AVTOREFERATLAR
Tarix üzrə fəlsəfə doktoru

1. Abbasova Aygün Abbas qızı: «XVIII əsrdə Rusiyanın Cənubi Qafqaza qarşı işğalçılıq siyasətində dini-etnik amillər» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XVIII əsrdə Cənubi Qafqaza qarşı Rusiyanın işğalçılıq siyasətində dini-etnik amillərdən istifadə məsələləri, bu regionun ələ keçirmək üçün həyata keçirilən işğalçılıq siyasətinin formalaşması prosesi məsələləri öz əksini tapmışdır. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi», 07.00.03 -«Ümumi tarix» ixtisasları üzrə 24 iyun 2009-cu il tarixdə keçirilmişdir.

2. Əliyeva Emiliya Kamal qızı: «XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərində Şimali Azərbaycanda əkinçilik və suvarma sistemi» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində Şimali Azərbaycanda əkinçilik və suvarma sisteminin vəziyyəti, bu sistemin formalaşması və inkişafı, ölkənin sosial-iqtisadi həyatında oynadığı rolun tədqiqinə həsr olunmuşdur. Xanlıqlar dövründə Şimali Azərbaycanda əkinçilik və suvarma sisteminin və bütövlükdə kənd təsərrüfatının inkişafında bu sahənin tutduğu yer əsas tədqiqat obyektidir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 24 iyun 2009-cu il tarixdə keçirilmişdir.

3. Hüseynov Yunis Rza oğlu: «Qarabağnamələr» Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya Azərbaycan tarixinin XVIII əsr siyasi sosial-iqtisadi və mədəniyyət tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edən bir mənbənin – «Qarabağnamələr» əsərinin bir mənbə kimi öyrənilməsinə həsr edilmişdir. «Qarabağnamələr» əsəri XVIII əsrin II yarısında Şimali Azərbaycan ərazisinin böyük hissəsini əhatə edən Qarabağ xanlığının tarixinin araşdırılması üçün əsas mənbə kimi istifadə edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 25 dekabr 2009-cu il tarixdə keçirilmişdir.

4. Hüseynov Elnur İsmayıl oğlu: «Azərbaycan Nadir şah Əfşarın hakimiyyəti dövründə» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya Azərbaycanın 1736-1747-ci illəri əhatə edən Nadir şah Əfşarın hakimiyyət dövrünün siyasi, sosial-iqtisadi və mədəniyyət tarixi məsələləri tədqiqinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 25 dekabr 2009-cu il tarixdə keçirilmişdir.

2010-cu ildə D.01.161 Dissertasiya Şurasında müdafiə olunan dissertasiyalar

Tarix elmləri doktoru

5. Rəcəbli Adil Əli-Əşrəf oğlu: «Təhlükəsizlik sahəsində təsisatların və beynəlxalq siyasətin təkamülü (XX əsrin II yarısı - XXI əsrin əvvəlləri)» doktorluq dissertasiyası. Dissertasiya XX əsrin II yarısında – XXI əsrin əvvəllərində beynəlxalq təhlükəsizlik məsələlərinin, o cümlədən dünyanın aparıcı dövlətlərinin xarici dövlətlərin xarici siyasətlərində bu məsələlərin mühüm yer tutması probleminin tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.03 -«Ümumi tarix» ixtisası üzrə 29 yanvar 2010-cu il tarixdə keçirilmişdir.

6. Cəfərov Cəfər Məmməd oğlu: «Azərbaycan sovet kəndi XX əsrin 20-ci illərinin sonu – 30-cu illərdə» doktorluq dissertasiyası. Dissertasiya sovet hakimiyyətinin ilk mərhələsində Azərbaycan sovet kəndinin düçar olduğu siyasi və sosial-iqtisadi problemlərin tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 17 fevral 2010-cu il tarixdə keçirilmişdir.

7. Abbasova Mehriban Əbdülhəlim qızı: «Borçalı tarixi (XIX-XX əsrin əvvəlləri)» doktorluq dissertasiyası. Dissertasiya XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın tarixi ərazisi olan yerli azərbaycanlı əhalinin yaşadığı Borçalı bölgəsinin tarixinin tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 2 iyun 2010-cu il tarixdə keçirilmişdir.

8. Quliyev (Quluzadə) Musa Nizam oğlu: «Azərbaycan SSR-də Dövlət-Din münasibətləri tarixi (1920-1991-ci illər)» doktorluq dissertasiyası. Dissertasiya sovet hakimiyyəti illərində Azərbaycan SSR-də dövlət-din münasibətlərinin tarixinin tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 1 aprel 2010-cu il tarixdə keçirilmişdir.

Tarix üzrə fəlsəfə doktoru

9. Mirhəşimov Əsədulla Ağazeynal oğlu: «Azərbaycanın XX əsr tarixi ingilisdilli ədəbiyyatda» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XX əsrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəniyyət tarixi məsələlərinin ingilisdilli ədəbiyyatda əks olunmasının tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 22 yanvar 2010-cu il tarixdə keçirilmişdir.

10. Bədəlbəyli Nadirə Rasim qızı: «Azərbaycan Respublikası ilə ABŞ arasında elmi və mədəni əlaqələr (XX əsrin 90-cı illəri)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya 1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra ABŞ dövləti ilə elmi və mədəni əlaqələrin yaradılması və inkişaf etdirilməsinin tarixinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 22 yanvar 2010-cu il tarixdə keçirilmişdir.

11. Bayramova Nailə Şafaddin qızı: «Şamaxı xanlığı və onun qonşu dövlətlərlə əlaqələri» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XVIII əsrin II yarısı – XIX əsrin əvvəlində Şimali Azərbaycanın şimal-qərb ərazilərində mövcud olmuş Şamaxı xanlığı və onun qonşu yaratdığı əlaqələrin tarixinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 24 fevral 2010-cu il tarixdə keçirilmişdir.

12. Məmmədova Arzu Əşrəf qızı: «Car-Balakən camaatlığı XVII əsrin sonları – XIX əsrin 30-cu illərində (tarixi-demoqrafik tədqiqat)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XVII əsrin sonu – XIX əsrin 30-cu illərində Şimali Azərbaycanın şimal-qərbində mövcud olmuş Car-Balakən camaatlığının tarixinin tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 24 fevral 2010-cu il tarixdə keçirilmişdir.

13. Vəliyev Elçin Vaqif oğlu: «Azərbaycan SSR-də mədəni quruculuq (1946-1960-cı illər)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XX əsrin 40-60-cı illərində Azərbaycan SSR-də mədəni quruculuq məsələlərinin tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 3 mart 2010-cu il tarixdə keçirilmişdir.

14. Cəfərov Elmir Saleh oğlu: «Azərbaycan Respublikasında dövlət hakimiyyətinə və yerli idarəetməyə seçkilərin demokratik sisteminin yaradılması və inkişafı tarixi (1991-2005-ci illər)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya Azərbaycan Respublikasında müstəqil milli dövlət quruculuq prosesində dövlət hakimiyyətinə və yerli idarəetmə üçün keçirilən seçkilərin demokratik sisteminin yaradılması və inkişafı tarixi məsələlərinin tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 3 mart 2010-cu il tarixdə keçirilmişdir.

15. Novruzova Gülzar Tofiq qızı: «Rusiya Federasiyasında Azərbaycan diasporu: tarixi-demoqrafiya problemləri (1989-2002-ci illər)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya Azərbaycan diasporunun Rusiya Federasiyasında formalaşması zamanı meydana çıxmış tarixi demoqrafik problemlərin tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 17 mart 2010-cu il tarixdə keçirilmişdir.

16. Talıblı Sübhan Ələkbər oğlu: «İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ problemi (1991-2005-ci illər)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya İran Respublikasının Qafqaz siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.03 – «Ümumi tarix» ixtisası üzrə 17 mart 2010-cu il tarixdə keçirilmişdir.

17. Əsədov Namiq Cəmaləddin oğlu: «Azərbaycanın Qarabağ bölgəsi Rusiya imperiyasının köçürmə siyasətində» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya Rusiya imperiyasının Qafqazı işğal siyasətinin və burada Azərbaycanın Qarabağ bölgəsinin onun köçürmə siyasətində mühüm yer tutduğu məsələlərin tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 14 aprel 2010-cu il tarixdə keçirilmişdir.

18. İsmayılov Vahid Cabbar oğlu: «Cənubi Azərbaycan milli-demokratik hərəkatlarının məğlubiyyətində böyük dövlətlərin rolu (XX əsrin I yarısı)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XX əsrin I yarısında Cənubi Azərbaycanda başlanmış milli-azadlıq və demokratik hərəkatların məğlub edilməsində böyük dövlətlərin rolu probleminin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 14 aprel 2010-cu il tarixdə keçirilmişdir.

19. Həsənov Samir Hüseynağa oğlu: «Mir Mehdi Xəzaninin «Kitabi-tarixi-Qarabağ» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya Azərbaycan tarixinin öyrənilməsi üçün XVIII-XIX əsrlərdə yaşamış Mir Mehdi Xəzaninin «Kitabi-tarixi-Qarabağ» əsəri mənbə kimi götürülmüş və tədqiq edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 5 may 2010-cu il tarixdə keçirilmişdir.

20. Cözəlov Pərvin Fəxrəddin oğlu: «Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixini öyrənmək üçün mənbə kimi» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XVIII əsrin II yarısında yaranmış Azərbaycan xanlıqlarının dövlət atributlarından biri olan bayraqların mənbə kimi əsas götürülərək dövlətçilik tarixinin tədqiqi üçün istifadə edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 5 may 2010-cu il tarixdə keçirilmişdir.

21. İmamverdiyeva Könül Niyaz qızı: «Azərbaycanda sufiliyin tarixindən (epiqrafik abidələr əsasında)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya Azərbaycanda sufiliyin epiqrafik abidələr əsasında tarixinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 19 may 2010-cu il tarixdə keçirilmişdir.

22. Səfərova İlahə Cəlal qızı: «Pakistan-Azərbaycan münasibətləri (1991-2006-cı illər)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya Azərbaycan Respublikasının Pakistan İslam Respublikası ilə münasibətlərinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.03 – «Ümumi tarix» ixtisası üzrə 19 may 2010-cu il tarixdə keçirilmişdir.

23. Məmmədli Şəhla Rafiq qızı: «XVII-XVIII əsrlərdə Azərbaycan-Hindistan ticarət əlaqələri» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XVII-XVIII əsrlərdə Azərbaycan-Hindistan ticarət əlaqələrinin tarixinin tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 22 sentyabr 2010-cu il tarixdə keçirilmişdir.

24. İsmayılova Sevda Ağaşirin qızı: «Şimali Azərbaycan tarixi Azər¬bay¬can bədii ədəbiyyatında (XIX əsrin II yarısı)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XIX əsrin II yarısı Azərbaycan tarixinin Azərbaycan bədii ədəbiyyatında əks olunmuş tarixini tədqiqinə həsr olunmuşdur. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 22 sentyabr 2010-cu il tarixdə keçirilmişdir.

25. İftixari Areş Hüseyn oğlu: «İran İslam Respublikasının Qafqaz siyasəti (1991-2005-ci illər)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya 1991-2005-ci illərdə İran İslam Respublikasının Qafqaz siyasətinin tarixinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.03 – «Ümumi tarix» ixtisası üzrə 20 oktyabr 2010-cu il tarixdə keçirilmişdir.

26. Əzimli Dilavər Mirzəkişi oğlu: «Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı - XVII əsrin I yarısı)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XV əsrin II yarısı – XVII əsrin I yarısında Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə dövlətinin oynadığı rolun tarixinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 20 oktyabr 2010-cu il tarixdə keçirilmişdir.

27. Abbasov Tariel Namiq oğlu: «XX əsrin 90-cı illərində Azərbaycan Respublikasının Yaxın şərq ölkələri ilə münasibətləri» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya Azərbaycan Respublikasının XX əsrin 90-cı illərində Yaxın Şərq ölkələri ilə münasibətlərinin tarixinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 24 noyabr 2010-cu il tarixdə keçirilmişdir.

28. Cavadova Almas Sabir qızı: «Azərbaycanın Osmanlı imperiyası ilə ipək ticarəti problemi müasir türk tarixşünaslığında (XV əsrin II yarısı – XVII əsrin əvvəlləri)» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya Azərbaycanın Osmanlı imperiyası ilə ipək ticarəti probleminin müasir türk tarixşünaslığında əks olunması problemini tədqiqinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.03 – «Ümumi tarix» ixtisası üzrə 24 noyabr 2010-cu il tarixdə keçirilmişdir.

29. Zeynalov Nizami Dilənçi oğlu: «E.ə. I minilliyin sonu – eramızın I minilliyinin əvvəllərində miqrasiyalar və Azərbaycan» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya e.ə. I minilliyin sonu - eramızın I minilliyin əvvəllərində Ön Asiyada o cümlədən Azərbaycan ərazisində baş vermiş miqrasiyalar və onların Azərbaycana təsiri məsələlərinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 8 dekabr 2010-cu il tarixdə keçirilmişdir.

30. Əliyeva Mehriban Fəxrəddin qızı: «XX əsrdə Azərbaycana qarşı erməni terrorizmi» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XX əsrdə erməni terrorizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin tarixinin tədqiqinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.03 – «Ümumi tarix» ixtisası üzrə 8 dekabr 2010-cu il tarixdə keçirilmişdir.

31. İbrahimov Rəşad Həsən oğlu: «XX əsrin 90-cı illərində Azərbaycan və Gürcüstan Respublikaları arasında münasibət» tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası. Dissertasiya XX əsrin 90-cı illərində Azərbaycan və Gürcüstan Respublikaları arasında yaranmış münasibətlərin tarixinə həsr edilmişdir. Dissertasiyanın müdafiəsi 07.00.02 – «Vətən tarixi» ixtisası üzrə 15 dekabr 2010-cu il tarixdə keçirilmişdir.