DİREKTORLAR
Mahmudov Yaqub Mikayıl oğlu - tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Milli Məclisinin (Parlamentinin) deputatı, AMEA Tarix İnstitutunun direktoru. 10 fevral 1939-cu ildə doğulmuşdur. 1956-cı ildə orta məktəbi bitirmişdir. 1962-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ildə aspiranturanı başa vurmuş və "Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ətraflı >>
Əliyev İqrar Həbib oğlu (14.03.1924–11.06.2004) Akademik İ.H.Əliyev 1924-cü il martın 14-də anadan olmuşdur. 1940-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil almışdır. 1945-ci ildə AEA Tarix İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. İ.H.Əliyev 1949-cu ildə namizədlik, 1961-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1981-ci ildə professor elmi adı almışdır. 1980-ci ildə AEA müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü və 2003-cü ildə isə Beynəlxalq EA-nın Azərbaycan Bölməsinin həqiqi üzvü seçilmişdir. Ətraflı >>
Quliyev Cəmil Bahadur oğlu (16.12.1927 – 27.12.2010) Akademik C.B.Quliyev 1927-ci il dekabrın 16-da anadan olmuşdur. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır. C.B.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən ADU-da müəllim, dosent, 1958–1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir.
Ətraflı >>
Sumbatzadə Əlisöhbət Sumbat oğlu (21.10.1907–16.01.1992) Akademik Ə.S.Sumbatzadə 1907-ci il yanvarın 21-də anadan olmuşdur. 1926-cı ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsinə daxil olmuş, 1930-cu ildə təhsilini başa vurmuşdur. Ə.S.Sumbatzadə 1930-cu ildə namizədlik, 1948-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1954-cü ildə professor elmi adını almış, həmin ildə AEA-nın müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir. Ətraflı >>
Əlizadə Əbdülkərim Əli oğlu (11.01.1906–03.12.1979) Akademik Ə.Ə.Əlizadə 1906-cı il yanvarın 11-də anadan olmuşdur. Azərbaycanda qədim və orta əsrlər tarixi üzrə kadr çatışmazlığı nəzərə alınaraq Ə.Ə.Əlizadə 1927-ci ildə Leninqrad Şərq İnstitutuna göndərilmiş və 1930-cu ildə həmin institutu bitirmişdir. 1935-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, 1935–1941-ci illərdə SSRİ EA-nın Şərqşünaslıq İnstitutunda, eyni zamanda Leninqrad Şərq İnstitutunda və Leninqrad Dövlət Universitetində çalışmışdır. Ətraflı >>
Hüseynov İsmayıl Abbas oğlu (15.12.1910–08.11.1969) Akademik İ.A.Hüseynov 1910-cu il dekabrın 15-də anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərq fakültəsinin hüquq şöbəsinə daxil olmuş və 1933-cü ildə təhsilini başa vurmuşdur. Həmin ildə Moskva şəhərində SSRİ MİK-si yanında Millətlər İnstitutunun tarix ixtisası üzrə aspiranturasına daxil olmuşdur. 1941-ci ildə namizədlik, 1947-ci ildə isə M.Lomonosov adına Moskva Dövlət Universitetində doktorluq dissertasiyaları müdafiə etmişdir. O, tarix elmləri doktoru adını alan ilk azərbaycanlı olmuşdur. Ətraflı >>
Meşşaninov İvan İvanoviç (06.02.1883-16.01.1967) Akademik İ.İ.Meşşaninov 1883-cü il fevralın 6-da anadan olmuşdur. 1932-ci ildə SSRİ EA-nın akademiki, 1945-ci ildə isə AEA-nın fəxri akademiki seçilmişdir. O, 1936-1937-ci illərdə Tarix İnstitutunun direktoru olmuşdur. İ.İ.Meşşaninov Qara dənizin şimal sahillərində və Cənubi Qafqazda arxeoloji qazıntılara rəhbərlik etmişdir. 1926-1927-ci illərdə Xocalı (Qarabağ) və Qızılvəngdə (Naxçıvan), 1933-cü ildə Örənqalada (Beyləqan) arxeoloji qazıntılar aparmış, Mil düzündə küp qəbirlər, Daşkəsəndə siklop tikililər aşkar etmişdir. Ətraflı >>