“ÜMUMİ TARİX” ŞÖBƏSİ
Ümumi tarix” şöbəsi Tarix İnstitutunda həyata keçirilən struktur islahatlarına müvafiq olaraq 2010-cu ildə yaradılmışdır. Şöbəyə tarix elmləri doktoru, professor Tofiq Mustafazadə rəhbərlik edir. Şöbə formalaşma mərhələsindədir. Şöbədə “Rusiya və Avropa ölkələri tarixi” və “Amerika tarixi” elmi tədqiqat qruplarının fəaliyyət göstərməsi nəzərdə tutulur. Şöbədə 3 nəfər elmi əməkdaş çalışır. Onlardan 1 nəfəri şöbə rəhbəri, 2 nəfəri böyük elmi işçidir.

Şöbədə elmi tədqiqatların əsas istiqamətlərini Amerika, Avropa ölkələri və Rusiya tarixi, həmin ölkələrin xarici siyasətlərində Azərbaycan məsələsi və digər elmi problemlər təşkil edir.

“Ümumi tarix” şöbəsinin hazırda fəaliyyət göstərən əməkdaşları:

1. Mustafazadə Tofiq Teyyub oğlu tarix elmləri doktoru, prof., şöbə müdiri
2. Əmirbəyova Nərminə Şövkət qızı tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi 
3. Məmmədova İradə Məlik qızı tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi