AZƏRBAYCANIN QƏDİM TARİXİ” ŞÖBƏSİ

«Azərbaycanın qədim tarixi» şöbəsi 1947-ci ildə “Azərbaycanın qədim və orta əsrlər tarixi” şöbəsinin tərkibində fəaliyyətə başlamışdır. 1957-ci ildən müstəqil şöbə kimi fəaliyyət göstərir. Həmin vaxtdan 2004-cü il iyunun 11-dək şöbəyə akademik İ.H.Əliyev rəhbərlik etmişdir. 2004-cü il sentyabrın 1-dən 2005-ci il sentyabrın 1-dək tarix üzrə fəlsəfə doktoru R.S.Məlikov, 2005-ci ilin sentyabrından 2007-ci ilin noyabrınadək şöbə müdiri vəzifəsini tarix üzrə fəlsəfə doktoru, dosent M.N.Mirzəyev icra etmişlər. Şöbədə 6 nəfər elmi əməkdaş çalışır. Onlardan 2 nəfəri baş elmi işçi, 2 nəfəri elmi işçi, 2 nəfəri isə kiçik elmi işçidir.

Şöbədə Azərbaycanın ən qədim dövrlərdən başlayaraq eramızın III əsrinə qədərki tarixi tədqiq olunur. Azərbaycan ərazisində ən qədim tayfa birlikləri və dövlət qurumları, Manna, Midiya, İskit, Massaget şahlıqları, Atropatena və Albaniya tarixi, Azərbaycanın qədim əhalisinin etnik tərkibi, Azərbaycan xalqının mənşəyi, qədim Azərbaycanın beynəlxalq əlaqələri, mədəniyyət tarixi problemləri və s. məsələlər şöbənin əsas elmi axtarış mövzularıdır. Şöbə əməkdaşları öz tədqiqatlarında yazılı mənbələrin arxeoloji materiallarla müqayisəsi, qədim Azərbaycan dövlətlərinin, əsasən də Manna, Atropatena və Albaniya tarixinin öyrənilməsi sahəsində xeyli iş görmüşlər. Şöbədə çalışan albanşünasların səyləri nəticəsində sübut olunmuşdur ki, antik dövrdə Azərbaycan Albaniya dövləti yüksək sosial-iqtisadi və mədəni inkişaf səviyyəsinə malik olmuşdur.

Azərbaycanın qədim dövr tarixi ilə sıx bağlı olan Midiya və Azərbaycan Atropatena dövlətlərinin tarixi akademik İ.H.Əliyev tərəfindən tədqiq olunmuşdur. Azərbaycanın qədim dövr tarixinin tarixşünaslığı və Atropatena tarixi A.H.Fazili tərəfindən araşdırılmışdır. Qədim Azərbaycan dövlətlərinin tarixini tədqiq edən S.M.Qaşqay Manna dövlətinin tarixinə xeyli aydınlıq gətirmiş, Ön Asiyada baş verən miqrasiya prosesləri elmi əsaslarla izləmişdir.

Qədim Azərbaycan dövlətlərindən biri olan Albaniya tarixinin öyrənilməsi ilə Z.İ.Yampolski məşğul olmuşdur. Şöbə əməkdaşlarından K.H.Əliyev, T.M.Məmmədov, F.L.Osmanov və F.K.Əliyeva bu işi müvəffəqiyyətlə davam etdirirlər. Baş elmi işçilər K.H.Əliyev və T.M.Məmmədovun əsərlərində elmi mənbələr, o cümlədən antik mənbələr əsasında albanşünaslığın ayrı-ayrı problemləri, o cümlədən etnik tarix, siyasi, sosial-iqtisadi və mədəniyyət tarixi məsələləri öz əksini tapmışdır.

Şöbənin əməkdaşı R.S.Məlikovun araşdırmalarında Azərbaycanın qədim əhalisinin etnik tərkibi və qədim Azərbaycan sakinlərinin mədəniyyəti məsələləri öz əksini tapmışdır. M.N.Mirzəyev mixiyazılı mənbələr əsasında kassilər dövründə qədim Babilistan tarixinə və həmin dövrdə Azərbaycanın beynəlxalq əlaqələri tarixinə dair qiymətli araşdırmalar aparmışdır. Şöbə əməkdaşları III cildlik və VII cildlik “Azərbaycan tarixi”nin I cildinin yazılmasında fəal iştirak etmişlər.

 

“Azərbaycanın qədim tarixi” şöbəsində fəaliyyət göstərən əmək­daşlar:

 

1. Əliyev Kamal Həsən oğlu                        tarix elmləri doktoru, baş elmi işçi

2. Məmmədov Tofiq Məhəmməd oğlu         tarix elmləri doktoru, baş elmi işçi

3. Əlibəyova Ella Balabəy qızı                     elmi işçi

4. Surxayev Madrid Mahmud oğlu              elmi işçi

5. Əlimirzəyev Allahverdi Nüsü oğlu           kiçik elmi işçi

6. Kərimova Aysel Qəhrəman qızı                   kiçik elmi işçi

 

 

“Azərbaycanın qədim tarixi” şöbəsinin fəaliyyətinə cəlb olunan əmək­daşlar:

 

1. Nəbiyev Azad Mövlud oğlu                     AMEA-nın müxbir üzvü, aparıcı elmi işçi

2. Cəbiyev Qafar Cəfər oğlu                        tarix elmləri doktoru, aparıcı elmi işçi

3. Əliyeva Fəridə Kamal qızı                       tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

4. Məlikov Rauf Seyfulla oğlu                     tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

5. Osmanov Fazil Lətif oğlu                         tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

6. Ələkbərov Ələkbər Fəxrəddin oğlu          tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

7. Həsənov Zaur Həsən oğlu                        tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi

8. Muxtarov Nəsib Mirsaleh oğlu                böyük elmi işçi

9. Məmmədova Nazilə Böyükağa qızı          elmi işçi

10. Mobili Robert Baqratoviç                      elmi işçi

11. Səfərova İradə Xanlar qızı                     kiçik elmi işçi

 

 

«Azərbaycanın qədim tarixi» şöbəsi nəzdindəki

“Azərbaycan Albaniyasının tarixi elmi tədqiqat bölməsi”ndə fəaliyyət göstərən əməkdaşlar

 

1.  Əliyev Kamal Həsən oğlu                        tarix elmləri doktoru, baş elmi işçi.

2.  Məmmədov Tofiq Məhəmməd oğlu         tarix elmləri doktoru, baş elmi işçi.

3.  Cəbiyev Qafar Cəfər oğlu                        tarix elmləri doktoru, aparıcı elmi işçi

4.  Osmanov Fazil Lətif oğlu                         tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

5.  Əliyeva Fəridə Kamal qızı                       tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

6.  Səfərova İradə Xanlar qızı                       kiçik elmi işçi

7.  Kərimova Aysel Qəhrəman qızı               kiçik elmi işçi