“ƏHALİ TARİXİ VƏ TARİXİ DEMOQRAFİYA” ŞÖBƏSİ
“Əhali tarixi və tarixi demoqrafiya” şöbəsi Tarix İnstitutunda həyata keçirilən struktur islahatlarına müvafiq olaraq 2011-ci ildə yanvarın 24-də yaradılmışdır. Şöbəyə tarix elmləri doktoru Kərim Şükürov rəhbərlik edir. Şöbədə 12 nəfər elmi əməkdaş çalışır. Onlardan 1 nəfəri şöbə rəhbəri, 2 nəfəri bölmə rəhbəri, 1 nəfəri aparıcı elmi işçi, 2 nəfəri böyük elmi işçi, 5 nəfəri elmi işçi, 1 nəfəri kiçik elmi işçidir. Şöbədə “Əhali tarixi və tarixi demoqrafiya” və “Azərbaycanlıların deportasiyası və soyqırımı tarixi” elmi tədqiqat bölmələri fəaliyyət göstərir. Şöbədə elmi tədqiqatlar aşağıdakı istiqamətlərdə aparılır: Azərbaycanın tarixi demoqrafik inkişafının problemləri; azərbaycanlıların soyqırımı və deportasiyası. Şöbədə XIX və XX əsrlərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri, aparılan deportasiya və etnik təmizləmə siyasəti tarixi məsələlərinə həsr edilmiş bir sıra elmi əsərlər çap olunmuş və azərbaycanlıların soyqırımı xəritəsinin ilkin variantı hazırlanmışdır. Şöbə Azərbaycanın bütün tarixi torpaqlarında soydaşlarımıza qarşı törədilmiş soyqırımları, qətl və qarətlər, fiziki və mənəvi təqiblər, zorakılıqların həqiqi mənzərəsini yaratmaq, bu sahədə əldə edilən faktiki materialları elmi dövriyyəyə daxil etmək, bununla da dünya ictimaiyyətində göstərilən problemlərlə bağlı obyektiv təsəvvür yaratmaq üçün geniş iş aparır. Şöbə əməkdaşları tərəfindən “Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları” (Bakı, 2004); “Azərbaycan türklərinin Ermənistandan deportasiyası. 1947-1953” (Bakı, 2004); “Azərbaycanlıların soyqırımı. 1917-1918-ci illər” (Bakı, 2007), kitabları çap edilmişdir.
“Əhali tarixi və tarixi demoqrafiya” şöbəsində fəaliyyət göstərən əməkdaşları:
 
1. Şükürov Kərim Kərəm oğlu tarix elmləri doktoru, şöbə müdiri
2. Məmmədov İsrafil Süleyman oğlu tarix üzrə fəlsəfə doktoru, bölmə rəhbəri
3. Nəsibli Loğman İsa oğlu   coğrafiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
4. Korkmaz Telli Vidadi qızı tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
5. Abışov Vaqif Şirin oğlu   tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
 
 
“Əhali tarixi və tarixi demoqrafiya” şöbəsinin fəaliyyətinə cəlb olunan əmək¬daşlar:
 
1. Mustafayev Arif Nadir oğlu tarix elmləri doktoru, prof., aparıcı elmi işçi
 
I. “Əhali tarixi və tarixi demoqrafiya” şöbəsi nəzdində fəaliyyət göstərən
“Əhali tarixi və tarixi demoqrafiya” elmi tədqiqat bölməsi
 
1. Abışov Vaqif Şirin oğlu  bölmə rəhbəri, tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi
 
                  II. “Deportasiyalar və soyqırımları tarixi” elmi tədqiqat bölməsi
 
1. Məmmədov İsrafil Süleyman oğlu tarix üzrə fəlsəfə doktoru, bölmə rəhbəri
2. Mustafayev Arif Nadir oğlu tarix elmləri doktoru, prof., aparıcı elmi işçi 
3. Nəsibli Loğman İsa oğlu coğrafiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi
4. Axundova Telli Vidadi qızı tarix üzrə fəlsəfə doktoru, böyük elmi işçi