«AZƏRBAYCANIN MÜASİR TARİXİ» ŞÖBƏSİ

«Azərbaycanın müasir tarixi» şöbəsi 1936-cı ildə Tarix İnstitutu yarandığı dövrdən fəaliyyət göstərir. Hazırda şöbədə 18 nəfər elmi əməkdaş çalışır. Onlardan 1 nəfəri şöbə rəhbəri, 1 nəfəri bölmə rəhbəri, 1 nəfəri baş elmi işçi, 4 nəfər aparıcı elmi işçi, 6 nəfər böyük elmi işçi, 1 nəfər elmi işçi, 4 nəfər kiçik elmi işçidir.

Şöbə 1936-cı ildən 1968-ci ilədək «Azərbaycanın 1917-ci il böyük oktyabr sosialist İnqilabı və sosializm quruculuğu dövrü tarixi» adı altında fəaliyyət göstərmişdir. 1968-ci ildə həmin şöbə əsasında iki yeni şöbə – «Azərbaycanın 1917-ci il böyük oktyabr sosialist İnqilabı və sosializm quruculuğu dövrü tarixi (1917-1941-ci illər)» və «Azərbaycanın Böyük vətən müharibəsi və müharibədən sonrakı dövrdə sosializm quruculuğu tarixi» şöbələri yaradılmışdır. 1983-cü ildə isə “Azərbaycanın Böyük Vətən müharibəsindən sonrakı dövrdə sosializm dövrü tarixi” şöbəsi əsasında “Azərbaycanın Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dövrdə sosializm quruculuğu dövrü tarixi (1941-1960-cı illər)” və “Azərbaycanın inkişaf etmiş sosializm dövrü tarixi” şöbələri təşkil olunmuşdur. 1993-cü ildə “Azərbaycanın inkişaf etmiş sosializm dövrü tarixi” şöbəsinin adı dəyişdirilərək “Müasir Azərbaycan tarixi” şöbəsi adlandırılmışdır. Hər iki şöbə 2002-ci ilədək fəaliyyət göstərmişdir. 2002-ci ildə yuxarıda adları göstərilən şöbələr əsasında “Azərbaycanın sovet dövrü tarixi” və “Azərbaycan Respublikası tarixi” şöbələri yaradıldı.

Tarix İnstitutunda aparılan struktur islahatlarına müvafiq olaraq Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 29 oktyabr 2010-cu il tarixli qərarına əsasən «Azərbaycanın sovet dövrü tarixi» və «Azərbaycan Respublikası tarixi» şöbələri birləşdirilərək «Azərbaycanın müasir tarixi» şöbəsi yaradılmışdır. Yeni yaradılmış şöbənin tərkibində iki elmi tədqiqat bölməsi fəaliyyət göstərir: «Azərbaycanın 1920-1941-ci il illər dövr tarixini tədqiq edən elmi tədqiqat bölməsi» və «Azərbaycanın 1941-2011-ci illər dövr tarixi tədqiq edən elmi tədqiqat bölməsi».

1936-cı ildən 2010-cu ilədək Azərbaycanın müasir tarixini tədqiq edən şöbələrə ölkənin ən tanınmış tarixçi alimləri rəhbərlik etmişlər (əməkdar elm xadimi Y.A.Tokarjevski, tarix elmləri doktoru, professor A.Ə.Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Q.Ə.Mədətov, tarix üzrə fəlsəfə doktoru T.Ə.Novruzov, tarix elmləri doktoru T.B.Qaffarov və tarix üzrə fəlsəfə doktoru C.Ə.Bəhramov). Hazırda «Azərbaycanın müasir tarixi» şöbəsinə tarix elmləri doktoru, professor A.Ə.Məmmədov rəhbərlik edir.

Şöbənin elmi tədqiqat fəaliyyəti, əsasən Azərbaycanın müasir tarixi üzrə ümumiləşdirici əsərlərin yaradılmasına yönəldilmişdir. Bu istiqamətdə 3 cildlik «Azərbaycan tarixi»nin iki hissədən ibarət olan III cildi və VII cildlik «Azərbaycan tarixi»nin VI və VII cildlərinin hazırlanması şöbənin ən uğurlu elmi nəticələri hesab olunur. Bundan əlavə şöbə əməkdaşlarının bilavasitə iştirakı ilə 2003-cü ildə Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə «Ermənilərin Azərbaycan torpağında törətdikləri əməllərə dair tarixi faktlar» adlı kitab (rus və ingilis dillərində) nəşr olunmuşdur.

Hazırda «Azərbaycanın müasir tarixi» şöbəsi Azərbaycan tarixinin ümumiləşdirici əsərlərin yaradılması, tarixşünaslıq, sosial-iqtisadi, siyasi, mədəniyyət və elm tarixinə dair problemlərin tədqiqi ilə məşğul olur.

 

“Azərbaycanın müasir tarixi” şöbəsində fəaliyyət göstərən əmək­daşlar:

1. Niftəliyev İlqar Vahid oğlu bölmə rəhbəri (ictimai əsas¬larla), böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru
2. Musayeva Tamilla Həşim qızı tarix elmləri doktoru, prof., baş elmi işçi
3. İbrahimli Fəzail Feyruz oğlu tarix elmləri doktoru, prof., aparıcı elmi işçi 
4. Paşayev Ataxan Əvəz oğlu tarix elmləri doktoru, aparıcı elmi işçi
5. Muradova Almas Cəmil qızı tarix elmləri doktoru, aparıcı elmi işçi
6. Əhmədova Firdovsiyyə Firdovsi qızı tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
7. Həsənov Vəkil Səfiyar oğlu tarix elmləri doktoru, böyük elmi işçi 
9. Aydəmirov Telman Sabir oğlu tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
10. Nəzərli Əzizə Ənvər qızı   tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
11. Həsənov Tofiq Əliş oğlu   tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
12. Zeynalova Südabə Mehdi qızı tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
13. Tahirova Afaq Ənvər qızı   tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
14. İsakov Hakim Vəlican oğlu tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
16. Alməmmədova Səbinə Məmməd qızı filologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi
18. Əlizadə Zahidə Əbdülkərim qızı filologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi
 
“Azərbaycanın müasir tarixi” şöbəsi nəzdindəki
 Azərbaycanın 1941-2011-ci illər dövr tarixini tədqiq edən elmi  bölmədə çalışan əməkdaşlar
 
1. Bəhramov Cəbi Əmirvar oğlu bölmə rəhbəri, tarix üzrə fəlsəfə doktoru (ictimai əsaslarla)
2. Məmmədquliyeva Firuzə Şahlar qızı tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
3. Əhmədova Firdovsiyyə Firdovsi qızı tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
4. Musayev Ramiz Babuş oğlu tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
5. Axundova Nigar Rəşid qızı tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
6. Kocayeva Tamilla Sabir qızı   tarix üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
7. Həsənov İlham Yaqub oğlu tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi