“AZƏRBAYCANIN YENİ TARİXİ” ŞÖBƏSİ

 

Azərbaycanın yeni tarixi” şöbəsi 1947-ci ildə yaradılmışdır. Şöbəyə müxtəlif dövrlərdə akademik Ə.S.Sumbatzadə, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ə.N.Quliyev, tarix elmləri doktoru İ.M.Həsənov, tarix elmləri doktoru İ.V.Striqunov və Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü M.Ə.İsmayılov rəhbərlik etmişlər. Şöbə ölkədə tarix elminin inkişafında mühüm rol oynamışdır. 2002-ci ildən şöbəyə tarix üzrə fəlsəfə doktoru H.N.Həsənov rəhbərlik edir. Hazırda «Azərbaycanın yeni tarixi» şöbəsində 21 nəfər elmi əməkdaş çalışır. Onlardan 1 nəfəri şöbə rəhbəri, 3 nəfəri aparıcı elmi işçi, 9 nəfəri böyük elmi işçi, 2 nəfəri elmi işçi, 6 nəfəri isə kiçik elmi işçidir.

Şöbə başlıca olaraq XVIII-XX əsrin əvvəllərində (1736-1917-ci illər) Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəniyyət tarixi istiqamətləri üzrə tədqiqatlar aparılmasında ixtisaslaşmışdır.

Şöbədə tədqiq olunan problemlər arasında Azərbaycan xanlıqlarının tarixi, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı və bunun nəticələri, çarizmin köçürmə siyasəti, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdlər (Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, T.T.Vəliyev, H.N.Həsənov, V.U.Umudlu), kənd təsərrüfatı (Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, İ.M.Həsənov, Ə.A.Umayev, H.N.Həsənov), sənaye (Ə.S.Sumbatzadə, T.T.Vəliyev, Z.A.Qafarova), ticarət və sənətkarlıq tarixi, şəhərlər tarixi (M.Ə.İsmayılov, Ə.A.Umayev, F.N.Məmmədov, N.R.Məmmədov, İ.Q.İbrahimi, F.Ə.Tağıyev, G.N.İsmayılova), XIX əsrin sonu - XX əsrin əvvəllərində baş vermiş ictimai-siyasi proseslər (D.B.Seyidzadə, S.M.Mustafayeva), o cümlədən milli şüurun inkişafı, ictimai-siyasi təşkilatların formalaşması və onların fəaliyyəti (İ.S.Bağırova), Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımları, ölkənin milli-mədəni həyatı (D.S.Hüseynova) və başqa məsələlər əsas yer tutur.

Şöbənin elmi uğurları sırasında 3 cildlik «Azərbaycan tarixi»nin II (B., 1963), 7 cildlik «Azərbaycan tarixi»nin IV (B., 2000) və V (B., 2001) cildləri mühüm yer tutur. Göstərilən fundamental araşdırmalarla yanaşı şöbə əməkdaşları XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın “guya geridə qalmış feodal-patriarxal ölkəsi” olması haqqında əsassız “konsepsiyanı” ifşa edərək Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı üzrə elmi məktəb yaratmış və onu inkişaf etdirmişlər.

 

“Azərbaycanın yeni tarixi” şöbəsində fəaliyyət göstərən əməkdaşlar:

 

1. Həsənov Hacı Nuru oğlu                           tarix üzrə fəlsəfə doktoru, şöbə müdiri

2. Qafarova Zeynəb Ağaməmməd qızı       tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi

3. Məmmədov Nazim Rza oğlu                     tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi

4. Mustafayeva Sevinc Müslüm qızı             tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi

5. Sadıxova Gülcamal Nəriman qızı            tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

6.  Əliyev Eldar Sabir oğlu                             tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

7. Umudlu Vidadi Umud oğlu                       tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

8. Niftəliyev Ramil Yüzəhməd oğlu              tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

9. Vahabova Esmira Rəhim qızı                  tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

10. Tağıyev Fuad Əzizağa oğlu                 tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

11. Məmmədov Ənvər Fəttah oğlu           tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

12. Qarayev Elçin Teymur oğlu                 tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

13. Məmmədova Nüşabə Ələsgər qızı   tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

14. Vəliyeva Xuraman Tofiq qızı                elmi işçi

15. Əliyeva Emiliya Kamal qızı                  elmi işçi

16. Əsədova Rəna Bəylər qızı                   elmi işçi

17. Eyvazova Nigar Vaqif qızı                     kiçik elmi işçi

18. İsmayılova Bahar Nadir qızı                kiçik elmi işçi

19. Qəmbərov Hakim Həsənxan oğlu     kiçik elmi işçi

20. Xəlilov Polad Rəsul oğlu                     kiçik elmi işçi

21. Hacıyeva Dinarə Mütəllim qızı            kiçik elmi işçi

22. Həsənova Sənubər Kəmaləddin qızı            böyük laborant

 

“Azərbaycanın yeni tarixi” şöbəsinin fəaliyyətinə  cəlb olunan əmək­daşlar:

 

1. Seyidzadə Dilarə Bağır qızı                    tarix elmləri doktoru, aparıcı elmi işçi

2. Vəliyev Tofiq Talış oğlu                           tarix elmləri doktoru, aparıcı elmi işçi

3. Mustafayev Camal Mehdi oğlu              tarix elmləri doktoru, aparıcı elmi işçi

4. Rəhimbəyli Nailə Rasim qızı                sənətşünaslıq üzrə elmlər doktoru, aparıcı elmi işçi

5. Hacıyeva Zemfira Əli qızı                        tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi

6. Əfəndiyev Əmin Tahir oğlu                    filologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi

7. Ələkbərzadə Mehriban Zaur qızı           böyük elmi işçi

8. Bəhramova Şəfiqə Şəmil qızı                kiçik elmi işçi