«AZƏRBAYCAN DİASPORU» ŞÖBƏSİ

«Azərbaycan diasporu» şöbəsi 2002-ci ildə fəaliyyətə başlamışdır. Şöbəyə M.H.Seyidbəyli rəhbərlik edir. Şöbədə 5 nəfər elmi əməkdaş çalışır. Onlardan 1 nəfəri şöbə rəhbəri, 3 nəfəri elmi işçi, 1 nəfəri isə kiçik elmi işçidir.

«Azərbaycan diasporu» şöbəsində milli diaspora tarixi problemi elmi-nəzəri baxımdan tədqiq olunur, müasir dövrdə baş verən miqrasiya prosesləri, millətlərarası münasibətlər təhlil edilir, xaricdəki soydaşlarımızın təşkilatlanması üçün əməli təkliflər hazırlanır. Şöbə əməkdaşları Azərbaycan diasporunun müxtəlif regionlarda və ölkələrdə (ABŞ, Kanada, Qərbi Avropa, Rusiya, Orta Asiya və s.) fəaliyyətinin tədqiqi ilə məşğul olur.

Şöbə rəhbəri tarix üzrə fəlsəfə doktoru M.H.Seyidbəylinin «Azərbaycan diasporu Rusiyada: formalaşması və inkişafının xüsusiyyətləri və tendensiyaları» adlı monoqrafiyası 2009 və 2010-cu illərdə nəşr olunmuşdur.

Şöbənin əməkdaşları xarici ölkələrdə yaşayan azərbaycanlılarla ünsiyyət yaratmaq istiqamətində də geniş fəaliyyət göstərir, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi ilə sıx əlaqə saxlayırlar.

 

“Azərbaycan diasporu” şöbəsində fəaliyyət göstərən əməkdaşlar:
 
1. Seyidbəyli Məryəm Həsən qızı tarix üzrə fəlsəfə doktoru, şöbə müdiri
2. Sadıxov Məmməd Oruc oğlu coğrafiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
 
“Azərbaycan diasporu” şöbəsinin fəaliyyətinə  cəlb olunan əməkdaşlar:
 
1. Qasımova Amaliya Nəbi qızı tarix üzrə fəlsəfə doktoru, elmi işçi