Azad Nəbiyev

1945-ci ilin 20 aprelində Quba rayonu II Nügədi kəndində ziyalı ailəsində anadan olub

1952-1963-cü illərdə 11 illik kənd orta məktəbində təhsil alıb, məktəbi əla attestatla bitirib

1963-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb

1967-ci ildən 1976-cı ilə qədər «Azərnəşr»də böyük redaktor və «Gənclik» nəşriyyatında şöbə müdiri vəzifələrində çalışmışdır

1976-cı ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında müəllim kimi əmək fəaliyyətinə başlamışdır

Ailəlidir, iki övladı var

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1963-1967, tələbə, filologiya fakültəsi, Azərbaycan Dövlət Universiteti

1972, fil.e.n., «Koroğlu» dastanında «Koroğlu» surəti (Azərbaycan-özbək materialları əsasında)

1981, fil.e.d., «Azərbaycan-özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi»

1981, professor

2001, AMEA-nın müxbir üzvü

360 elmi məqalə, 50-dən artıq kitabın – dərslik, dərs vəsaiti, monoqrafiya və toplama işlərinin müəllifidir (Bax: Azad Nəbiyev. Biblioqrafik göstərici. Bakı, 2006, 181 s.)

30 elmlər namizədi, 3 elmlər doktoru yetişdirib

Azərbaycan folklorunun 40 yeni janrını toplayıb üzə çıxarmış, tədqiq etmiş və dərsliyə daxil etmişdir

Azərbaycan Respublikasının Əməkdar müəllimi (2000)

AMEA-nın Fəxri Fərmanı (2005)

Bakı Dövlət Universitetinin Fəxri Fərmanı (2006)

Azərbaycan Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunub (2006)

TƏDQİQAT SAHƏSİ

Türk xalqları folkloru, Azərbaycan ədəbiyyatı

Respublika və beynəlxalq seminar, simpozium və konfranslarda iştirak edib.