«QAFQAZ TARİXİ» ŞÖBƏSİ

«Qafqaz tarixi» şöbəsi 2002-ci ildə fəaliyyətə başlamışdır. Şöbənin rəhbəri tarix elmləri doktoru İ.S.Bağırovadır. Şöbədə 8 nəfər elmi əməkdaş çalışır. Onlardan 1 nəfəri şöbə rəhbəri, 1 nəfəri bölmə rəhbəri, 1 nəfəri aparıcı elmi işçi, 1 nəfəri böyük elmi işçi, 1 nəfəri elmi işçi, 3 nəfəri kiçik elmi işçidir.

Tarix İnstitutunda qafqazşünaslıq sahəsində yüksək ixtisaslı mütəxəssislərin olmamasına baxmayaraq, qısa müddət ərzində şöbənin daxili potensialı hesabına tədqiqatçılar kollektivi formalaşdırılmışdır. Şöbə işçiləri tərəfindən qafqazşünaslığa və qonşu ölkələrin tarixinə aid müvafiq elmi ədəbiyyat, arxiv materialları və mətbuat məlumatları toplanılmışdır. Bu istiqamətdə iş davam etdirilir.

Şöbənin perspektiv planına əsasən XVIII əsrdən müasir dövrədək Qafqaz tarixi üzrə fundamental kollektiv monoqrafiyanın hazırlanması, ilk dəfə olaraq Qafqazda türk etnoslarının tarixinin tədqiqi nəzərdə tutulur. Tədqiqat mövzularının bir hissəsi Cənubi Qafqaz ölkələrinin tarixini, xüsusilə də Gürcüstan-Azərbaycan tarixi əlaqələrini əhatə edir ki, bu problemin də orta əsrlər dövrü qismən tədqiq olunmuşdur. Bununla yanaşı, şöbənin fəaliyyətində XVIII əsrdən başlayaraq Azərbaycanın Şimali Qafqazla münasibətlərinin və Azərbaycan Respublikasının şimal-qərb regionunun tarixinin tədqiqinə də xüsusi yer ayrılmışdır. Ümumiyyətlə, şöbənin tədqiqat planlarında 50-dən çox mövzunun araşdırılması nəzərdə tutulur. Bu həm Qafqazın keçmiş tarixinin öyrənilməsinə, həm də gələcək inkişafı üçün proqnozlar verməyə imkan yaradacaqdır. Bu isə perspektivdə, həm də, şöbənin regionda tanınmış elmi-tədqiqat mərkəzinə çevrilməsinə ümid verir. 2007-ci ildən başlayaraq şöbənin elmi təklifləri əsasında institut Elmi Şurasının qərarı ilə bir sıra fundamental əsərlər nəşr olunmuşdur. Şöbə əməkdaşları VII cildlik «Azərbaycan tarixi»nin V cildinin hazırlanmasında yaxından iştirak etmişlər.

«Qafqaz Tarixi» Şöbəsinin Əməkdaşlari
 
1. Bağırova İradə Səid qızı tarix elmləri doktoru, şöbə müdiri
2. Fərzəliyev Şahin Fazil oğlu tarix elmləri doktoru, prof., elmi bölmənin rəhbəri
3. Əliyeva Sevinc İsrafil qızı tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
 
 
«Qafqaz tarixi» şöbəsinin fəaliyyətinə cəlb olunmuş elmi əmək¬daşlar:
 
1. Səfərova Xumar Rəhim qızı tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
2. Məmmədov Kərəm Hətəm oğlu tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
3. Ağasiyev İkram Kərim oğlu tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
4. Lətifova Elvira Məhəmməd qızı tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
5. Əliyev Şirinbəy Hacıəli oğlu tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
6. Süleymanova Sevda Əli qızı tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
7. Qəribov Mahir Heydər oğlu   tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
8. Məmmədova Arzu Əşrəf qızı tarix üzrə fəlsəfə doktoru, elmi işçi
10. Novruzov Cəlal Əbdürəhman oğlu tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
 
«Qafqaz tarixi» şöbəsi nəzdində:
I. «Borçalı tarixi» elmi-tədqiqat bölməsi
 
1. Məmmədov Kərəm Hətəm oğlu tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
2. Həsənov Hacı Nuru oğlu   tarix üzrə fəlsəfə doktoru, şöbə müdiri
3. Əliyev Eldar Sabir oğlu   tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
4. Umudlu Vidadi Umud oğlu tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
5. Məmmədov Ənvər Fəttah oğlu tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi 
7. Sadıxov Məmməd Oruc oğlu coğrafiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi 
8. Qəribov Mahir Heydər oğlu tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
 
II. «Dərbənd tarixi» elmi-tədqiqat bölməsi
 
1. Fərzəliyev Şahin Fazil oğlu tarix elmləri doktoru, prof. bölmə rəhbəri
2. Mustafayev Camal Mehdi oğlu tarix elmləri doktoru, aparıcı elmi işçi 
3. Ağasiyev İkram Kərim oğlu tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi 
4. Əliyeva Sevinc İsrafil qızı tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
5. Əkbərov Rahib Abdulla oğlu tarix üzrə fəlsəfə doktoru, elmi işçi