесь бок о бок в мире и согласии живут представители различных национальностей и конфессий. Азербайджан сегодня являет собой признанный всем мировым сообществом пример толерантности, веротерпимости, мультикультурализма. Поэтому предпринимаемые армянством попытки натравить проживающие в Азербайджане народы друг на друга не имеют никакой перспективы. Не имеют ее, в частности, и попытки армянских фальсификаторов убедить малочисленные народы Азербайджана в том, что они, дескать, подвергались преследованиям со стороны азербайджано-тюркского большинства. В исторической памяти малочисленных народов Азербайджана – лезгин, талышей, евреев и других отчетливо сохранилась информация о насилии, зверствах и жестокостях, которые они испытали от рук носителей преступной идеологии «великоармянства». О преступлениях армянских убийц хорошо помнят, в частности, талышские аксакалы, которые готовы поделиться своими печальными воспоминаниями с участниками предстоящего в Лянкяране международного форума историков.

Все народы Азербайджана – азербайджанские тюрки, талыши, лезгины, аварцы, евреи, русские и другие, являются единой семей. И едино стремление всех азербайджанцев положить конец армянской оккупации пятой части территории родного Азербайджана!

Другой вопрос, что армянскому агитпропу вообще следовало бы помалкивать о межнациональных отношениях в других странах. Поскольку Республика Армения является моноэтническим государством, население которого почти на сто процентов состоит исключительно из армян. С территории Республики Армения, включающей ныне в себя исконно азербайджанские земли – Иреван, Гёйчу, Зангезур, полностью изгнано их коренное население – азербайджанцы, а также представители других народов.

Таким образом, сколь бы ни изощрялась агрессивная Армения в стремлении отвести от себя обвинения в осуществлении политики геноцида и этнических чисток против азербайджанского народа, ей не удастся достичь этой цели. Правду истории не в состоянии заглушить и стереть дешевые пропагандистские трюки, вроде заявлений измышленного средствами массовой информации Армении, безадресного «Совета талышских старейшин».





29.03.17 AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB
Martın 29-da Ombudsman Aparatında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun müəllifi olduğu “İrəvan xanlığı” və həmin institutun... Ətraflı >>

Martın 29-da Ombudsman Aparatında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun müəllifi olduğu “İrəvan xanlığı” və həmin institutun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında nəşr edilən “Soyqırımı muzeyi” kitabı ictimaiyyətə təqdim edilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı təşkil edilmiş elmi-praktik konfransda əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Əsrin faciəsi” adlı qısametrajlı film nümayiş etdirilib.

Ombudsman Elmira Süleymanova bildirib ki, silahlı erməni-bolşevik birləşmələrinin 31 mart və 1-2 aprel tarixlərində azərbaycanlılara qarşı törətdikləri qırğınlar kütləvi xarakter daşıyıb, erməni silahlı dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” tarixi Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.

Bildirilib ki, XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olub. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci il 31 martda azərbaycanlılara qarşı törədilən soyqırımıdır.

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov qeyd edib ki, Azərbaycanda törədilən soyqırımları haqda ayrı-ayrı kitablar nəşr olunub. Ermənilər Cənubi Qafqaza köçürülüb, indiki Ermənistan dövlətinin ərazisi tarixi Azərbaycan torpaqlarıdır. 1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb. "Tarixinə sahib çıxmayan xalqlar məhvə məhkumdur. Bizim heç kimə qarşı ərazi iddialarımız yoxdur. Biz öz tariximizə sahib çıxmaq istəyirik", – deyə o əlavə edib. Y.Mahmudov deyib ki, azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, 7 min nəfər öldürülüb. Erməniləri Azərbaycan ərazisinə köçürən qüvvələrin hər zaman onları müdafiə etdiyini deyən Y.Mahmudov tarixdə ermənilərə qarşı soyqırımının olmadığını, lakin ermənilər tərəfindən dəfələrlə soyqırımının törədildiyini söyləyib. Ermənilərin törətdiyi faktlar bütün dünya tarixi üçün silinməz ləkədir. Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verib. Lakin ona hələ də beynəlxalq səviyyədə tam qiymət verilməyib.

Milli Məclisin deputatı, professor Elman Nəsirov bildirib ki, 31 mart soyqırımı ermənilərin tarixən yürütdüyü soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir. Bu soyqırımını ermənilər dünyaya vətəndaş müharibəsi kimi təqdim etməyə çalışırdılar. Stepan Şaumyan Moskvaya yazdığı məktubda etiraf edir ki, onlar bu cinayətləri şüurlu şəkildə törədiblər. Hamazaspın Qubada, Lalayan və Mikoyanın Şamaxıda törətdikləri cinayətlərin dünyada analoqu yoxdur.

Azərbaycan Respublikası hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımları, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. 1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımları nəticəsində on minlərlə günahsız insan qətlə yetirilib. Bildirilib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və getdikcə daha çox ölkə Ermənistanı işğalçı dövlət kimi tanıyır.

Konfrans mövzu ilə bağlı məruzələrlə davam etdirilib.

Tədbir çərçivəsində 31 mart soyqırımı ilə bağlı kitab sərgisi nümayiş olunub.




28.03.17 AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLƏCƏK
29 mart 2017-cı il, saat 14:00-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək. Ətraflı >>

Hörmətli KİV nümayəndələri!

29 mart 2017-cı il, saat 14:00-da 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.

Sizi bu konfransa dəvət edirik.

Tədbirin təşkilatçıları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutudur.

Tədbirdə Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış və xarici dillərdə çap olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” əsərinin, həmin institutun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında nəşr edilmiş “Soyqırımı muzeyi” kitabının təqdimatı keçiriləcək, Hərbi Prokurorluq tərəfindən hazırlanmış “Əsrin faciəsi” adlı qısa metrajlı film nümayiş etdiriləcək və Tarix İnstitutunun Azərbaycanlıların Soyqırımı ilə bağlı nəşr etdirdiyi kitabların sərgisi olacaq.

Konfransda Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələri iştirak edəcəklər.

Konfrans Hökumət Evinin iclas zalında keçiriləcək.

Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli 80, Hökumət evi, II qapı




03.03.17 TARİX İNSTİTUTUNDA ŞUXRAT SALAMOVLA GÖRÜŞ
Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda məşhur özbək tədqiqatçısı Şuxrat Salamovla (Barlas) görüş olub. Ətraflı >>

Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda məşhur özbək tədqiqatçısı Şuxrat Salamovla (Barlas) görüş olub.

Görüşdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, Şuxrat Salamovun imzası Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır: O, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) kitablarının müəllifidir.

“Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri əsasında yazılmış bu əsərlər sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli faciələrindəndir”, - deyə Y.Mahmudov qeyd edib.

Özbək tədqiqatçı bildirib ki, azərbaycanlılar tarixən Özbəkistanın ictimai, mədəni həyatında mühüm rol oynayıblar.

Özbək qonaq Tarix İnstitutuna Özbəkistanın paytaxtı Daşkənddə özbək dilində çap olunmuş kitabları - Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Geosiyasət” kitabını, Məhəmməd Füzulinin əsərlərini, “Müasir Azərbaycan poeziyası antologiyası” və Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitablarını təqdim edib.

Xatırladaq ki, Ş.Salamov Tarix İnstitutunun fəxri doktoru və dissertantıdır. O, hazırda “Azərbaycan və Türküstan tarixində daşnak terroru” mövzusu üzərində tədqiqat aparır. Dissertantın elmi rəhbəri Yaqub Mahmudovdur.










25.02.17 AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ (AMEA) TARİX İNSTİTUTUNUN ŞÖBƏ MÜDİRİ, PROFESSOR ŞAHİN FAZİLİN ŞEİRLƏRİNİ TƏQDİM EDİRİK
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun şöbə müdiri, professor Şahin Fazilin şeirlərini təqdim edirik... Ətraflı >>

Ağlamayaq, kişilər!


Bu haray adi haray,
Bu səs adi səs deyil.
Nə qədər ağlasaq da
Bu gün bizə bəs deyil,
Ağlamayaq kişilər!

Harayımda qəzəb var,
Qəzəbimə səbəb var:
Bu – intiqam harayı,
Bu – intiqam səsidir,

Bu gün ağlamaq deyil,
Savaşmaq vədəsidir,
Ağlamayaq, kişilər!

Kədərimiz, qəmimiz
Aşsa da başımızdan,
Gərək bu gün bərk ola
Başımız daşımızdan.
Mərmimiz tükənəndə
Mərmi ola başımız.
Mübarizə var öndə,
Axmasın göz yaşımız,
Göz yaşları yerinə
Zərbə yığaq yaylığa
Düşməni döymək üçün.
Güllə yığaq yaylığa,
Ağlamayaq, kişilər!

Fürsəti fövtə verib
Ağlamaq olmaz daha.
Bu qaranlıq gecədən
Çıxmalıyıq sabaha,
Ağlamayaq, kişilər!

Bu gün yağı düşmənin
Qolunu qırmaq üçün,
Əlini qırmaq üçün,
Belini qırmaq üçün
Belimizi qırmasın
Xocalı faciəsi.
Bu faciə xalqımın
Cavanlı faciəsi,
Qocalı faciəsi.
Qocanı ağlatmayın,
Cavanı ağlatmayın,
Dindirib həzin-həzin
Qaboyu ağlatmayın,
Kamanı ağlatmayın.
Düşməsin sinəmizə
Muncuq-muncuq göz yaşı.
Göz yaşları yerinə
Qoy qəzəb gələ bizə.
Öndədir hələ bizə
Xocalının savaşı,
Ağlamayaq, kişilər!

Gizli deyil, bu gün biz
Çox işdə gecikmişik,
Davada gecikmişik,
Döyüşdə gecikmişik,
Gecikək qəhərdə də,
Ağlamayaq, kişilər!
Dözərək bu dərdə də,
Ağlamayaq, kişilər!

Zəfər çağı gələndə,
Zəfərdən könlümüzə
Qəhər çağı gələndə,
Qəhərdən hamımızın
Ağlamağı gələndə,
Yığıb silahımızı
Ambara qalaq-qalaq,
Qırxıb saqqalımızı
Gülə-gülə ağlayaq...
Ağlamayaq kişilər!!!


Qəzəl


Xocalı Soyqırımından 25 il ötdü.
Bəs haçan erməni soyqırımı başlayacaq?
Onlar buna layiqdirlər!!!

Çox fəlakətli nifaqdır Xocalı soyqırımı,
Xalqımın köksünə dağdır Xocalı soyqırımı.

“Qoy qırım!” olmalıdır soyqırıma indi əvəz,
Saplanan türkə bıçaqdır Xocalı soyqırımı.

Təhqirə məruz olan qeyrətimizdir Xocalı,
Söndürülmüş çox ocaqdır Xocalı soyqırmı.

Güllələnmiş babalardır, qana qəltan nənələr,
Süngülənmiş hər uşaqdır Xocalı soyqırımı.

Yaği yadlar tərəfindən ləkələnmiş örpək,
Başa həsrətli papaqdır Xocalı soyqırımı.

Lalənin rəngi hopubdur Xocalı torpağına,
Suyu qan çay və bulaqdır Xocalı soyqırımı.

Çəkilən dildir ağızdan, üzülən qol və ayaq,
Kəsilən baş və qulaqdır Xocalı soyqırımı.

Viran olmuş necə mənzil, uçurulmuş neçə mülk,
Dağılan zorla tifaqdır Xocalı soyqırımı.

Gözümüzdə elə sancaqdı çıxarmaq lazım,
Üzümüzdə şapalaqdır Xocalı soyqırımı.

“Ölən öldü və keçən keçdi” demək mümkünmü?
Qanayırsa, hələ sağdır Xocalı soyqırımı.

Bir şəhər yox, neçə min kənd, qəsəbə, yurd-obadır,
Neçə bağdır, neçə dağdır Xocalı soyqırımı.

Döyüşək ər kimi, övrət sayağı ağlamayaq
Bizə bədnam yamaqdır Xocalı soyqırımı.

Çıxa bilməz yadımızdan soyumun faciəsi,
Hər zaman yad olacaqdır Xocalı soyqırımı.

Soyqırımlar törədənlər yetə qoy soyqırıma,
Qəlbdən çıxmayacaqdır Xocalı soyqırımı.

Bir xəbərdir ki, gərəkdir yayıla hər tərəfə,
Bəşərə qanlı soraqdır Xocalı soyqırımı.

Zəngəzurdur ki, yüz ildir paralanmış, Şahin,
Yaralanmış Qarabağdır Xocalı soyqırımı.


21 fevral 2017





21.02.17 “AZƏRBAYCAN XALQINA QARŞI SOYQIRIMLARI TARİXİNDƏ XOCALI” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLƏCƏK
22 fevral 2017-cı il, saat 11:00-da “Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans keçiriləcək. Ətraflı >>

Hörmətli KİV nümayəndələri!


22 fevral 2017-cı il, saat 11:00-da “Azərbaycan xalqına qarşı soyqırımları tarixində Xocalı” mövzusunda elmi konfrans keçiriləcək.

Sizi bu konfransa dəvət edirik.

Tədbirin təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Sumqayıt Dövlət Universitetidir.

Elmi konfrans Sumqayıt Dövlət Universitetinin böyük akt zalında keçiriləcək.

Ünvan: AZ 5008, Sumqayıt şəhəri, 43-cü məhəllə.




17.02.17 TARİX İNSTİTUTUNDA ELMİ ŞURANIN “İSLAM HƏMRƏYLİYİ İLİ”NƏ HƏSR OLUNMUŞ İCLASI KEÇİRİLİB
Fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş iclası keçirilib. Ətraflı >>

Fevralın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın “İslam Həmrəyliyi İli”nə həsr olunmuş iclası keçirilib. İclasda qonaq qismində Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi iştirak edib.

İclası giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov misirli qonaqla bağlı iclas iştirakçılarına geniş məlumat verib: “Əhməd bəy Azərbaycan üçün mühüm işlər görən bir insandır. O, Azərbaycan dilindən ərəb dilinə bir sıra əsərləri tərcümə edib. O, eyni zamanda Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsində Azərbaycan dili müəllimidir”.

Y.Mahmudov bildirib ki, Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin ərəb dilində zəngin kitabxanası var: “Əhməd bəy bizə nəinki bu zəngin kitabxanadan istifadəyə, həm də Misirdə olan tariximizlə bağlı mənbələrin tədqiqata cəlb edilməsinə dair öz köməyini təklif edir. Bu təklifi dəyərləndirmək lazımdır”.

İclasda bildirilib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində həm də ərəb dili kursları keçirilir. Əhməd Sami Elaydi isə Tarix İnstitutunun əməkdaşlarını bu kurslarda iştiraka dəvət edib və qeyd edib ki, kursu bitirənlərə sertifikatlar veriləcək.

Elmi Şuranın iclasında qərara alınıb ki, Tarix İnstitutunun Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın dövlətçilik tarixi, o cümlədən Azərbaycanın Qarabağ, İrəvan və digər bölgələrinin tarixi ilə bağlı kitabların tərcümə edilərək ərəb ölkələrində təqdimatı və təbliği təşkil ediləcək.

Misirli alim Ulu öndər Heydər Əliyevin “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözlərini xatırladaraq Azərbaycanı sevdiyini və Azərbaycançı olduğunu bildirib. O, qeyd edib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir və bu mərkəz Bakıda 1999-cu ildən fəaliyyət göstərir: “Mərkəzin kitabxanasında xeyli sayda ərəb dilində kitab, o cümlədən tarixi mənbələr var. Kitabxanamız adından on min elektron kitabı Tarix İnstitutuna təqdim etməyə hazırıq”.

Görüş zamanı qərara alınıb ki, Tarix İnstitutunun əməkdaşları üçün pulsuz ərəb dili kursları təşkil ediləcək, “İslam Həmrəyliyi İli” çərçivəsində institut ilə mərkəzin birgə tədbirləri olacaq.

Misirli qonaq bildirib ki, hədəfimiz birdir: “Azərbaycan və Misir arasındakı əlaqələrin dərin tarixi kökləri var. Mən özümü Azərbaycanda bir misirli kimi qürbətdə hiss etmirəm”.

Y.Mahmudov Elmi Şuranın üzvlərinə özbək tarixçisi Şuxrat Salamovun (Barlas) son durumu ilə bağlı məlumat verərək qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, daşnakların Türküstanda törətdiyi qətliamlar barədə kitablar yazan Ş.Salamov haqqında ermənilərin irəli sürdüyü ittihamlara məhkəmədə baxılıb və qaldırılan iddialar əsassız sayılıb. İnstitut direktoru bu işdə Azərbaycan ziyalılarının, o cümlədən Tarix İnstitutunun Elmi Şurasının bəyanatının mühüm rol oynadığını xatırladaraq tarixçi-alimləri təbrik edib.

Yaqub Mahmudov misirli qonağa “Azərbaycan: qısa dövlətçilik tarixi”, “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Azərbaycan xalçaları: İrəvan qrupu” kitablarını və İrəvan xanlığının tarixi ilə bağlı 4 adda broşürü təqdim edib.

İclasın sonunda institut direktoru qeyd edib ki, Müsəlman İntibah Dövrünün yaranıb inkişaf etməsinə Azərbaycan alimləri öz töhfəsini vermişdir: “Türk xalqları arasında islamı ilk qəbul edib onun yayılmasında rol oynayan Azərbaycan xalqı olmuşdur. Azərbaycanda qədim dövrlərdən Tanrıçılıq təkallahlı dini əsas yer tutduğuna görə islamın qəbul edilib yayılması daha sürətli baş verib. Təsadüfi deyil ki, indi də Azərbaycanda Tanrı və Allah ifadələri paralel olaraq istifadə edilir”.









16.02.17 PREZİDENT KİTABXANASINDA “SOYQIRIM MUZEYİ” KİTAB-ALBOMU TƏQDİM EDİLİB
Fevralın 16-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun birgə ərsəyə gətirdiyi “Soyqırım Muzeyi” kitab-albomunun və Hərbi Prokurorluğun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat mərasimi keçirilib. Ətraflı >>

Fevralın 16-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun birgə ərsəyə gətirdiyi “Soyqırım Muzeyi” kitab-albomunun və Hərbi Prokurorluğun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında keçirilən tədbirdə Milli Məclisin deputatları, Hərbi Prokurorluğun məsul işçiləri və Tarix İnstitutunun əməkdaşları iştirak ediblər.

Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, bu günlərdə həm Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində XX əsrin faciəsi - Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərin nəticəsi olaraq dünyanın bəzi ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələlik öz hüquqi qiymətini almayıb. Prezident İlham Əliyev 2017-ci il yanvarın 24-də “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti Administrasiyası bu Sərəncamın icrası məqsədilə Tədbirlər Planını təsdiq edib. Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində hazırlanmış bu kitab-albomda və sənədli filmdə son 200 ildə erməni vandallarının öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı və deportasiyaların miqyası xronoloji ardıcıllıqla, sistemli şəkildə tarixi sənədlərin, istintaq materialları və şahid ifadələri əsasında əks etdirilib. “Əsrin faciəsi” sənədli filminin Azərbaycan dilindəki versiyasının mətni ingilis dilində, ingilis dilində olan versiyasının mətni isə Azərbaycan dilində sub-titrlərlə müşayiət olunur.

M.Əhmədov vurğulayıb ki, bu kitab insanlığa qarşı törədilmiş soyqırımı cinayətlərinin unudulmaması və beynəlxalq aləmdə tanıdılması üçün görüləcək işlərin bundan sonra da ardıcıl davam etdirilməsinə təkan verəcək.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qeyd edib ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdikləri soyqırımları tarixinin araşdırılmasıdır. Tarix İnstitutunda son onillikdə dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımını əks etdirən külli miqdarda arxiv sənədləri gətirilərək toplu şəklində nəşr olunub və tarixçilərimiz bu sənədlər əsasında ölkəmizin bütün bölgələrində həyata keçirilmiş soyqırımlarına ayrı-ayrılıqda tədqiqat əsərləri həsr ediblər. Tarix İnstitutunun direktoru bildirib ki, 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır. Sovet tarix elminə mətin bolşeviklərdən biri kimi daxil edilən Stepan Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olan “Daşnaksütyun” partiyasının üzvü olub. O, “Daşnaksütyun” partiyasının Bakı Komitəsinin üzvü idi.

Azərbaycan Respublikasının Hərbi prokuroru, Əməkdar Hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev qeyd edib ki, Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla 320 kvadratmetrlik sahəni əhatə edir.

Hərbi prokuror bildirib ki, muzeyin yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barədə tarixi həqiqətləri əyani şəkildə gələcək nəsillərə çatdırmaq və ictimaiyyət arasında təbliğini genişləndirməkdir.

Xanlar Vəliyev diqqətə çatdırıb ki, muzeyin soyqırımları və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu, Xocalı və ətraf ərazilərin işğalını əks etdirən maket və fotolar, habelə digər eksponatlar yer alıb. Erməni terrorçularının istifadə etdikləri partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır.

Tədbirdə çıxış edənlər təqdim olunan kitabın əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, “Soyqırım Muzeyi” kitabının digər dillərdə də hazırlanmasına ehtiyac var.

Xatırladaq ki, 2016-cı ildə Tarix İnstitutunun Hərbi Prokurorluq ilə birgə layihəsi əsasında “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabı hazırlanaraq nəşr olunub.








15.02.17 “SOYQIRIM MUZEYİ” KİTABININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLƏCƏK
16 fevral 2017-cı il, saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə birgə yeni layihəsi olan “Soyqırım Muzeyi” kitabının təqdimat mərasimi keçiriləcək. Ətraflı >>

Hörmətli KİV nümayəndələri!


16 fevral 2017-cı il, saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə birgə yeni layihəsi olan “Soyqırım Muzeyi” kitabının təqdimat mərasimi keçiriləcək.

Sizi bu təqdimat mərasiminə dəvət edirik.

Tədbirin təşkilatçıları Tarix İnstitutu, Hərbi Prokurorluq və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasıdır.

Təqdimat mərasimi Prezident Kitabxanasında keçiriləcək.

Ünvan: Bakı şəhəri, Nizami küçəsi 58.





10.02.17 İRADƏ... ADINI DOĞRULDAN
Hər bir xalq, onun milli-mənəvi varlığı doğma elinə, torpağına bağlı olan şəxsiyyətlərin, o cümlədən tək-tək qeyrətli ziyalıların fəaliyyəti və mübarizəsi sayəsində yaşayır, qeyri-millətlər içərisində əriyib yox olmaq təhlükəsindən qurtulur. Ətraflı >>

İRADƏ... ADINI DOĞRULDAN


Hər bir xalq, onun milli-mənəvi varlığı doğma elinə, torpağına bağlı olan şəxsiyyətlərin, o cümlədən tək-tək qeyrətli ziyalıların fəaliyyəti və mübarizəsi sayəsində yaşayır, qeyri-millətlər içərisində əriyib yox olmaq təhlükəsindən qurtulur. AMEA-nın dosenti, tarix üzrə fəlsəfə doktoru İradə Malik qızı Məmmədova də Azərbaycanımızın bu cür nadir ziyalılarındandır.

Bu günlər bizi əziz dostumuz, istedadlı tarixçi-alim İradə Malik qızı Məmmədovanın yubileyinə yaxınlaşdırır. Bu əlamətdar gün onu sevən, dəyər-qiymətini bilən ailəsi, dostları və həmkarları üçün bəlkə də özündən daha çox sevindiricidir. Bütün ruhu və varlığı ilə ailəsinə, xalqına bağlı olan İradəmiz Allahın çox istədiyi bəndəsidir. Ona görə ki, Ulu Yaradan ona təkcə gözəl istedad, güclü məntiq, möhkəm iradə deyil, həyata, hadisələrə ali münasibət, sadəlik, təvazökarlıq, dürüstlük, ən əsası, hər zaman ətrafındakıları özündən daha çox düşünən, qayğısına qalan, ehtiyacı olana səmimi-qəlbdən əlindən gələn köməyi etməyə çalışan ali bir insanlıq sevgisi bəxş edib. Məhz buna görə də, hər yerdə, hər zaman özünə dərin hörmət və məhəbbət qazanmışdır.

İradə Malik qızı Azərbaycanın gözəl bir guşəsində, Masallı şəhərində, el arasında hörmət qazanmış Əhmədli nəsildən olan bir ailədə dünyaya göz açdı. Tarixi mənbələrin məlumatına görə kökü oğuz türklərinə - Bayandur boyundan olan Ağqoyunlulara bağlı olan Əhmədli tayfası daha çox Şərqi Anadoluda, Qarabağda və Muğanda məskunlaşmışdı. Masallıda Əhmədli kəndinin əsasını qoyan ulu babası Əhməd Göyünün nəslindən olanlar sonralar burada məscid tikdirmək, mədrəsə açmaq, Qahirə, Nəcəf, Bağdad və Tehranda oxuyan tələbələrə maddi yardım göstərməklə öz xeyirxah əməlləri sayəsində Ərdəbildən Salyana qədər ərazidə sözü eşidilən hörmət və nüfüz sahibinə çevrilmişdir. Babası Məhəmməd Hacı İmran oğlu Müsavat ordusunun tərkibində bolşeviklərə qarşı vuruşduğu üçün hakimiyyətə gələn bolşeviklər tərəfindən həbs edilmişdir, lakin Lənkəran xanının qızı bolşevik hakimiyyətində vəzifəsi olan Suğra (və ya Tuğra) xanımın və onu müdafiə edən Əhmədli camaatının himayəsi sayəsində ölüm hökmündən və sürgündən qurtara bilmişdi.

..İllər keçdi Masallı şəhərində Malik kişinin ailəsində 7 uşaq böyüdü və hamısı da ali təhsil aldı. İradədən başqa bütün bacı-qardaşlar öz ixtisas seçimlərini dəqiq və təbiət elmləri ilə bağladılar. Nəsildən-nəslə ötürülən ağır və şərəfli tarixi keçmiş, bəlkə də genetik yaddaşda həkk olunmuş ecazkar bir qüvvə İradəni öz həyatını məhz tarix elmi ilə bağlamağa sövq etdi. Azərbaycan Slavyan dilləri Üniversitetində “Rus dili və ədəbiyyatı” ixtisası üzrə ilk ali təhsilini başa vurduqdan sonra, ikinci ali təhsil kimi Lənkəran Dövlət Universitetinin tarix fakültəsini seçdi.

İradənin məhz bu universitetdə tarix elminin sirlərinə yiyələnməsi görünür heç də təsadüfi deyilmiş, bunda da taleyin bir hökmü varmış. Bir qədər sonra ata-baba ocağının yerləşdiyi Lənkəran bölgəsinin tarixi, xüsusilə Lənkəran xanlığının Rusiya işğallarına qarşı göstərdiyi mətanətli mübarizə, gələcəkdə müvəffəqiyyətlə müdafiə edəcəyi namizədlik dissertasiyası işinin mövzusunu təşkil etdi. Lənkəranda təhsil aldığı illər həm də tarixç-alim t.e.d., professor Tofiq Mustafazadə ilə tanışlığı ilə əlamətdardır. Elmə olan həvəsi və istedadı ilə müəlliminin diqqətini cəlb edən İradə onun tövsiyəsi ilə AMEA A.Bakıxanov İnstitutunun aspiranturasına daxil olur və 2005-ci ildə “Lənkəran xanlığının qonşu xanlıqlar və dövlətlərlə münasibəətləri ” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.

Əski slavyan yazılarını mükəmməl şəkildə oxuya bilməsi ona Rusiyanın müxtəlif arxivlərində gərgin axtarışlar aparmaraq imkanı verdi. Təkzibedilməz ilkin qaynaqlar əsasında Lənkəran xanlığının real tarixini, xanlığın banisi, Səfəvilər nəslindən olan Seyid Abbas haqqında bilmədiklərimizi, Lənkəran xanlarının kimliyini, xanlığın I Rusiya-İran müharibəsi dövründəki vəziyyətini hərtərəfli tədqiqata cəlb edə bildi. Müdafiədən az sonra həmin əsər “Lənkəran xanlığı Birinci-Rusiya-İran müharibəsi dövründə” (Bakı, 2007) monoqrafiya şəklində işıq üzü gördü. Azərbaycan tarixşünaslığını yeni məlumatlarla zənginləşdirən bu tədqiqat əsəri həmçinin qardaş Türkiyədə də “Rusya ile İran arasında Azerbaycan (Lenkeran Hanlığı)” (İstanbul, 2011) nəşr edilmişdir. Yeri gəlmişkən, İradə Malik qızı “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (Bakı, 2009) monoqrafiyasının müəlliflərindən biri kimi 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı fəxri adına layiq görülmüşdür.

“Ustadım” adlandırdığı, Tarix Qurumu ictimayi birliyinin banisi və sədri olan profüssor Tofiq Mustafazadə ilə İradə xanımın elmi əməkdaşlığı tarix elmimizin inkişafı üçün səmərəli və uğurlu olmuşdur. 1993-cü ildən fəaliyyət göstərən Azərbaycan Tarix Qurumu tərəfindən xeyli sayda elmi monoqrafiyalar, konfrans materialları və toplular çap edilmiş, Azərbaycan tarixinin müxtəlif məsələləri ilə bağlı 10-dan çox Beynəlxalq konfrans keçirmişdir. Qurum 2007-ci ildən mükəmməl bir elmi jurnalın – “Tarix və Gerçəklik” jurnalının nəşrinə başladı. (Baş redaktor t.ü.e.d., prof . Tofiq Mustafazadə, redaktor müavini t.ü.f.d. İradə Məmmədova). Bu müddət ərzində həmin jurnalın 10-dan artıq buraxılışı çap edilmişdir. Tarix Qurumu ictimayi birliyi tərəfindən həyata keçirilən bu uğurlu işlərdə İradə Məmmədovanın fəaliyyəti danılmazdır.

İradə Malik qızı “Azərbaycan Tarix Qurumu” ictimayi birliyinin sədr müavini, “Tarix və Gerçəklik” jurnalının baş redaktor müavini, “Pamukkale Üniversitesi Sosyal Bilimler Enstitüsü” jurnalında “Danışma kurulu”nun, 2014-cü ildən isə “Atatürk” və “Çağdaş Türkiyə Tarihi Araştırmaları” jurnallarında “Hakim Kurulu”nun üzvüdür.

Ümumilikdə nəşr olunmuş 3 monoqrafiyası və 100-dən çox elmi məqaləsi vardır, 6 kollektif monoqrafiyanın həmmüəllifi, 7 sənəd toplusunun tərtibində fəal iştirak etmişdir, biblioqrafik məlumat kitabçasının tərtibçisi, ali məktəb tələbələri üçün dərs vəsaitinin elmi redaktoru olmuşdur. 50 elmi konfrasda, 3 respublika və bir-neçə İnstitut miqyaslı elm-tədbirlərdə uğurla çıxış etmişdir, bir çox konfransların təşkilat komitəsində təmsil olunmuş, bölmələrə sədrlik etmiş və konfransların əlaqələndiricisi olmuşdur.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin aparıcı elmi işçisi “Azərbaycan əhalisi xanlıqlar dövründə”adlı doktorluq dissertasiyasını başa çatdırmaq üzrədir.

O, 2009-cu ildən başlayaraq “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə əsasən İstanbul, Moskva və Ankara şəhərlərində yerləşən müxtəlif arxivlərdən Azərbaycan tarixi ilə bağlı çoxsaylı qiymətli qaynaqların İnstituta gətirilməsində və bu sənədlərin toplu şəklində ortaya qoyulmasında fəal iştirak etmişdir. Bütün bu saydıqlarımızı yenə də istənilən qədər uzada bilərik, lakin buna lüzum görmürük.

Canimiz İradəmiz, əzizi dostumuz! Sən əvəzsiz dost olmaqla bərabər həm də, doğma yurdunu, xalqını, tarixini könüldən-candan sevən bir şəxsiyyət, qeyrətli bir Vətən övladısan! Ulu Tanrı Sənə bu cür şərəfli yaşamında sevincli və sağlam ömür bəxş etsin!

Bu yerdə sözümüzü məşhur türk şairi Can Yücelin bütün misraları ilə sanki Səni təcəssüm etdirən bir şeiri ilə bitirmək istəyirik:

Dostlar ırmak gibidir
Kiminin suyu az, kiminin çox
Kimində əlləriniz ıslanır yalnızca
Kimində ruhunuz yıkanır boydan boya.
İnsanlar da vardır; bərrak, pırıl pırıl bir dəniz.

Boşa gitməz nə qədər güvənsəniz.
Dibini görürsünüz her şey meydanda.
Qorxmadan dalarsınız, sizi sarar bir anda.
İçi dışı birdir çəkinmə ondan.
Hər sözü içtəndir, hər davranışı candan...

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin müdiri, t.ü.e.d., professor Tofiq Mustafazadə, t.ü.f.d. Fərəh Hüseyn, t.ü.f.d. Güntəkin Nəcəfli, t.ü.f.d. Nərminə Əmirbəyova, t.ü.f.d. Mehri Xanbabayeva, t.ü.f.d. Fəridə Əliyeva, t.ü.f.d. Emilya Əliyeva və başqaları.





10.02.17 YAQUB MAHMUDOV: “TARİX İNSTİTUTUNUN YENİ TƏDQİQATLARI DƏRSLİKLƏRDƏ ÖZ ƏKSİNİ TAPMALIDIR”
Müstəqil Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi dərsliklərinin hazırlanması XX əsrin 90-cı illərindən başlamışdır. Ətraflı >>

YAQUB MAHMUDOV: “TARİX İNSTİTUTUNUN YENİ TƏDQİQATLARI DƏRSLİKLƏRDƏ ÖZ ƏKSİNİ TAPMALIDIR”


Müstəqil Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi dərsliklərinin hazırlanması XX əsrin 90-cı illərindən başlamışdır. SSRİ-nin süqutundan sonra müstəqil Azərbaycanın təhsil sisteminin qurulması məsələsi ciddi problemlərlə üzləşmişdi. Milli şüuru formalaşdıran və milli dəyərləri özündə əks etdirən, heç şübhəsiz ki, tarix elmidir. 1990-cı ildə dövrün siyasi çətinliklərinə baxmayaraq, vahid Azərbaycan konsepsiyasına əsaslanan və üz qabığında üçrəngli bayrağımızın əks olunduğu “Azərbaycan tarixi proqramı” hazırladıq. Özü də, həmin proqram 1990-cı ildə fövqəladə vəziyyət günlərində “Təhsil” nəşriyyatında çap etdirdik. Bu proqramda Azərbaycançılıq, türkçülük, bütov Azərbaycan ideyalarını əsas götürərək siniflər üzrə konkret mövzular müəyyənləşdirdik. Qeyri-müəyyənlik içərisində qalan tarix müəllimlərinin əlində bu proqram bir mayak oldu.

Bu dövrdən başlayaraq Azərbaycançılıq konsepsiyasını əsas götürərək orta məktəblər üçün dərsliklər hazırlanmağa başlandı. 5-ci siniflər üçün yazılmış “Ata yurdu” dərsliyi bu istiqamətdə hazırlanmış ilk dərslik oldu. Dərslikdə şimallı cənublu bütöv Azərbaycanın tarixi xüsusi metodik üsulla qabaqcıl müəllimlər tərəfindən işləndi. İbtidai icma dövründən müasir dövrə qədər Azərbaycan tarixinin müxtəlif problemləri dövlət, şəxsiyyət, mədəniyyət konteksində təhlil olunaraq təhsil dövriyyəsinə verildi. Azərbaycançılığın təbliği “Ata yurdu” dərsliyinin əsas qayəsi olmuşdur. Ulu öndər Heydər Əliyev bu dərsliyi yüksək qiymətləndirdi.

2006-cı ildə “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Orta ümumtəhsil məktəblərində kurikuluma əsaslanan dərsliklərin hazırlanması prosesi 2012-ci ildən “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin yazılması və təhsil dövriyyəsinə buraxılması ilə davam etmişdir. Artıq 2016-cı ildən 9-cu siniflər üçün “Azərbaycan tarixi” dərsliyi şagirdlərin istifadəsinə verilmişdir. Dərslikdə XIX əsrin I yarısından müasir dövrə qədər Azərbaycan tarixi əlavə məlumatlarla, mənbələrlə, illüstrasiya və şəkillərlə nəfis tərtibatda verilmiş, metodik göstəricilər tətbiq edilmişdir. Bu dərsliyin çap olunması ilə Azərbaycançılıq konsepsiyasının orta məktəblərdə tədrisini başa çatmış hesab edirik.

Son beş ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun alimlərinin və orta məktəb müəllimlərinin iştirakı ilə hazırlanan dərsliklərdə kurikulum standartlarının tətbiqi ilə yanaşı Azərbaycançılıq ideologiyasının təbliği, bütöv Azərbaycan tarixinin tədrisi əsas götürülmüşdür. Şimallı cənublu bütöv Azərbaycanın, işğal olunmuş ərazilərimizin tarixini, xüsusilə Qarabağın tarixi, onun maddi-mədəniyyət abidələri, tarixi abidələri, görkəmli tarixi şəxsiyyətləri dərsliklərdə geniş şəkildə verilərək gənclərimizin vətənpərvərlik tərbiyəsi Azərbaycan tarixi dərslərinin əsas meyarına çevrilmişdir.

Məlumdur ki, dərsliklər Təhsil Nazirliyinin, Dövlət İmtahan Mərkəzinin (DİM) ekspertləri və müxtəlif universitetlərin müəllimləri tərəfindən müsbət rəylər aldıqdan sonra çap edilir. Bu işin təşkilində Təhsil Nazirliyinin obyektiv mövqeyi təqdirə layiqdir. Eyni zamanda DİM-in keçirdiyi monitorinqlərdə müntəzəm olaraq həmmüəlliflər iştirak edirlər. Respublikanın tarix müəllimləri görüş zamanı dərsliklər haqqında həm razılıq bildirir, əhəmiyyətli fəaliyyətə görə təşəkkür edir, həm də maraqlı qeydlər, suallarla müraciət edirlər.

Dərslik məsələsi təhsil sisteminin ciddi problemidir. Azərbaycan tarixi dərsliklərinin hazırlanması xüsusilə həssas məsələdir. Bu işdə orta məktəb müəllimlərinin iştirakı ilə yanaşı, alimlərin də iştirakı vacibdir. Çünki müntəzəm olaraq yeni elmi faktlar aşkar olunur. Bu elmi yeniliklərin müəyyən qisminin tədrisə gətirilməsi sürətlə inkişaf edən təhsil sisteminə yalnız fayda verə bilər. Ölkə başçısının 2012-ci ildəki sərəncamında təsbit olunduğu kimi Tarix İnstitutu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir. Bu mərkəz tarix dərsliklərinin hazırlanması işində başlıca rol oynamalıdır.

Hamıya yaxşı məlumdur ki, Tarix İnstitutunda aparılan tədqiqat işləri bilavasitə ölkə başçısının təşəbbüsü ilə həyata keçirilir. Bu baxımdan da Tarix İnstitutunun yeni tədqiqatları dərsliklərdə öz əksini tapmalıdır.





10.02.17 YAQUB MAHMUDOV HAQQINDA VİDEOTƏQDİMAT HAZIRLANIB
Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun 78 yaşı tamam olur. Ətraflı >>

YAQUB MAHMUDOV HAQQINDA VİDEOTƏQDİMAT HAZIRLANIB


Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun 78 yaşı tamam olur.

Yaqub Mahmudov Azərbaycan Ensiklopediyasında (elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini), Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU-da; baş müəllim, dosent) və BDU-da (dosent, kafedra müdiri, dekan müavini, dekan) işləmiş, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. O, 2004-cü ildən Tarix İnstitutunun direktorudur.

Y.Mahmudov 1999-cu ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordenilə, 2009-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərinə görə “Şərəf” ordenilə təltif olunmuşdur.

Yaqub Mahmudovun elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş videotəqdimatı Sizlərə təqdim edirik:
https://www.youtube.com/watch?v=be72tgJd1Wk





08.02.17 TARİX İNSTİTUTU: “CƏNUBİ QAFQAZDA ERMƏNİ DÖVLƏTİ İLK DƏFƏ 1918-Cİ İLDƏ YARADILIB”
Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Ətraflı >>

TARİX İNSTİTUTU: “CƏNUBİ QAFQAZDA ERMƏNİ DÖVLƏTİ İLK DƏFƏ 1918-Cİ İLDƏ YARADILIB”


Fevralın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclasın gündəliyinə əsasən, ilk öncə Tarix İnstitutunun “tarix.gov.az” portalının yeni dizaynı və quruluşu müzakirə edilib. Müzakirənin yekununda Elmi Şuranın qərarı ilə portalın yeni variantı təsdiq edilib.

“Necə olur, biz xalq qəhrəmanımız Cavad xan Ziyadoğlu ilə qürurlanırıq, yadellilərə qarşı qəhrəmancasına duruş gətirən İrəvan xanları olan Qacarlarla fəxr edirik, amma Ağa Məhəmməd Şah Qacarı özümüzdən hesab etmirik - “yadelli işğalçı” adlandırırıq?!”, - deyə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov iclasda bildirib.

İnstitut direktoru qeyd edib ki, tarixi şəxsiyyətlərimizi, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları tarixdə olduğu kimi, doğru-düzgün təqdim etmək lazımdır: “Cümhuriyyət tarixi bizim şanlı tariximizdir”.

Elmi Şuranın iclasında üçcildlik “Azərbaycan tarixi”, “Zəngəzur tarixi” kitablarının nəşrə hazırlıq işləri müzakirə edilib və müəllif heyətinə tapşırıqlar verilib.

İclasda bildirilib ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Qeyd olunub ki, indiki Ermənistan Respublikasının ərazisi 1918-ci ilə qədər Azərbaycan xalqının tarixi torpağı olub və bu ərazi “Azərbaycan tarixi”nin yeni nəşrinə daxil ediləcək.




01.02.17 TARİX İNSTİTUTUNUN ELMİ ŞURASI ŞUXRAT SALAMOVLA BAĞLI BƏYANAT QƏBUL EDİB
Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Ətraflı >>

TARİX İNSTİTUTUNUN ELMİ ŞURASI ŞUXRAT SALAMOVLA BAĞLI BƏYANAT QƏBUL EDİB


Fevralın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov açaraq bildirib ki, gündəlikdəki əsas məsələ bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamovun (Barlas) “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalmasıdır: “Hər iki kitab işıq üzü gördükdən sonra Ermənistanda və ermənilərin təzyiqi ilə Özbəkistanda Ş.Salamova qarşı kampaniya başlayıb”.

Y.Mahmudov qeyd edib ki, Ş.Salamova qarşı millətlərarası nifaqın qızışdırılması maddəsi üzrə Özbəkistan Baş Prokurorluğunda cinayət işi qaldırılıb: “Bu yolverilməzdir, çünki özbək alimi öz əsərlərində erməni faşizmi tərəfindən Azərbaycan, Şərqi Anadolu, Mərkəzi Asiya və digər bölgələrdə türk-müsəlman xalqlarına qarşı törədilmiş soyqırımlarını tədqiq etmişdir. Tarixi həqiqətləri işıqlandıran Şuxrat Salamovu millətlərarası nifaqın qızışdırılmasında günahlandırmaq faşizmə, soyqırımları törədən qüvvələrə haqq qazandırmaq, onları müdafiə etmək deməkdir”.

Toplantıda bildirilib ki, Tarix İnstitutunda dünyanın müxtəlif arxivlərindən əldə edilən çoxlu sayda sənədlər əsasında Azərbaycanın müxtəlif bölgələrində, İranda və Şərqi Anadoluda ermənilərin həyata keçirdikləri soyqırımını sübut edən kitablar çap edilib.

Sonda Tarix İnstitutunun Elmi Şurası tərəfindən yekdilliklə Şuxrat Salamovla bağlı bəyanat qəbul edilib. Bəyanatda deyilir ki, Ş.Salamov millətlərarası nifrəti qızışdırmır, çünki o, erməni etnosu ilə “erməni faşizmi” və “erməni terrorizmi” anlayışlarını bərabərləşdirmir.

Qəbul olunmuş bu bəyanatın Özbəkistan Respublikasının müvafiq dövlət və hüquq-mühafizə orqanlarına göndərilməsi qərara alınıb.

Qeyd edək ki, Şuxrat Salamov Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun fəxri doktorudur.




31.01.17 “XX ƏSRDƏ TÜRK-MÜSƏLMAN XALQLARINA QARŞI SOYQIRIMLARI” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək
2017-ci il 22-27 aprel tarixlərində Azərbaycan Respublikasının Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi və Lənkəran rayonu İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək. Ətraflı >>

“XX ƏSRDƏ TÜRK-MÜSƏLMAN XALQLARINA QARŞI SOYQIRIMLARI” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək


2017-ci il 22-27 aprel tarixlərində Azərbaycan Respublikasının Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi və Lənkəran rayonu İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək:

I. XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları – 1) 1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar; 2) 1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları; 3) 1948-1953-cü illərdə azər¬baycanlıların öz tarixi torpaqlarından – Ermənistan SSR-in ərazisindən de¬portasiyası; 4) 1988-1991-ci illərdə azər¬baycanlıların öz tarixi torpaqlarından – Ermənistan Respublikasının ərazisindən depor¬tasi¬yasının başa çatdırılması; 5) 1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Er¬mənistan tərə-findən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr;

II. 1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları;

III. XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaqdır. Məqalələr martın 1-dək Təşkilat Komitəsinə göndərilməlidir.

Məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı və elektron variant djabibaxramov@mail.ru, tofig-nacafli@rambler.ru, natigmamedzade@yandex.com e-mail ünvanlarına göndərilməlidir.

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığıl-malıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və yemək xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcəkdir.

Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar: AMEA-nın əsas binası, 6-cı mərtəbə, Tarix İnstitutu. Telefonlar: +994 12 539 36 15; +994 12 539 36 19, Mob.: +994 50 327 41 64; +994 50 614 54 23.




28.01.17 AMEA-NIN TARİX İNSTİTUTUNUN DİREKTORU, MİLLİ MƏCLİSİN DEPUTATI YAQUB MAHMUDOVUN AÇIQLAMASI
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımızın erməni işğalçıları üzərində böyük qələbəsinə və işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışa inamı artıran çox mühüm dövlət sənədidir. Ətraflı >>

AMEA-NİN TARİX İNSTİTUTUNUN DİREKTORU, MİLLİ MƏCLİSİN DEPUTATI YAQUB MAHMUDOVUN AÇIQLAMASI


İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımızın erməni işğalçıları üzərində böyük qələbəsinə və işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışa inamı artıran çox mühüm dövlət sənədidir. Prezidentin sərəncamı tarixçilər arasında böyük sevinclə qarşılanmışdır. Çünki tarixçilər yaxşı bilirlər ki, öz havadarlarına arxalanan erməni işğalçıları həmişə zəbt etdikləri Azərbaycan torpaqlarından çıxmamağa cəhd göstərmişlər. İrəvan mahalında, Göyçə mahalında, Zəngəzurda da belə olmuşdur.

Lakin Azərbaycan Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev keçən ilki Aprel döyüşlərində erməni qəsbkarlarına sübut etdi ki, işğalçılar məğlub ediləcək və böyük qələbəmiz uzaqda deyil!

Prezidentin Cocuq Mərcanlı ilə bağlı sərəncamının çox mühüm əhəmiyyəti ondadır ki, bu sərəncamın icrası ilə işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinə başlanır və xalqımızın doğma yurd yerlərinə böyük qayıdışı dövrü başlanır.

Biz tarixçilər inanırıq ki, bu müdrik, qətiyyətli və cəsarətli siyasətin zəfər çalması nəticəsində xalqımız nəinki, Qarabağdakı yurd yerlərinə, həmçinin gələcəkdə İrəvan, Zəngəzur və Göyçə ellərinə də qayıdacaqdır.

Prezident və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə biz bu qələbələrə hökmən nail olacağıq!




26.01.17 “DÜNYADA ERMƏNİLƏR QƏDƏR TERRORÇU TƏŞKİLATI OLAN İKİNCİ BİR MİLLƏT VARMI?”
Bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalıb. Ətraflı >>

“DÜNYADA ERMƏNİLƏR QƏDƏR TERRORÇU TƏŞKİLATI OLAN İKİNCİ BİR MİLLƏT VARMI?”


Bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalıb.

“Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) məqaləsini yazmış özbək “akademik”i Rustamjon Abdullayev görünür, ermənilərin Cənubi Qafqaza XIX əsrdə köçürüldüyünü, XX əsrin əvvəllərində Azərbaycan torpaq¬ları hesabına onlara 1 dövlət və 1 muxtar qurum yaradıldığını “bilmir”. Hansı ki, bu tarixi həqiqəti bütün sağlam düşüncəli qələm sahibləri, tarixçilər, siyasət adamları, hətta ermənilərin özləri də bilirlər.

Özünü akademik adlandıran bu şəxs öz məqaləsində Ş.Salamovun kitablarını tənqid etməklə türk-müsəlman xalqlarına qarşı amansız soyqırımı həyata keçirən erməni cəlladlarını müdafiə edib.

1918-ci il iyulun ortalarında Lalayan Daşnaksütyun partiyasının rəhbərliyinin fəaliyyəti barədə yazırdı: «Əksinqilabi daşnak hökumətinin daxili siyasətinin mahiyyəti ölkə zəhmətkeşləri arasında milli nifrəti qızışdırmaqdan, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalini fiziki cəhətdən məhv etməkdən ibarət idi».

Yaxşı məlumdur ki, Ermənistanın indiki dövlət başçısı Serj Sarkisyan həm separatçı, həm terrorçu, həm də minlərlə günahsız insanın qanını tökən canidir.

Erməni ideologiyasının təsiri altına düşmüş R.Abdullayev öz tarixini, vətəninin problemlərini qoyub, “özgə gözünə kül üfürməklə” məşğul olan ermənilərin vaxtilə tərkibində yaşadığı dövlətlərin hansınınsa tarixinə hörmətlə yanaşmalarından danışa bilərmi?

R.Abdullayev bilmirmi ki, “yazıq” imici qazanmış ermənilərin qatı millətçi ünsürləri tərəfindən çox nahaq qanlar tökülmüşdür. Ermənilərin Şimali və Cənubi Azərbaycanda, Türkiyənin Van, Ərzurum, Qars bölgələrində törətdiyi qırğınların ssenarisi eynidir.

Dünyada ermənilər qədər terrorçu təşkilatı olan ikinci bir millət varmı? Məlum olduğu kimi, erməni “milli” təşkilatlarının əksəriyyəti xarici ölkələrdə, xüsusilə də Türkiyə və Azərbaycanın inkişafını gözü götürməyən ölkələrdə yaradılmış, məqam düşdükcə onlardan istifadə edilmişdir.

Ermənistan SSR Ali Soveti beynəlxalq hüquq normalarını pozaraq, 1989-cu il dekabrın 1-də “Ermənistan SSR-ə Dağlıq Qarabağı birləşdirmək haqqında” qeyri-qanuni qərar qəbul etdiyi halda, görəsən, R.Abdullayev hansı hüquq normalarından və tarixi həqiqətdən danışır?

Azərbaycan xalqına qarşı 200 ildir davam edən etnik təmizləmə siyasətini xatırlamaq lazımdır. “Akademik”in Şuxrat Salamova qarşı yazısı və Azərbaycan həqiqətlərinə laqeydliyi erməni təxribatçılarının çirkin kompaniyasının tərkib hissəsidir.

R.Abdullayev kimiləri bilmirlərmi ki, bu gün ermənilərin işğal etdikləri torpaqlarda qədim Azərbaycan mədəniyyətinə qarşı terror həyata keçirilir? Ermənilər tarixi-memarlıq qoruğu, orta əsrlərə aid Azərbaycan şəhəri Şuşanı və onun ətrafındakı onlarla şəhəri, yüzlərlə kəndi dağıtmışlar.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Şuxrat Salamovun əsərləri erməni millətindən olan yazarların bu günə qədər müxtəlif səviyyəli böhtan, saxtakarlıq və yalanlarla dolu yazılarına tutarlı cavabdır.

Qasım Hacıyev
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun
Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru




26.01.17 TARİX İNSTİTUTUNDA 3 CİLDLİK “AZƏRBAYCAN TARİXİ” NƏŞRƏ HAZIRLANIR
Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Ətraflı >>

TARİX İNSTİTUTUNDA 3 CİLDLİK “AZƏRBAYCAN TARİXİ” NƏŞRƏ HAZIRLANIR


Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

Elmi Şuranın iclasında Tarix İnstitutunun 2017-ci il üçün elmi-tədqiqat işlərinin planı təsdiq olunub. Plana əsasən, institutda 3 cildlik “Azərbaycan tarixi”, Zəngəzur tarixi, Şəki tarixi çap olunacaq.

Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, “Azərbaycan tarixi”nin yeni nəşrində əsas diqqət Azərbaycanın tarixi torpaqlarının tədqiq olunmasına yönəldiləcək: “Bizim heç kəsə ərazi iddiamız yoxdur. Ancaq öz tariximizə sahib çıxırıq. Tarixi torpaqlarımızın: İrəvanın, Zəngəzurun, Göyçənin və digər tarixi ərazilərimizin keçmişini araşdırırıq”.

İclasda bildirilib ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Qeyd olunub ki, indiki Ermənistan Respublikasının ərazisi 1918-ci ilə qədər Azərbaycan xalqının tarixi torpağı olub və bu ərazi “Azərbaycan tarixi”nin yeni nəşrinə daxil ediləcək.

Toplantıda bildirilib ki, Avstriya, Polşa, Pakistan və digər ölkələrin elmi müəssisələri ilə əməkdaşlığın qurulması planlaşdırılır.

İnstitut direktoru iclasda elan edib ki, bu ilin aprelində türk-müsəlman əhaliyə qarşı soyqırımlarına həsr olunmuş sayca 4-cü beynəlxalq elmi konfrans olacaq: “Bu konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan alimlər iştirak edəcək və ermənilərin azərbaycanlılara, ümumilikdə türk-müsəlman xalqlarına qarşı həyata keçirdikləri deportasiya və soyqırımlarından danışılacaq”.

İclasda çıxışı zamanı Y.Mahmudov bildirib ki, bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalıb: “İnstitutun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsi bu məsələ ilə bağlı mətbuatda öz kəskin etirazını bildirərək Azərbaycan və rus dillərində bəyanat yayıb”.




23.01.17 TARİXİ SAXTALAŞDIRAN ÖZBƏK “AKADEMİKİ” RUSTAMJON ABDULLAYEVƏ ETİRAZ
Biz Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin əməkdaşları 19 dekabr 2016-cı il tarixində Daşkənddə “Fundamental iqtisadiyyat” (rus dilində) jurnalında dərc edilmiş “Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) adlı məqaləsinə öz etirazımızı bildiririk. Ətraflı >>

TARİXİ SAXTALAŞDIRAN ÖZBƏK “AKADEMİKİ” RUSTAMJON ABDULLAYEVƏ ETİRAZ


Biz Azərbacan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin əməkdaşları 19 dekabr 2016-cı il tarixində Daşkənddə “Fundamental iqtisadiyyat” (rus dilində) jurnalında dərc edilmiş “Nə üçün erməni soyqırımı, Kokand muxtariyyəti, daşnaklar və basmaçılıqla bağlı olan tarixi saxtalaşdırırlar?” (rus dilində) adlı məqaləsinə öz etirazımızı bildiririk. Özünü akademik adlandıran bu şəxs adı çəkilən məqaləsində erməni terrorizmini ifşa edən, tanınmış özbək tədqiqatçısı Şuxrat Salamovun 2015-ci ildə Daşkəndin “Yangi asr avlodi” nəşriyyatında işıq üzü görmüş "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək" (rus dilində) adlı kitabını tənqid edərək, türk-müsəlman xalqlarına qarşı amansız soyqırımı həyata keçirən erməni cəlladlarını müdafiə etmişdir.

Şuxrat Salamovun qeyd etdiyimiz kitabında erməni terrorizminin beynəlxalq terrorizmin tərkib hissəsi olduğu, arxiv sənədləri əsasında 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türk xalqlarının milli dövlətçiliklərinin bərpası uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən cəza dəstələrinin - bolşevik-daşnak hərbi birləşmələrinin burada törətdikləri soyqırımı nəticəsində təkcə Fərqanə vadisində on minlərlə özbəyin xüsusi amansızlıqla qətlə yetirildiyi, amansız işgəncələrə məruz qaldığı, kənd və şəhərlərin, dini tikililərin, tarixi abidələrin məhv edildiyi sübut edilmişdir. Ş.Salamov həmçinin 1989-cu ildə baş vermiş Fərqanə hadisələrinin istintaq araşdırmaları zamanı Axıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmə siyasətinin həyata keçirilməsində də erməni millətçi təşkilatlarının izini də müəyyən etmişdir.

Ş.Salamov həmçinin Azərbaycanın haqq işi uğrunda apardığı mübarizəyə dəstək verən, ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edən bir tədqiqatçıdır. Onun qələmə aldığı “Qarabağ: ideyalar müharibəsi” (rus dilində) adlı digər kitabı isə 2016-cı ildə Tbilisi şəhərində “Universal” nəşriyyatında çap edilmişdir.

Əvvəllər erməniləri tənqid edən özbək “akademik”i Rustamjon Abdullayev nədənsə birdən-birə mövqeyini dəyişərək, tarixi faktları kobudcasına saxtalaşdıraraq Azərbaycan və ümumtürk dünyasına qarşı dəhşətli soyqırımı həyata keçirən, XX əsrin sonlarında dünyanın gözü qarşısında Xocalı soyqırımını törədən erməni cəlladlarını müdafiə etmişdir. Onun tənqid etdiyi Ş.Salamovun əsərləri isə bir daha sübut edir ki, erməni cəlladlarının həyata keçirdiyi bu soyqırım cinayəti bütün türk xalqlarına qarşı yönəldilmiş məqsədyönlü siyasət idi, vahid bir mərkəzdən idarə edilən siyasət idi. Fərqanə hadisələrində ermənilər minlərlə insanı məhv edmişlər, daşnaksütyun partiyası azərbaycanda olduğu kimi Özbəkistanda da bu siyasəti həyata keçirmişdir.

Ermənilərin türk-müsəlman əhaliyə qarşı həyata keçirdiyi soyqırımı sübut edən çoxsayda qiymətli sənədlər Azərbaycan Respublikasının arxivlərindən başqa dünyanın müxtəlif arxivlərində - Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, Fransa, Almaniya arxivlərindən qorunub saxlanılır. Bu gün AMEA Tarix İnstitutunda dünyanın müxtəlif arxivlərindən əldə edilən çoxsaylı sənədlər əsasında Azərbaycanın müxtəlif bölgələrində, İranda və Şərqi Anadoluda ermənilərin həyata keçirdiyi soyqırımı sübut edən kitablar çap edilmişdir. (Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, 2006; Genoside Against the historical names. Baku, 2006; V.Abışov. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər), Bakı, 2007; Historical facts of Armenians actions in Azerbaijan land. Baku, 2009; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. I cild, Bakı, 2009; Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. I cild, Bakı, 2009; N.Məmmədov. Dağlıq Qarabağ gerçəklikləri, soyqırımı, terror, depor¬tasiya, işğal. Bakı, 2009; Исторические факты о деяниях армян на Азербайджанской земле. Баку, 2009; Azər¬bay¬can xalqına qar¬şı 1918-1920-ci illər soyqırımı. II cild, I kitab. Gəncə quberni¬yası. Bakı, 2010; Azər-baycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, 2-ci kitab. İrə¬van quberniyasında soyqırımı. Bakı, 2010; Azərbaycan xal¬qı¬na qar¬şı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr. Sənədlər toplusu. Ba¬kı, 2010; N.Məmmədov. Dağlıq Qarabağ gerçəklikləri, soyqırımı, terror, depor¬tasiya, işğal. Bakı, 2009; Azər¬bay-can xalqına qar¬şı 1918-1920-ci illər soyqırımı. II cild, I kitab. Gəncə quberni-yası. Bakı, 2010; Azər¬baycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. II cild, 2-ci kitab. İrə¬van quberniyasında soyqırımı. Bakı, 2010; Azərbaycan xal¬qı¬na qar¬şı 1918-ci il mart soyqırımı. III cild. Xatirələr. Sənədlər toplusu. Ba¬kı, 2010; İ.Məmmədov. Zəngibasar qətliamları (1905-1988). Bakı, 2012; Геноцид азербайджанского народа 1918 года: организаторы и палачи. Баку, 2013; Нифтелиев И.В. Геноцид Азербайджанцев в Иреванской губернии (1918-1920). Баку, 2014; Nəcəfli G. 1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı. Bakı, 2014; Gözəlova N.R. Azərbaycan türk-müsəlman əhalisinin soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində Bakı, 2014; Mustafa N. İrəvan quberniyasında Azərbaycanlıların soyqırımı (1918-1920). Bakı, 2014; Abışov V.V. Bakıda 1918-ci il mart soyqırımı. Bakı, 2014; Abışov V.V. Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı. Bakı, 2014; Abışov V.V. Quba qəzasında türk-müsəlman soyqırımı. Bakı, 2014; Мамедзаде Н. Геноцид Азербайджанцев в Карабахском регионе Азер¬бай¬джана (1918-1920). Баку, 2014; İsmayılov K. Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı. (1918-1920) Bakı, 2014; Nəcəfli G. 1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı” (ATASE-nin sənədləri əsasında). Bakı, 2015.)

Çoxsaylı sənədlər, təkzibedilməz faktlar əsasında yazılan bu kitablar birmənalı şəkildə sübut edir ki, 1914-1920 illərdə Şimali Azərbaycanın bir çox regionunda – Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, həmçinin Cənubi Azərbaycan ərazisinin (Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz) Türk-müsəlman əhalisinə qarşı erməni millətçiləri tərəfindən soyqırımı törədilmişdir.

Biz müxtəlif arxivlərdən əldə etdiyimiz çoxsaylı sənədlər əsasında hazırladığımız bu kitabları özünü “akademik”, adlandıran cənab Rustamjon (Rüstəmcan) Abdullayevin nəzərinə çatdırmaq istəyirik. Ona görə ki, cənab akademik ermənilərin dinc, əliyalın əhaliyə qarşı həyata keçirdiyini bu qanlı cinayətlərlə tanış olsun. Bəlkə onda, real tarixin nədən ibarət olduğundan, tarixdə əsl soyqırımın kimlər tərəfindən həyata keçirldiyindən xəbərdar olar.

Adını akademik qoyub, soyqırım cəlladlarını müdafiə edən “akademik”in bu yazısı bizi çox narahat edir. Bu dəfələrlə erməni cəlladlarınının soyqırımına məruz qalan Azərbaycan xalqına qarşı təhqirdir. Biz buna öz kəskin etirazımızı bildiririk.

Güntəkin Nəcəfli
Tarix İnstitutunun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı





18.01.17 TARİX İNSTİTUTUNDA AĞA MUSA NAĞIYEVƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMAT MƏRASİMİ OLUB
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuş “Zamanın sorağında” (rusca) kitabının təqdimat mərasimi keçirilib. Ətraflı >>

TARİX İNSTİTUTUNDA AĞA MUSA NAĞIYEVƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMAT MƏRASİMİ OLUB


Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuş “Zamanın sorağında” (rusca) kitabının təqdimat mərasimi keçirilib.

Bu kitabın müəllifi Ağa Musa Nağıyevin nəvəsi və tədqiqatçısı Dilarə Ağamusa Nağıyevadır. Nəşrin elmi redaktoru isə akademik Arif Həşimovdur.

Təqdimat mərasimini giriş sözü ilə açan Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Ağa Musa Nağıyev kapitalını ancaq bina tikintisinə deyil, həm də o dövrdə cəhalət girdabında boğulan xalqın maariflənməsinə, onun dünyagörüşünün və ümumi mədəni səviyyəsinin yüksəldilməsi istiqamətinə sərf edib.

Təqdimat mərasimində çıxış edən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə Əliyeva, Dilarə Cəbrayılova və başqaları Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətindən söz açıblar.

Tədbirdə Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənovun “Ağamusa Nağıyev: Azərbaycanın böyük sənayeçisi”, Tarix İnstitutunun aparıcı elmi işçisi Sevinc Mustafayevanın “Məşhur xeyriyyəçi Ağamusa Nağıyev” adlı məruzələri dinlənilib.

Xatırladaq ki, hazırda Ağa Musa Nağıyevin tikdirdiyi “İsmailiyyə” binasında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.




12.01.17 TARİXİ ŞƏXSİYYƏTLƏRİMİZƏ SAHİB ÇIXAQ
Müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biri də tarix elmimizin inkişafı sahəsində əldə olunan böyük uğurlardır. Azərbaycan tarixşünaslığını müstəqil inkişaf yoluna ulu öndər Heydər Əliyev çıxarmışdır. Ətraflı >>

TARİXİ ŞƏXSİYYƏTLƏRİMİZƏ SAHİB ÇIXAQ


Müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biri də tarix elmimizin inkişafı sahəsində əldə olunan böyük uğurlardır. Azərbaycan tarixşünaslığını müstəqil inkişaf yoluna ulu öndər Heydər Əliyev çıxarmışdır. Dahi şəxsiyyət doğma xalqına, vətən torpağına həsr olunmuş ömrünün bütün çağlarında tariximizin azərbaycançılıq məfkurəsi əsasında doğru-düzgün araşdırılmasını və gənc nəslin doğma vətənə sədaqət ruhunda tərbiyə olunmasını daim diqqət mərkəzində saxlayırdı. Erməni-daşnak quldurlarının xalqımıza qarşı törətdikləri soyqırımları və deportasiyalarla bağlı mühüm dövlət sənədləri imzalayan, XX əsrin 20-30-cu illərində ziyalılarımıza qarşı həyata keçirilmiş repressiyaların ağır nəticələrindən dönə-dönə bəhs edən Heydər Əliyev, əslində, tarixçilər qarşısında tarix elmini keçmiş zərərli konsepsiyalardan uzaqlaşdırmaq, saxtalaşdırmalardan və təhriflərdən təmizləmək kimi çox mühüm və şərəfli vəzifə qoymuşdur.

Ulu öndərin tarix elminin inkişafı ilə bağlı bütün ideyalarını, planlarını dönmədən həyata keçirən Prezident İlham Əliyev tarixçi alimlər qarşısına yeni və daha konkret vəzifələr qoydu. Ölkə başçısının çağırışları, təşəbbüsü və birbaşa tövsiyəsi ilə ilk dəfə olaraq “Azərbaycan Tarixi Atlası”, mükəmməl tədqiqat əsərləri olan “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, erməni-daşnak quldur rejimləri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilmiş soyqırımları barədə ayrı-ayrılıqda çoxsaylı kitablar nəşr olundu. Stepan Şaumyanın başçılıq etdiyi “26 Bakı komissarları” adlanan daşnak-bolşevik güruhunun soyqırımı cinayətləri sübuta yetirildi. Ölkə başçısının birbaşa tapşırığı ilə yazılmış fundamental elmi tədqiqat əsəri olan “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı, həmçinin “Real tarix və “Böyük Ermənistan uydurması” tədqiqatı və digər çoxsaylı əsərlər rus, ingilis, italyan, ispan, ərəb və başqa dillərə tərcümə olunaraq dünyada yayıldı. Bununla ermənilərin guya Cənubi Qafqazın “ən qədim əhalisi olması” barədə saxta və uydurma “konsepsiyaya” sarsıdıcı zərbə vuruldu. Dünyanın mühüm elm mərkəzlərində, arxivlərində saxlanılan tariximizlə bağlı külli miqdarda arxiv sənədləri ölkəmizə gətirildi.

Tarixçilərimiz ilk mənbələrə, o cümlədən zəngin arxiv sənədlərinə əsaslanaraq vətənimizin saxtalaşdırılmalardan, təhriflərdən təmizlənmiş yeni tarixini yazırlar. Beş kitabdan ibarət olan ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2016)” fundamental araşdırması isə artıq işıq üzü görmüşdür.

Ölkə başçısı tarix elminin inkişafını daim diqqət mərkəzində saxlayır, tarixçilərin əməyinə yüksək qiymət verir. Milli Elmlər Akademiyasının Tarix İnstitutu Prezidentin çağırışlarını, tapşırıq və tövsiyələrini yerinə yetirmək üçün var qüvvəsi ilə çalışır, alimlərimiz xalqımızın şanlı tarixini düzgün və dolğun əks etdirən əsərlər yazırlar. Cəsarətlə demək olar ki, artıq Azərbaycan tarix elmi müstəqil inkişaf yoluna çıxmışdır.

Müstəqil Azərbaycanın bütün sahələrdəki nailiyyətləri kimi tarix elminin inkişafında əldə olunmuş böyük uğurlar da bədxahlarımız tərəfindən (eyni zamanda daxili dönüklər tərəfindən!) birmənalı qarşılanmır. Tarix elmimiz “ənənəvi” konsepsiyalardan uzaqlaşdıqca, saxtalaşdırmalardan və təhriflərdən təmizləndikcə Milli Elmlər Akademiyasının Tarix İnstitutu bundan narahat olan xarici qüvvələrin, xüsusilə erməni saxtakarlarının kəskin hücumlarına məruz qalır. Vaxtaşırı işğalçı ölkənin paytaxtında keçirilən “elmi” toplantılarda qaraqışqırıq salanlar Tarix İnstitutunun uğurlarını iftira və böhtan “atəşinə” tuturlar. Əlbəttə, biz bundan böyük qürur duyuruq! Çünki doğru yoldayıq! Deməli, hədəfləri düz seçmişik!

Nə qədər təəccüblü olsa da, ölkəmizin daxilində də xaricdəki bədxahlarımızla səs-səsə verənlərə ara-sıra rast gəlinir.

Müasir mərhələdə müstəqil Azərbaycanın tarix elmi bədxahlarımıza qarşı başlıca olaraq üç istiqamətdə mübarizə aparır: dövlətçilik tariximizin təhrif olunmasına qarşı; xalqımızın yaratdığı qədim və zəngin mədəniyyətə sahib çıxmağa çalışanlara qarşı; görkəmli tarixi şəxsiyyətlərimizə qarayaxanlara qarşı.

Gizli deyil ki, 1918-ci ilədək Cənubi Qafqazda dövlətçilik tarixi olmayan və bu regiona Çar Rusiyası tərəfindən köçürülüb gətirilmiş ermənilər, habelə uzun tarixi dövrlər ərzində böyük Azərbaycan imperiyalarının tərkibində olmuş digər ölkələrin bəzi “alimləri” ya kağız üzərində özlərinə “dövlət yaratmağa” çalışır, ya da Azərbaycanın qədim dövlətçilik mədəniyyətinin tarixini təhrif etmək üçün hər cür saxtakarlığa əl atırlar. Bu iyrənc məqsədə xidmət edənlər ən adi mənəviyyat və əxlaq normalarını belə pozaraq Azərbaycan xalqına məxsus olan mədəniyyət abidələrinə, nadir sənətkarlıq nümunələrinə, xalqımızın mətbəx mədəniyyətinə də sahib çıxmağa və özlərinə oğurluq mədəniyyət yaratmağa cəhd göstərirlər.

Son zamanlar müxtəlif informasiya vasitələrində Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir tarixi şəxsiyyətlərə hücumlar da kütləvi xarakter almışdır. Məqsəd aydındır: yenidən öz müstəqilliyinə qovuşmuş xalqımızın özünün minillər boyu davam etmiş dövlətçilik tarixinə, qədim və zəngin mədəniyyətinə, qüdrətli tarixi şəxsiyyətlərinə sahib çıxmasına əngəl törətmək, Azərbaycan gəncliyinin, bütövlükdə xalqımızın işğalçılara, antiazərbaycan qüvvələrinə qarşı mübarizə ruhunu güclənməyə qoymamaq!

Bu bir həqiqətdir ki, hər bir xalq, onun milli-mənəvi varlığı doğma elinə, torpağına bağlı olan tarixi şəxsiyyətlərin fəaliyyəti və mübarizəsi sayəsində yaşayır, qeyri-millətlər içərisində əriyib yox olmaq təhlükəsindən qurtulur. Məhz qüdrətli şəxsiyyətlər sayəsində xalq həm də tarixin yaddaşında qalır.

Qədim dövlətçilik mədəniyyətinə malik olan Azərbaycan xalqı üçün böyük qürur mənbəyidir ki, o dünyaya olduqca görkəmli tarixi şəxsiyyətlər bəxş etmişdir.

Müstəqil respublikamızın ərazisinin 20 faizinin təcavüzkar Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu bir dövrdə, informasiya müharibəsinin gedişində beynəlxalq aləmdə, əsasən də vikipediya və digər müxtəlif internet resurslarında ölkəmizə qarşı informasiya hücumları, qarayaxmalar, böhtan və iftira kampaniyaları daha da genişlənməkdədir. Əsas məqsəd tariximizə qara yaxmaq, tarixi şəxsiyyətlərimizi ləkələmək, ermənilərin guya Cənubi Qafqazın “aborigen əhalisi”, yəni “ən qədim sakinləri” olması barədə saxta konsepsiya ilə bağlı uydurma “elmi” fikirləri dünya ictimaiyyətinin beyninə yeritməkdən ibarətdir.

Çox təəssüf ki, ölkəmizin daxilində də xalqın yaddaşında yüz illər ərzində özünə layiqli yer tutmuş görkəmli dövlət xadimlərinə və digər tarixi şəxsiyyətlərə, o cümlədən Babək, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və digər tarixi şəxsiyyətlərə qarşı saxta, elmdən uzaq, sağlam məntiqdən kənar fikirlərlə, qarayaxmalarla çıxış edənlər də tapılır.

Azərbaycan xalqının milli qüruru olan və millətimizə bütün dünyada başucalığı gətirən nadir tarixi şəxsiyyətlərimizin, hətta dahi füzulilərin, Üzeyir bəylərin, görkəmli dövlət və siyasi xadimlərimizin, sərkərdələrimizin, xalq qəhrəmanlarımızın yaxın keçmişdə televiziya ekranlarında “dahilərin divanı” kimi üzdəniraq verilişlərdə “tənqid” və lağ hədəfinə çevrilməsi yadımızdan çıxmayıb!

Təəccüblü deyilmi, bir tərəfdən torpaqlarımıza yiyələnməyə çalışan işğalçı dövlətin nümayəndələri bizim dahilərimizə sahib çıxmaq üçün guya onların “erməni mənşəli” olduğunu sübut etməkdən ötrü dəridən-qabıqdan çıxırlar, digər tərəfdən isə bizim içərimizdəki bəzi dönüklər bir çox dahi şəxsiyyətlərimizin “mənşəcə azərbaycanlı olmadıqlarını” sübuta yetirmək üçün əllərindən gələni edirlər, necə deyərlər, özlərini oda-közə vurmaqdan belə çəkinmirlər. İstər-istəməz düşünməli olursan: bu iki şər qüvvə eyni məqsədə xidmət etmirmi?!

Nə qədər acı olsa da, Azərbaycan xalqının yadelli işğalçılara qarşı mübarizəsinə 20 ildən artıq bir dövr ərzində rəhbərlik etmiş və böyük bir imperiyanın - Ərəb xilafətinin ordularını dəfələrlə ağır məğlubiyyətlərə uğratmış ölməz xalq qəhrəmanımız Babəkin şəxsiyyətini müzakirəyə çıxaranlar, onun soykökünün axtarılmasına, daha doğrusu, azərbaycanlı olmadığını sübut etməyə cəhd göstərənlər də var. Belələri düşünmürlər ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. Başqa xalqlar kimi, onun da formalaşmasında müxtəlif türk etnosları, habelə digər etnoslar iştirak ediblər. Xalqımızın yaranışı tarixin ən qədim qatlarından başlayıb və erkən orta əsrlərdə başa çatıb. Buna görə də, üstündən yüzillər keçdikdən sonra formalaşmış vahid adı, dili, dövləti, mədəniyyəti olan bir xalqı yenidən “sortlara ayırıb” onun qəhrəmanlarını ümumazərbaycan gövdəsindən qopararaq ayrı-ayrı etnoslara aid etmək düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil!

Belələri, həm də unudurlar ki, xalq öz kökünü, tarixini hamıdan yaxşı bilir, dost-düşmənini də, qəhrəmanlarını da hamıdan yaxşı tanıyır. Məhz ümumxalq sevgisinin nəticəsidir ki, bu gün 60 milyonluq Azərbaycan xalqı öz ailələrində yüzlərlə babəklər, cavanşirlər tərbiyə edir!

Təəssüf ki, tarixi şəxsiyyətlərimizə sayğısız, laqeyd münasibət, hətta onları özgəninkiləşdirmək meyilləri səngimək bilmir. Hətta bəzi televiziya kanallarının hazırladığı verilişlərdə də Şah İsmayıl, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi görkəmli şəxsiyyətlərimizi Azərbaycandan qoparmaq cəhdi açıq-aşkar nəzərə çarpır.

Bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən Tarix İnstitutu ölkə başçısının çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Bakı şəhərinin müxtəlif orta məktəbləri, təhsil kompleksləri və liseylərində, Şəki şəhərindəki 10 nömrəli orta məktəbdə “Heydər Əliyev”, “Şah İsmayıl Səfəvi”, “Şah Təhmasib Səfəvi”, “Şah Abbas Səfəvi”, “Nadir şah Əfşar”, “Ağa Məhəmməd şah Qacar”, “Vətən qeyrətli qadın hökmdarımız - Tomiris”, “Hacı Çələbi xan” mövzularında elmi-praktik konfranslar keçirilmişdir. Orta məktəb şagirdlərinin çox fəal iştirak etdiyi bu konfransların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzsizdir.

Yuxarıda göstərilən elmi-praktik konfransların gedişində çox qabarıq nəzərə çarpan sevindirici bir hal da bundan ibarətdir ki, gənc nəsil, onlara təhsil və tərbiyə verən tarix müəllimləri tarixi şəxsiyyətlərimizi yaxşı tanıyır, onların fəaliyyətini yeniyetmələrimizə doğru-düzgün öyrədirlər. Bu da səbəbsiz deyil. Çünki müstəqillik dövründə yeni - azad Azərbaycanın təhsil sistemi üçün yeni tarix dərslikləri yaradılmışdır. Təhsil Nazirliyinin çox ciddi şərtlər çərçivəsində həyata keçirdiyi müsabiqələr sayəsində ərsəyə gələn tarix dərslikləri bu gün xalqımızın çox qısa zaman kəsiyində əldə etdiyi böyük nailiyyətdir.

Bütün bunlarla yanaşı, ciddi narahatlıq doğuran haldır ki, hələ də sovet dövrünün zərərli və zəhərli konsepsiyalarının təsirindən yaxa qurtara bilməyən, tariximizin bir çox problemlərindən baş açmayan bəziləri Azərbaycanın oğuz-türk mənşəli Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir Şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi böyük tarixi şəxsiyyətlərini, onların yaratdıqları qüdrətli imperiyaları başqalarına aid edirlər, “ən yaxşı halda” isə Azərbaycana aid etmirlər. Bu böyük sərkərdələri Azərbaycanla, xüsusilə Şimali Azərbaycanla bağlı olaraq “işğalçı” kimi qələmə verirlər. Doğma dildə ana südü qədər dadlı və təmiz şeirlər yazan, divan bağlayan, Azərbaycan türkcəsini böyük Səfəvi imperiyasının dövlət dili səviyyəsinə yüksəldən, öz xalqı üçün vahid mərkəzləşdirilmiş dövlət yaradan Şah İsmayıl Səfəvinin bunca tarixi xidmətlərini bir tərəfə ataraq onu “islam dinini və türk dünyasını parçalamaqda” günahlandıranlar isə “daha dərinə gedərək” xalqı öz şanlı tarixindən, nadir şəxsiyyətlərindən məhrum etmək qədər zərərli addım atırlar. Bu cür təşəbbüslərlə çıxış edənlər həm də unudurlar ki, tarix elmində islam dininin nə vaxt və harada məzhəblərə parçalanması tarixi də yaxşı məlumdur, türk dünyasının parçalanması səbəbləri də, onu parçalayan qüvvələr də!

Kimin və ya kimlərinsə necə yozmasından asılı olmayaraq tarixi reallığı ört-basdır etmək olmaz. Çünki o həqiqətdir. Həqiqətin isə ancaq bir adı var: həqiqət! İskəndər, Atilla, Çingiz xan, Böyük Karl, Şəmsəddin Eldəniz, Alp Arslan, Əmir Teymur, Uzun Həsən, Fateh Sultan Mehmet, Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas, Pyotr, Nadir Şah, Napoleon Bonapart kimi tarixi şəxsiyyətlər öz xalqlarına misilsiz xidmətlər göstərməklə yanaşı, qüdrətli imperiyalar yaratmış, işğallar həyata keçirmiş, dünya tarixində dərin iz qoymuşlar. Bəs nədən və nə üçün İskəndərin, Böyük Karlın, Fateh Sultan Mehmetin, Əmir Teymurun, Pyotrun, Napoleon Bonapartın və onlarla başqa tarixi şəxsiyyətlərin mənsub olduğu xalqlar öz şəxsiyyətlərinə, bu şəxsiyyətlərin yaratdıqları imperiyalara sahib çıxdıqları halda biz Şəmsəddin Eldənizdən, Uzun Həsəndən, Şah İsmayıldan, Şah Təhmasibdən, Şah Abbasdan, Nadir Şahdan, Ağa Məhəmməd Şah Qacardan və digər onlarla qüdrətli şəxsiyyətlərimizdən üz döndərməli və onların yaratdıqları imperiyaların tarixindən imtina etməliyik?! Və ya onları başqalarına “bağışlamalıyıq”?! Səfəvi-qızılbaş türkləri, Əfşarlar, Qacarlar bizim kökümüzdə duran türk elatları, daha doğrusu, bizim özümüz deyilikmi? Necə olur, biz xalq qəhrəmanımız Cavad xan Ziyadoğlu ilə qürurlanırıq, yadellilərə qarşı qəhrəmancasına duruş gətirən İrəvan xanları olan Qacarlarla fəxr edirik, amma Ağa Məhəmməd Şah Qacarı özümüzdən hesab etmirik - “yadelli işğalçı” adlandırırıq?!

Daha ağrılı, daha dərin təəssüf doğuran hal budur ki, bəzən dünyanın hər yerində, çox görkəmli tədqiqatçıların olduqca yüksək qiymət verdiyi Nadir şah Əfşar kimi dahi tarixi şəxsiyyətlərimizi də öz içərimizdə özümüz ləkələyirik! Belə addımı ixtisası tarixçi olan alimlər atdıqda lap mat qalırsan (Məsələn, bax: Əsədov F. Nadir şah Əfşar. Bakı, “İqtisad Universiteti” nəşriyyatı, 2011). İnana bilmirsən ki, çökmüş Səfəvi imperiyasını yenidən dirçəldən, həmin imperiyanı öz aralarında bölüşdürmüş Çar Rusiyası və Osmanlı hərbi qüvvələrini, Şərqdən hücum etmiş əfqan müdaxiləçilərini qovub ölkədən çıxaran, yeni Azərbaycan Əfşarlar imperiyası kimi geniş ərazili bir dövlət yaradan, Hindistanı öz imperiyasından asılı hala salan, misilsiz sərkərdəlik istedadı ilə tarixi inkişafın gedişini öz ölkəsinin xeyrinə dəyişdirə bilən, mənsub olduğu xalqın ağır faciəsi olan məzhəb ayrılığını ləğv etməyə çalışan, həyata keçirdiyi inzibati ərazi islahatı ilə bütün tarixi Azərbaycan torpaqlarını bir vilayətdə birləşdirən və dünyada “Şərqin Napoleonu” kimi məşhur olan dahi sərkərdəni dünyanın heç bir tarixçisi aşağılamadığı halda tarix üzrə fəlsəfə doktoru olan bir azərbaycanlı alim onu “quldurluqla məşğul olan vücud” adlandırır, “quldurluğu özünə peşə seçməkdə”, “quldurluq peşəsi ilə ad qazanmaqda”, “özünəməxsus quldur dəstəsi olmaqda” təqsirləndirir, hətta heç bir əsas olmadan böyük sərkərdəni “ermənilərin dostu” kimi qələmə verir. Çox təəssüf, lap çox təəssüf!

Nadir şah kimi dahilər barədə yazı yazmaq üçün əlinə qələm alanlar unutmamalıdırlar ki, bu cür şəxsiyyətlərə gördükləri böyük işlərə görə qiymət verilir. Məgər İskəndər, Böyük Karl, Pyotr, Napoleon, Bismark və başqaları öz məqsədlərinə qan tökmədən nail olmuşdular?!

Əgər kasıb, zəhmətkeş bir əfşar ailəsindən çıxmış igid-dəliqanlı öz hərbi sərkərdəlik istedadına, göstərdiyi qəhrəmanlıqlara görə böyük Səfəvi imperiyasının hərbi qüvvələrinin başçısı səviyyəsinə yüksələ bilmişsə, son Səfəvi hökmdarlarının maymaqlığı ucbatından ölkə dövlət müstəqilliyini itirdiyi zaman bütün xarici qüvvələri məğlub edib çökmüş imperiyanın yerində yeni Azərbaycan - Əfşarlar imperiyası yarada bilmişsə, hətta Hindistan kimi böyük ölkəni də öz dövlətindən asılı hala salmağa nail olmuşsa, biz nə üçün belə şəxsiyyətin və onun kimi dahilərin fəaliyyətində qüsurlar axtarışına çıxmalıyıq?!

Bəli, Nadir Şah sərt bir mühitin övladı idi. Yeniyetmə ikən atasını, sonra da anasını itirmiş, bütün ailəni dolandırmaq yükü onun boynuna düşmüş, hər cür məhrumiyyət görmüşdü. Tayfasının düşmənlərindən qisas almaq üçün başına dəliqanlılar toplamış, döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə ad-san qazanmışdı. Belə istedadlı sərkərdələrə möhtac olan Səfəvi şahları da onu xarici müdaxiləçiləri dəf etmək üçün köməyə çağırmış, imperiya ordusunun taleyini bu igid sərkərdəyə tapşırmışdılar. Bu cür başlanmışdı böyük sərkərdənin həyat yolu!

Bəli, Nadir şah satqınları, xainləri, dedi-qoduçuları, çuğulları, qorxaqları, saray hiyləgərlərini sevmirdi və onlara layiq olduqları cəzanı verirdi! Lakin dara çəkmək üçün çağırtdırdığı Şəki hakimi Hacı Çələbi kimi sözü qorxmadan üzə deyə bilən cəsurların isə boynundan ipi çıxartdırıb azad edirdi!

Bu da tarixi həqiqətdir ki, Nadir şah Əfşar son səfəvilərdən fərqli olaraq başçılıq etdiyi imperiyanın torpaq itirməsinə yol vermirdi, ən ağır döyüşlərdə şəxsi igidlik göstərərək azad etdiyi torpaqlarda mərkəzi hakimiyyətə qarşı qiyamlar qalxarkən amansız olurdu, dövlətin sərhədlərinin pozulmasına imkan vermirdi.

Unutmaq olmaz ki, məhz Nadir şah dövründə xalqımızın düşmənləri nə Azərbaycan torpaqlarına, nə də onun yaratdığı böyük Əfşar imperiyasına hücum etməyə cəsarət göstərə bildilər! Lakin onun ölümündən sonra tarixi inkişafın gedişi dəyişdi və Azərbaycan torpaqları bölüşdürüldü...

Ölkə başçısının mütəmadi qayğısı sayəsində Milli Elmlər Akademiyasının Tarix İnstitutunda görkəmli tarixi şəxsiyyətlərimizin nəsillərə örnək olan fəaliyyətlərinin araşdırılmasına xüsusi diqqət yetirilir, dissertasiyalar yazılır, monoqrafiyalar, sənəd topluları nəşr olunur.

İnstitutda tarixdə mövcud olmuş böyük imperiyalarımız, qüdrətli tarixi şəxsiyyətlərimizin fəaliyyətləri barədə geniş tədqiqat işləri aparılmış, ciddi elmi uğurlar qazanılmışdır. Müasir mərhələdə dünyanın ən güclü səfəvişünaslıq məktəbi məhz Azərbaycanda - Milli Elmlər Akademiyasının Tarix İnstitutundadır.

Azərbaycanın müxtəlif dövrlərdə itirdiyi torpaqların tarixinin araşdırılması ilə məşğul olan son dərəcə gərəkli bir elmi məktəbin formalaşması son illərin ən böyük elmi nailiyyətlərindən biridir. Bu baxımdan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli alim Ramiz Mehdiyevin Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəviyə və dahi Azərbaycan sərkərdəsi Nadir şaha həsr etdiyi tədqiqatlar (“Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”. “Azərbaycan” qəzeti, 4 dekabr, 2012; “Şah İsmayıl Səfəvi: Döyüşçü və hökmdarın portreti”. Bakı, “Şərq-Qərb”, 2014; “Nadir şah Əfşar: diplomatik yazışmalar”. (Ön sözün müəllifi akademik Ramiz Mehdiyev) Bakı, “Şərq-Qərb”, 2015) xüsusi əhəmiyyətə malikdir. Alimin hər iki tarixi şəxsiyyət barədə ilk mənbələrə əsaslanan elmi nəticələri, apardığı ümumiləşdirmələr həm bu sahədə tədqiqat aparan alimlər üçün, həm də maraqlanan ziyalılardan ötrü istiqamətverici əhəmiyyətə malikdir. Akademik Ramiz Mehdiyev Şah İsmayıla həsr etdiyi “Şah İsmayıl Səfəvi: Döyüşçü və hökmdarın portreti” əsərində yazır: “Həqiqi alimlər, nüfuzlu tarixçilər üçün Şah İsmayıl böyük dövlət xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların şüurunda isə Şah İsmayıl Azərbaycan torpaqlarını birləşdirmiş, mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratmış şəxsiyyətdir” (s.32). Alimin Nadir şaha həsr edilmiş sənədlər toplusuna yazdığı geniş həcmli “Ön söz”də isə oxuyuruq: “Nadir şah Əfşar (1688-1747) nəinki Azərbaycanın və İranın, həm də bütün müsəlman Şərqinin tarixində silinməz iz qoymuş böyük fateh, görkəmli dövlət xadimi, mahir sərkərdədir. Təsadüfi deyil ki, Avropanın ən tanınmış şərqşünasları “Şərqin Napoleonu” adlandırdıqları Nadir şahın adını Makedoniyalı İskəndərlə, Yuli Sezarla, Böyük Fridrixlə yanaşı çəkirlər. İftixar hissi ilə qeyd edə bilərik ki, qərbdə xalqımızın ən böyük oğlunun şəxsiyyətinə, siyası fəaliyyətinə və hərbi dühasına maraq belə onun sağlığında yaranmışdı... XVIII əsrin 20-ci illərində Azərbaycan Səfəvilər dövlətinin süquta uğradığı, ölkə torpaqlarının bir qisminin çar Rusiyası, digər qisminin isə Osmanlı dövləti və əfqan tayfaları tərəfindən istila edildiyi ağır, ümidsiz dövrdə siyasi səhnəyə çıxan və yaranmış faciəli mənzərəni cəmi 10 il ərzində aradan qaldıraraq, dövrünün ən qüdrətli imperiyasını qurmağa müvəffəq olan Nadir şah Əfşar tariximizin bu qəbildən parlaq simaları sırasındadır” (Nadir şah Əfşar: diplomatik yazışmalar..., Titul vərəqi; s.6-7).

Fikrimizcə, alimin hər iki tarixi şəxsiyyətə verdiyi bu qiymət ilk mənbələrin təkzibolunmaz məlumatlarına əsaslanmaqla yanaşı, həm də Heydər Əliyevin bizə əmanət etdiyi azərbaycançılıq məfkurəsinə sədaqət örnəyidir.

Unutmaq lazım deyil ki, tarix yalnız dahi şəxsiyyətlərin gördükləri böyük işlər, onların həyata keçirdiyi islahatlar və nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Şah Təhmasib Səfəvi, Şah Abbas Səfəvi, Nadir şah Əfşar kimi qüdrətli şəxsiyyətlər bəxş etmişdir.

Əsrlər keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.

Yazdığımız hər bir əsərdə, söylədiyimiz hər bir fikirdə azərbaycançılıq ruhunu uca tutaraq qüdrətli tarixi şəxsiyyətlərimizi xalqımıza olduğu kimi təqdim etmək, tarixi keçmişimizə sahib çıxmaq Azərbaycan ziyalısı olaraq hər birimizin müqəddəs borcudur.




İNSTİTUT HAQQINDA
70 illiyini qeyd etməyə hazırlaşan Tarix İnstitutu milli tarixin öyrənilib doğma xalqa çatdırılması sahəsində böyük uğurlarla zəngin inkişaf yolu keçmişdir.

Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi tədqiqat institutunun – bu günkü A.A.Bakıxanov adına Tarix İnstitutunun özülü qoyulmuşdur.

Elmi tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-cı ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə AEA Rəyasət Heyəti yanında Fəlsəfə Sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor AEA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna çevrilmişdir.

2004-cü il sentyabrın 13-dən Tarix İnstitutuna Y.M.Mahmudov rəhbərlik edir.