MÜXBİR ÜZVLƏR
İbrahimov Zülfəli İmaməli oğlu (25.12.1910–21.09.1972) AEA-nın müxbir üzvü Z.İ.İbrahimov 1910-cu il dekabrın 25-də anadan olmuşdur. 1932-ci ildə Moskva Ümumittifaq Jurnalistlər İnstitutuna göndərilmiş və 1935-ci ildə həmin institutu bitirdikdən sonra Bakıya qayıtmışdır. Z.İ.İbrahimov 1941-ci ildə namizədlik, 1948-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1950-ci ildə professor elmi adı almış, 1959-cu ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. O, 1960–1967-ci illərdə Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru vəzifəsində işləmişdir. Ətraflı >>
İsmayılov Mahmud Əliabbas oğlu (01.09.1920-16.08.2002) AEA-nın müxbir üzvü M.Ə.İsmayılov 1920-ci ildə anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. 1949-cu ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1983-cü ildə AEA-nın müxbir üzvü seçilmişdir. M.Ə.İsmayılov 1946-cı ildən AEA-nın Tarix İnstitutunda işə başlamış, ömrünün sonunadək elmi işlər üzrə direktor müavini və «Azərbaycanın yeni tarixi» şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Elmi yaradıcılığının əsas istiqaməti XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı, kənd təsərrüfatının tarixi problemlərinin tədqiqi olmuşdur. Ətraflı >>
Mədətov Qaraş Əli oğlu AEA-nın müxbir üzvü Q.Ə.Mədətov 1928-ci il fevralın 10-da anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. 1953-1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-ci ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə professor elmi adı almış, 1983-cü ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. Q.Ə.Mədətov 1956-cı ildən AEA Tarix İnstitutuna isə qəbul edilmiş, 1968-ci ildən ömrünün sonunadək «Azərbaycanın müasir dövr tarixi» şöbəsinə rəhbərlik etmişdir. Ətraflı >>
Əfəndiyev Oqtay Əbdül oğlu AMEA-nın müxbir üzvü O.Ə.Əfəndiyev 1926-cı il martın 26-da anadan olmuşdur. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1946-1950-ci illərdə Moskva Şərqşünaslıq institutunun İran bölməsində təhsilini davam etdirmişdir. 1950-ci ildə Bakıya qayıtmış, 1951-ci ildə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasına ezam edilmiş və 1955-ci ildə Moskvada namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildə Bakıya qayıtmış və Tarix İnstitutunun Qədim və Orta əsrlər tarixi şöbəsində işə başlamışdır. Ətraflı >>
Quliyev Əliövsət Nəcəfqulu oğlu AEA-nın müxbir üzvü Ə.N.Quliyev 1922-ci il avqustun 23-də anadan olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş və 1944-cü ildə həmin fakültəni bitirmişdir. Ə.N.Quliyev 1948-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1961-ci ildə nəşr etdirdiyi elmi əsərlərinin ümumi həcminə görə (300 ç.v.) tarix elmləri doktoru alimlik dərəcəsi almış və professor elmi adına layiq görülmüşdür. 1968-ci ildə isə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. Ə.N.Quliyev 1953–1958-ci və 1967–1969-cu illərdə Azərbaycan SSR EA Tarix İnstitunun direktoru olmuşdur. Ətraflı >>
Şərifli Məmmədəli Xəlil oğlu T.e.d., prof.M.X.Şərifli 1909-cu il martın 20-də anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycanın bir çox rayonlarında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmiş, maarif sahəsində çalışmışdır. 1931-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuş, 1935-ci ildə təhsilini başa vurmuşdur. 1936-cı ildən ömrünün sonunadək AEA-nın Tarix İnstitutunda çalışmış, 1943-1952-ci illərdə həmin İnstitutun direktor müavini olmuş və direktor vəzifəsini icra etmişdir. 1944-cü ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. Ətraflı >>
Nəbiyev Azad Mövlud oğlu Filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi. 1945-ci ilin 20 aprelində Quba rayonu II Nügədi kəndində ziyalı ailəsində anadan olub 1952-1963-cü illərdə 11 illik kənd orta məktəbində təhsil alıb, məktəbi əla attestatla bitirib. 1963-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1967-ci ildən 1976-cı ilə qədər «Azərnəşr»də böyük redaktor və «Gənclik» nəşriyyatında şöbə müdiri vəzifələrində çalışmışdır. 1963-1967, tələbə, filologiya fakültəsi, Azərbaycan Dövlət Universiteti 1972, fil.e.n., «Koroğlu» dastanında «Koroğlu» surəti (Azərbaycan-özbək materialları əsasında) Ətraflı >>
Axundova Nərgiz Çingiz qızı AMEA-nın müxbir üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor. Nərgiz Çingiz qızı Axundova 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin «ərəb dili» şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin ixtisasartırma fakültəsində ərəb dili müəllimi, 1983-1986-cı illərdə tarix fakültəsində əyani aspirant, 1986-2012-ci illərdə BDU-nun «Asiya və Afrika ölkələri tarixi» kafedrasında baş laborant, müəllim, dosent, professor vəzifəsində çalışıb. Ətraflı >>