«AZƏRBAYCANIN ORTA ƏSRLƏR TARİXİ» ŞÖBƏSİ
«Azərbaycanın orta əsrlər tarixi» şöbəsi 1947-ci ildə “Azərbaycanın qədim və orta əsrlər tarixi” şöbəsinin tərkibində fəaliyyətə başlamışdır. 1957-ci ildən 1974-cü ilədək müstəqil şöbə kimi fəaliyyət göstərmişdir. 1974-cü ildə həmin şöbə əsasında orta əsrlər tarixini əhatə edən iki şöbə yaradılmışdır. Bu şöbələrdən birində Azərbaycan tarixinin III-XII əsrlər, digərində isə XIII-XVII əsrlər dövrü araşdırılırdı. 1992-ci ildə bu şöbələr yenidən vahid şöbədə birləşdirildi.

«Azərbaycanın orta əsrlər tarixi» şöbəsinin elmi fəaliyyətinə AMEA-nın müxbir üzvü, O.Ə.Əfəndiyev rəhbərlik edir. Hazırda şöbədə 14 nəfər elmi əməkdaş çalışır. Onlardan 2 nəfəri AMEA-nın müxbir üzvü, 2 nəfəri aparıcı elmi işçi, 2 nəfəri böyük elmi işçi, 5 nəfəri elmi işçi, 3 nəfəri isə kiçik elmi işçidir. Şöbədə Azərbaycan tarixinin III əsrdən başlayaraq 1736-cı ildə Səfəvi imperiyasının süqutuna qədərki dövrünün siyasi, ictimai-iqtisadi və mədəniyyət tarixi tədqiq olunur. Şöbə əməkdaşları (Ə.Ə.Əlizadə, Z.M.Bünyadov, M.X.Şərifli, S.B.Aşurbəyli, Ə.Ə.Rəhmani, O.Ə.Əfəndiyev, Y.M.Mahmudov, M.X.Heydərov, V.Z.Piriyev, S.M.Onullahi, R.Ə.Hüseynov, Ş.F.Fərzəliyev, R.A.Məmmədov, E.Q.Mirzəyeva, X.S.Qasımov, T.H.Nəcəfli) qeyd olunan dövrdə fəaliyyət göstərmiş Azərbaycan dövlətlərinin (Sacilər, Şirvanşahlar, Salarilər, Şəddadilər, Rəvvadilər, Şəki hakimliyi, Tiflis müsəlman əmirliyi, Dərbənd əmirliyi, Eldənizlər, Elxanilər, Cəlairilər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər) siyasi, ictimai-iqtisadi tarixini dərindən tədqiq etməklə yanaşı, Azərbaycan orta əsr şəhərləri və şəhər həyatı məsələlərinin araşdırılmasına da xüsusi diqqət yetirmişlər. Səfəvi dövlətinin tarixi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü O.Ə.Əfəndiyev tərəfindən araşdırılmış, bu dövlətin Azərbaycan dövləti olduğu sübuta yetirilmişdir. Azərbaycan Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa dövlətləri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri) tarixi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Y.M.Mahmudov tərəfindən dərindən araşdırılmışdır. Orta əsr Azərbaycan şəhərlərinin sənətkarlıq tarixi, Azərbaycan şəhərlərində ictimai-iqtisadi münasibətlər və sənətkar təşkilatları tarix elmləri doktoru M.X.Heydərov tərəfindən araşdırılmışdır.

Şöbə əməkdaşlarının araşdırmalarında Azərbaycan tarixinə dair qiymətli ilk mənbələrin tədqiqata cəlb olunması və tərcümə olunması xüsusi yer tutur. Azərbaycan tarixi ilə bağlı ilk mənbələrin araşdırılması, dilimizə çevrilməsi və nəşr olunmasına N.M.Vəlixanlı, Y.M.Mahmudov, O.Ə.Əfəndiyev, M.X.Heydərov, T.M.Musəvi, V.Z.Piriyev, Ş.F.Fərzəliyev, N.A.Əliyeva, F.A.Hüseyn böyük əmək sərf etmişlər.

Şöbə əməkdaşlarından X.S.Qasımov orta əsrlərdə Azərbaycan mədəniyyətini, T.H.Nəcəfli XV əsr Azərbaycan dövlətlərinin tarixşünasıq məsələlərini, R.Ə.Ağayev XV-XVI əsrlərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı münasibətlərini tədqiq etmişdir. Şöbə əməkdaşları 3 cildlik «Azərbaycan tarixi»nin I cildinin və 7 cildlik «Azərbaycan tarixi»nin II və III cildlərinin yazılaraq nəşr olunmasında fəal iştirak etmişlər.

 

“Azərbaycanın orta əsrlər tarixi” şöbəsində fəaliyyət göstərən əmək­daş­lar:

 

 

1.  Mahmudov Yaqub Mikayıl oğlu             AMEA həqiqi üzvü, institutun direktoru (ictimai əsaslarla)

2. Əfəndiyev Oqtay Əbdül oğlu                   AMEA müx. üzvü, şöbə müdiri

3. Mirzəyeva Elmira Qənbər qızı                 tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi

4. Qasımov Xeyirbəy Sabir oğlu                 tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi

5. Hüseyn Fərəh Adil qızı                            tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

6. Ağayev Ramil Əyyub oğlu                      tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

7. Quliyev Əhməd Sabir oğlu                      tarix üzrə fəlsəfə doktoru, elmi işçi

8. Şamıyeva Həyat Rəhman qızı                  elmi işçi

9. Cəfiyev Tahir Rəşid oğlu                         elmi işçi

10.   Axundova Nərgiz Faiq qızı                   elmi işçi

11.   Əlizadə Aydın Ələsgər oğlu                   elmi işçi

12.   Əzimli Dilavər Mirzəkişi oğlu               elmi işçi

13.   Ağalarov Mübariz Zahid oğlu               kiçik elmi işçi

14.   Məmmədova Nailə Vaqif qızı                kiçik elmi işçi

 

 

“Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin fəaliyyətinə  cəlb olunan əmək­daşlar:

 

1. Vəlixanlı Nailə Məmmədəli qızı               AMEA həqiqi üzvü, aparıcı elmi işçi

2. Əliyeva Nərgiz Ağasəlim qızı                   tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi

3. Mazanlı Sevda Teymur qızı                     kiçik elmi işçi