«AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN TARİXİ» ŞÖBƏSİ

«Azərbaycan Xalq Cümhuriyyətinin tarixi» şöbəsi Azərbaycan Elmlər Akademiyası Rəyasət heyətinin 1990-cı il 3 iyun tarixli qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyası İctimai və Humanitar Elmlər bölməsi nəzdində yaradılmış “Azərbaycan Demokratik Respublikası tarixinin araşdırılması üzrə Problem Şurası” əsasında formalaşmışdır. Həmin Şura 1992-ci ildə Tarix İnstitutunun strukturuna “Azərbaycanın 1917-1920-ci illər tarixi” şöbəsi adı ilə daxil edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2002-ci il 25 dekabr tarixli sərəncamına əsasən göstərilən şöbə «Azərbaycan Xalq Cümhuriyyəti tarixi» şöbəsi adlandırılmışdır. İlk dövrdə şöbəyə akademik Ə.S.Sumbatzadə (ictimai əsaslarla), sonra isə tarix elmləri doktoru N.L.Nəsibzadə rəhbərlik etmişdir. 1992-ci ilin oktyabrından şöbənin rəhbəri tarix üzrə fəlsəfə doktoru N.Ə.Maksvelldir. Hazırda şöbədə 5 əməkdaş çalışır. Onlardan 1 nəfəri şöbə rəhbəri, 1 nəfər aparıcı elmi işçi, 1 nəfər böyük elmi işçi, 2 nəfər elmi işçidir.

Şöbədə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün sosial-iqtisadi, siyasi və dövlətçilik tarixi kompleks şəkildə tədqiq olunur. İlk mənbələrin nəşri və tarixşünaslıq problemləri şöbənin fəaliyyətində başlıca yer tutur.

Şöbə əməkdaşları yeddi cildlik “Azərbaycan tarixi”nin V cildinin və “Azərbaycan Xalq Cümhuriyyəti” monoqrafiyasının hazırlanmasında yaxından iştirak etmişlər.

 

“Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” şöbəsində fəaliyyət göstərən əmək­daşlar:

 

1. Maksvell Nigar Əliağa qızı                        tarix üzrə fəlsəfə doktoru, şöbə müdiri

2. İsmayılov Kamran Novruz oğlu               tarix üzrə fəlsəfə doktoru aparıcı elmi işçi

3. Məmmədzadə Natiq Nazim oğlu              tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

4. Mirhəşimov Əsədulla Ağazeynal oğlu      tarix üzrə fəlsəfə doktoru, elmi işçi

5. Rüstəmov Rəşad Həsən oğlu                    elmi işçi

 

“Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” şöbəsinin  fəaliyyətinə cəlb olunmuş əmək­daşlar:

 

1.  İsgəndərov Anar Camal oğlu                   tarix elmləri doktoru, baş elmi işçi

2.  Qədimov Kamran Şakir oğlu                   tarix üzrə fəlsəfə doktoru, kiçik elmi işçi

3.  Alışanova Larisa Alekseyevna                 kiçik elmi işçi