İNFORMASİYA MƏRKƏZİ
 İnformasiya mərkəzi 2002-ci ildə fəaliyyətə başlamışdır. Mərkəzə tarix üzrə fəlsəfə doktoru E.Ə.Məhərrəmov rəhbərlik edir. Mərkəzdə 14 nəfər əməkdaş çalışır. Onlardan 1 nəfəri mərkəz rəhbəri, 1 nəfəri kiçik elmi işçi, 12 nəfəri isə böyük laborantdır. Mərkəz Azərbaycan Respublikasının, eləcə də onun bölgələrinin tarixi ilə bağlı xarici ölkələrin internet saytlarında yerləşdirilən materialların toplanılması, araşdırılması və tədqiqatçıların sərəncamına verilməsini, institut əməkdaşlarının internetə çıxışı və göndərişini təmin edir, arxiv sənədlərinin elektron variantını hazırlayır. Həmçinin, Mərkəz institut əməkdaşlarının əsərlərinin mətninin yığılıb-səhifələnməsini, redaktə və korrektə işlərini, əsərlərin kompüter dizaynını və hazır diapozitivlərin tirajlaşdırılmaq üçün nəşriyyatlara göndərilməsini təmin edir.

İnformasiya Mərkəzində fəaliyyət göstərən əməkdaşlar:
 
1. Məhərrəmov Elmar Əli oğlu   tarix üzrə fəlsəfə doktoru, mərkəz rəhbəri